Moldova prezidentinin Ankaraya səfəri

Prezident  Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Moldovaya səfərinə cavab kimi Moldova prezidenti İqor Dodon 30 dekabr 2019-cu il tarixində Ankaraya bir günlüyünə səfərə gəldi.

Moldova prezidentinin Ankaraya səfəri

Avrasiya gündəmi_02_2020

Prezident  Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Moldovaya səfərinə cavab kimi Moldova prezidenti İqor Dodon 30 dekabr 2019-cu il tarixində Ankaraya bir günlüyünə səfərə gəldi. Beləliklə iki ölkə yüksək səviyyəli səfərləri sonrakı ilə təxirə salmadan reallaşdırdılar.

 Bu səfəri əhəmiyyətli edən başqa mövzu isə, Moldova prezidenti və baş nazirinin ilk dəfə birlikdə ölkə xaricinə səfər etmələri oldu. Bu vəziyyət Moldovadakı yüksək səviyyəli idarəçilər arasındakı koordinasiyanın inkişaf etməkdə olduğunu və rəsmi Kişinevin Türkiyəyə verdiyi əhəmiyyəti açıq-aşkar ortaya qoyur.  

İqor Dodon və heyəti Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılandı. Təkbətək və heyətlər arasında baş tutan görüşdən sonra dörd sahədə müqavilə imzalandı. Moldova heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla da  görüş keçirdi. Şentop görüşdə moldovalı həmkarı Zinaida Qreceanini 2020-ci ilin aprel ayında keçiriləcək TBMM-nin quruluşunun 100-cü ildönümü tədbirinə dəvət etdi.

Prezident Ərdoğanın 2018-ci ilin oktyabr ayında baş tutan Moldova səfərindən sonra ikitərəfli əlaqələrin strateji səviyyəyə çıxdığı söylənə bilər. Ankara və Kişinev daha yaxın və müxtəlif kanallarla ikitərəfli əməkdaşlığı gücləndirirlər.

Türkiyənin Moldovadakı sərmayə qoyuluşları artıb, ikitərəfli ticarət həcmində artım olub. Keçən il 500 milyon dollar olaraq reallaşan Türkiyə-Moldova ticarət həcmi əməkdaşlığın eyni qətiyyətliliklə davam etdirilməsi sayəsində hədəflənən 1 milyard dollar həcminə 5-10 il ərzində çıxa bilər.

Keçən ildən etibarən Moldova və Türkiyə qarşılıqlı olaraq şəxsiyyət vəsiqəsilə vətəndaşları qəbul edirlər. Turizmə fəallıq qazandırılması, moldovalı turistlərin tətillərini Türkiyədə keçirməsi üçün bu addım əhəmiyyətli addım kimi qəbul edilir. Türkiyənin yaxın ətrafı, dost və qardaş ölkələrlə tətbiq etdiyi şəxsiyyət vəsiqəsilə ölkəyə daxil olma tətbiqi inkişaf etdirilməkdə və yeni ölkələri ehtiva etməkdə davam etməlidir.  Bu təşəbbüs Türkiyənin regional güc olaraq cazibə mərkəzi olmasına imkan yaradacaqdır.

30 dekabr 2019-cu il tarixində Ankarada imzalanan müqavilələrdən biri Yunus Əmrə İnstitunun Moldovada açılmasını nəzərdə tutur. Türkiyənin Moldovada mövcudluğunu gücləndirməyə başladığı bir dövrdə bu müqavilənin imzalanması məqsədəuyğun bir qərar olmuşdur.

Ankarada iki ölkənin daxili işlər nazirləri hüquq-mühafizə orqanlarının təcrübə paylaşması və təlim əməkdaşlığını gücləndirmələrinə dair saziş imzaladılar. Bu saziş gələcək dövrlərdə Türkiyənin vacib olduqda təhlükəsizlik mövzusunda Moldovanın köməyinə çata bilməsinin ilk addımını təşkil edə bilər. Nə də olsa Moldova Türkiyənin yaxın ətrafındadır.  

Rusiya, Avropa İttifaqı, (Aİ) Rumıniya və Ukrayna ilə əlaqələrində Moldova Türkiyəni balanslayıcı  müttəfiqi olaraq görə bilər. Şimali Afrika və Orta Şərq bölgəsində mövcudluğunu gücləndirən Türkiyə Şərqi Avropada da özünə yaxın müttəfiqlər qazanmaq vasitəsilə bölgədəki nüfuzunu artıra bilər. Sayı 200 minə yaxınlaşan Qaqauz Türkləri Türkiyənin Moldovada daha fəal olmasını vacib hala gətirən ən əhəmiyyətli faktdır.

Keçən dekabr ayında Qaqauz Yeri Muxtar bölgə olmasının 25-ci ildönümünü qeyd etdi. Qaqauzlara muxtar status verilməsində dövrün dövlət başçısı Süleyman Dəmirəlin əməyi böyükdür. İstər qaqauzlar, istərsə moldovalılar Dəmirəli minnətdarlıqla yad edirlər, 1990-cı illərdəki gərgin mühitin dialoq yolu ilə həllinə qovuşdurulmasından məmnunlarını dilə gətirirlər.

Türkiyənin Qaqauz Muxtar Yerindəki ən fəal qurumu TİKA-dır və qurum Qaqauzya daxil olmaqla Moldovada indiyədək 400-dən çox layihəni həyata keçirib. Prezident Dodunun Ankaradakı “TİKA-nı bütün Moldovada fəal görmək istəyirik” açıqlaması Türkiyə ilə daha yaxın işləmək, Ankaranı yaxın müttəfiq olaraq görmək istəyirik tərzində izah  oluna bilər. Bu istiqamətdə Türkiyənin Moldova və Qaqauzyaya yardımları davam edəcəkdir. Misal üçün səhiyyə sahəsində ildə 10 qaqauz vətəndaşı Türkiyədə müalicə olunur, “Səhiyyə həftəsi” tədbirləri çərçivəsində Türkəyədən həkimlər  Qaqauzyaya gedərək bir həftə xidmət göstərir, Türkiyənin Səhiyyə Nazirliyi ayrıca Qaqauzyanın ehtiyac duyduğu tibbi vəsaitləri hədiyyə edir.

Türkiyə tikinti sektorunun Moldovodakı mövcudluğu artır. Türkiyənin Komratda tikdiyi çoxməqsədli stadionu var.

Komratda 2020-ci ilin ilk yarısında Türkiyə Baş konsulluğunun açılması gündəmdədir. Rəsmi Ankara TİKA, Yunus Əmrə İnstitutu, iş adamları və sərmayə qoyuluşları ilə Moldovada fəaliyyətlərini artıracaq. Ayrıca Şərqi Avropadakı uzun müddətli fəaliyyətlərini Moldova üzərindən  göstərə bilər.

2020-ci ildə Moldovada prezident seçkiləri keçiriləcək. Dodonun yenidən namizəd olması ehtimalı güclüdür və rəsmi Ankaranın Kişinevə dəstəyi və yatırımları mövcud prezident üçün böyük əhəmiyyət daşıyır. Siyasi məsləhətləşmələrin və yüksək səviyyəli dialoqun vaxtında və müxtəlifliliyinin artırılaraq davam etdirilməsi Moldovanın xarici siyasətində Türkiyəyə daha cox əhəmiyyət verməyə başladığının sübutudur.



Әlaqәli Xәbәrlәr