Yeni ilin dünyada müxtəlif ölkələrdə dəyişik ənənə və tədbirlərlə qeyd olunduğunu bilirsinizmi?

Yeni bir başlanış mənası daşıyan yeni il dünyanın müxtəlif yerlərində fərqli ənənələrlə qeyd olunur.

1330726
Yeni ilin dünyada müxtəlif ölkələrdə dəyişik ənənə və tədbirlərlə qeyd olunduğunu bilirsinizmi?

Bunları bilirsinizmi 01_2020

Yeni ilin dünyada müxtəlif ölkələrdə dəyişik ənənə və tədbirlərlə qeyd olunduğunu bilirsinizmi?

Hər sahədə yeni bir başlanış mənası daşıyan yeni il dünyanın müxtəlif yerlərində fərqli ənənələrlə qeyd olunur. Hamısının birgə məqsədi isə, gələcək ilin ümid, bərəkət və şans gətirməsidir.

Yeni il tədbirləri tarixin məlum olan ən qədim tətil və qeyd etmə fəallığıdır. Məlum olan ilk yeni il tədbirinə eradan əvvəl 4000-ci illərdə Babildə təsadüf edilir. Babillərdə baharın başlanışı yeni ilin də başlanışı idi.

Miladi təqvimlə yanaşı yanvarın 1-də heç bir astronomiya yaxud kənd təsərrüfatı sahəsində əhəmiyyəti olmamasına baxmayaraq bu təqvimdən istifadə edən mədəniyyətlər tərəfindən yeni il kimi istifadə edilməyə başlandı.  

Türkiyədə Miladi təqvim 26 dekabr 1925-ci ildə qəbul edilib və ilk dəfə 1926-cı ildə yeni ili qeyd etmək məqsədilə ilin əvvəlində lotareya çəkilişi olmuşdu. 1935-ci ilin 1 yanvar günü rəsmi tətil günü qəbul edildikdə yeni ildə gecə rahat şəkildə, tətil ilə birlikdə bayram atmosfərində qeyd olunmağa başlayıb.



Әlaqәli Xәbәrlәr