Tarixdə bu gün: 5 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1333603
Tarixdə bu gün: 5 yanvar

***

  Dünya hüquq tarixinə düşən Fransadakı "Dreyfus məhkəməsi" 1895-ci ilin 5 yanvarında sona çatdı. Məhkəmə Almaniya üçün casusluq etməkdə günahlandırılan yüzbaşı Alfred Dreyfusu ömürlük həbsə məhkum etdi.

  Rütbələri sökülən Dreyfus həbsxanaya göndərildi. Onun günahsız olduğuna inanan yazıçı Emile Zola dövrün Fransa başçısına xitabən "Günahlandırıram" başlıqlı açıq məktub yazdı. Bununla mövzu gündəmə gəldi, məhkəmə işi yenidən müzakirə olundu və 8 il sonra Dreyfusun bəraəti ilə nəticələndi.

  “Legion d'honneur” medalı sahibi Alfred Dreyfus minbaşı (mayor) rütbəsi alaraq yenidən Fransa ordusuna qayıtdı.

 

***

 

  Birinci Dünya Müharibəsi sona çatdıqdan sonra Almaniyada yaradılan Veynmer (Weimar) respublikasında 1919-cu ilin 5 yanvar tarixində yeni bir partiya quruldu. Alman işçilərin haqqlarını müdafiə etmək üçün yaradılan partiya daha sonra Milli Sosialist Alman Fəhlə Partiyası adlandı. Partiyanın sədri Adolf Hitler seçildi.

***

  1968-ci ilin 5 yanvarında Çexoslovakiya Kommunist Partiyasının sədri Aleksander Dubçek seçildi.

  İslahatçı xarakteri ilə tanınan A.Dubçek ölkəsində sovet təsirini azaltmaq üçün bəzi addımlar atdı ki, bunlar tarixə "Praqa baharı" olaraq düşdü.

  SSRİ-nin başçılığı altında olan Varşava Paktının üzvləri Aleksander Dubçekin islahat proqramına cavabı Çexoslovakiyanı işğal etməklə verdilər.  

 

 

***

5 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci ilin bu günü həlak olub. O, 1423-cü ildə indiki Türkiyə torpaqlarındakı Diyarbəkir rayonunda dünyaya gəlib.

  Muş vuruşmasında (1467) Cahanşahı məğlubiyyətə uğradan Uzun Həsən Qaraqoyunlu dövlətinə son qoyaraq, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib, Azərbaycan və fars torpaqlarının da daxil olduğu geniş bir ərazini öz hakimiyyəti altında birləşdirib, paytaxtı Təbriz olan böyük Ağqoyunlu dövlətini yaradıb. 

  45 yaşında hakimiyyətə gələn Uzun Həsən ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq üçün xüsusi “Qanunnamə” hazırlayıb.

  Uzun Həsən tarixdə həm də mədəniyyət hamisi olaraq tanınır. (1423-1478)

***



Әlaqәli Xәbәrlәr