İran-ABŞ gərginliyi

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “İran-ABŞ gərginliyi”adlı analitik yazısı.

İran-ABŞ gərginliyi

İran-ABŞ gərginliyi Qasım Süleymaninin Bağdadda ABŞ tərəfindən öldürülməsindən və İranın ABŞ-ı hədəf almasından sonra daha da dərinləşdi. İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri olan Qasim Süleymani İranın son dövrdə regional siyasətinin əsasını təşkil edirdi. Süleymani Ərəb üsyanlarının başlamasından sonra İranın xarici əməliyyatlarına nəzarət edən ən əhəmiyyətli şəxs kimi ön planda yer alırdı. Livan, Suriya, İraq və Yəməndə fəal rol götürən Süleymani şiə milislərin bölgədəki toqquşmalarında rol götürməsini təşkilatlandıran şəxs idi. Bununla yanaşı Süleymani  Livandan Yəmənə milislər üzərində avtoritet qurdu və İranın daxili siyasətində dini lideri Xamneyidən və prezident Ruhanidən daha yüksək bir populyarlıq qazandı. Süleymaninin oynadığı rollar və üzərinə götürdüyü məsuliyyətlər düşünüldüyü zaman onun ölməsi İranı dərindən sarsıdacaq bir prosesi başlada bilər.

Süleymaninin öldürülməsi və dərhal sonra İranın verdiyi sərt qarşılıq Orta Şərq siyasətinin 2020-ci ildə çox isti keçəcəyinin eynilə sübutu kimidir. ABŞ-İran gərginliyi iki ölkə arasında bir müharibənin başlamasına səbəb olarmı bilinməz, ancaq iki ölkənin uzun müddətdir davam edən üstü qapalı savaşını daha da dərinləşdirəcək. Rəsmi Tehran Süleymaninin öldürülməsindən sonra qisas alınacağına dair and içdi və qısa müddət sonra bunu yerinə yetirdi. Uzun müddətdir çətin günlər keçirən İran toplumu da Tehran küçələrində qisas alınacağına and içən şüarlar səsləndirməkdə davam ədir. Bağdad küçələrində Süleymani ilə birlikdə öldürülən Mühendisin də qisasının alınacağına dair şüarlar səsləndirilir. Hətta yeni qurulan böyük-kiçik silahlı qruplaşmalar ikisinin qisasını alacaqlarına and içdiklərinə dair görüntülər də paylaşım etdilər. İraq parlamenti isə Amerikan əsgərlərinin ölkədən çıxması üçün qərar qəbul etdi və hökumətə səlahiyyət verdi. Əsasən uzun müddətdir vətəndaş müharibəsi və siyasi xaosla qarşı-qarşıya olan İraqın bu problemli prosesin öhdəsindən necə gələcəyi ciddi bir sual olaraq qalır. İraqlılar ABŞ-İran gərginliyinin və rəqabətinin öz ölkələrini məhv etdiklərinin fərqindədirlər. Ancaq əllərindən də heç nə gəlmir. “Nə ABŞ nə İran, müstəqil bir İraq” düşüncəsini həyata keçirəcək sehirli bir formuldan məhrumdurlar.

Rəsmi Tehran isə ABŞ-a necə cavab verəcəyinə dair çox təcili hallarda bir araya gələn Ali Milli Təhlükəsizlik Şurasını yığıncağa çağırdı. Xamneyi də yığıncaqda iştirak etdi.  İran dövləti şiəlikdə güclü simvol olan qırmızı rəngli bayraqlarını məscidlərin qübbələrinə asdılar. Rəsmi Tehran ayrıca İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq vədləri yerinə yetirməyəcəyini və uran zənginləşdirməyə davam edəcəyini açıqladı və ABŞ-a çox sərt cavab veriləcəyini bəyan etdi. Nəticədə cavabını ABŞ-ı İraqda vuraraq verdi. Ancaq bu cavab Süleymaninin öldürülməsinin qisası ola bilərmi, indilik bunu söyləmək çox çətindir.

Süleymaninin öldürülməsi Orta Şərqdə eynilə daşları yerindən tərpətdi. Bütün aktyorlar bundan sonra nə olacağına dair təxminlər irəli sürürlər və bu təxminlərə görə necə addım atacaqlarını planlaşdırırlar. İndilik Türkiyə təmkinli olmağa çağıran deməli yeganə ölkə mövqeyindədir. İsrail Süleymaninin öldürülməsindən çox məmnundur. Səudiyyə Ərəbistan əsasən Süleymaninin əl qanlı bir şəxs kimi təsvir ədirdi. İndi daha xoşbəxtdir, ancaq İranın verəcəyi cavabın ona yönəlməsindən də qorxur. Körfəzin kiçik ölkələri isə narahatdır. Beynəlxalq ictimaiyyət isə səssizliyini mühafizə edir. Göstərilən rəaksiyalar çox zəif. ABŞ isə müharibəni nəzərdə tutan kimi görünür, amma bununla yanaşı gərginliyi azaldıb İranı yenidən müzakirə masasına oturtmaq istəyir. Müharibə yaranıb yaranmayacağı məlum deyil, ancaq 2020-ci il Orta Şərq üçün daha isti keçəcək.



Әlaqәli Xәbәrlәr