Tarixdə bu gün: 4 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1333539
Tarixdə bu gün: 4 yanvar

***

  Bu gün Myanma xalqının müstəqillik günüdür.

  1947-ci ildə Britaniya imperiyasının tərkibindən çıxan Myanma 1948-ci ilin 4 yanvarında müstəqilliyini elan edib.

***

 

  1969-cu il 4 yanvar tarixində “Hər növ irqi ayrı-seçkiliklərin aradan qaldırılmasına dair beynəlxalq müqavilə” hazırlandı.

  Müqavilənin tətbiq olunması üçün BMT-nin 18 üzvündən ibarət komitə yaradıldı.

  Türkiyə bu müqaviləni 2001-ci ildə imzaladı.

 

 

 

 

 

***

1986-cı ildə bu günü Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitələrini ikinci dəfə birləşdirən Fateh Sultan Mehmet körpüsünün tikintisi başladı.

 

 

***

  4 yanvar 1990-cı ildə Pakistanın Sindh bölgəsində tarixin ən böyük qatar faciələrindən biri yaşandı: sərnişin qatarı ilə yük qatarı toqquşdu, faciədə 307 adam həyatını itirdi.

 

***

 

 

 

  Səbrə və Şatilla düşərgələrindəki qırğınlarla bağlı fələstinlilər arasında "Qəssab" adlanan İsrailin o zamankı baş naziri Ariel Şaron 2006-cı ilin bu günü beyin qanaması keçirdi və komaya düşdü.

  Qeyd edək ki, 2000-ci ildə Qüdsdə Hərəmi-Şərifə etdiyi səfər zamanı İkinci İntifadanın başlanmasına səbəb olan Şaron Fələstin torpaqlarını ikiyə ayıran divarı hördürüb. 

  Ariel Şaron 8 il komada qaldıqdan sonra 11 yanvar 2014-cü ildə ölüb.

 

 

 

 

 

***

  2010-cu ilin 4 yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyada ən yüksək göydələn kimi qəbul edilən, hündürlüyü 830 metr olan “Xəlifə bürcü”nün (Burj Khalifa) tikintisi tamamlandı.  

 

***

 

 

4 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1643-cü ilin bu günü İngiltərənin Vulstorp şəhərində fermer ailəsində məşhur ingilis fiziki, riyaziyyatçısı və teoloqu İsaak Nyuton dünyaya gəlib. Differensial hesablamalar və inteqral hesablamalar, klassik mexanikanın əsas qanunları, Ümumdünya Cazibə Qanunu, optika sahəsində fundamental kəşflər – bütün bunlar Nyuton dühasının bəhrələridir. (1643-1727)  

***

  Yanvarın 4-ü Azərbaycan ədəbiyyatının görkəmli maarifçilərindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin xatirə günüdür.

  Naxçıvanda anadan olan (1866) Mirzə Cəlil 1932-ci ilin bu günü Bakıda 66 yaşında dünyasını dəyişib. Onun hekayə və felyetonları, “Ölülər” komediyası Azərbaycan satirik ədəbiyyatı, təsisçisi və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı isə Azərbaycan jurnalistikası tarixində əvəzsiz yer tutur. Bu jurnal bütün Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərib. (1866 – 1932)

***



Әlaqәli Xәbәrlәr