Fazıl Sayın son 30 ilin әn mәşhur bәstәkarlarından biri olduğunu bilirsinizmi?
Dünyaca mәşhur türkiyәli pianoçu Fazıl Sayın eyni zamanda son 30 ilin әn mәşhur bәstәkarlarından biri olduğunu bilirsinizmi?

Dünyaca mәşhur türkiyәli pianoçu Fazıl Sayın eyni zamanda son 30 ilin әn mәşhur bәstәkarlarından biri olduğunu bilirsinizmi?
1970-ci ildә anadan olan vә dörd yaşında piano ifa etmәyә başlayan Fazıl Say ilk bәstәsini 14 yaşında yazıb. 1994-cü ildə Avropanın Gənc Solistləri müsabiqəsində qәlәbә qazanan Fazıl Say 1995-ci ildə Nyu Yorkda keçirilən qitələrarası yarışmanın qalibi olaraq konsert karyerasına başlayıb.
O, konsertlərlə yanaşı oratoriyalar, müxtəlif formalı orkestr və fortepiano əsərləri yazmağa başlayıb.
Bu əsərlər arasında Albert Eynşteynin xatirəsinə həsr edilmiş əsərlər və Volfqanq Amadeus Motsartın 250 illik yubileyi ilә bağlı bəstələdiyi “Patara’’ adlı әsәr dә yer alır.
Fazıl Sayın Aşık Veysәlin ‘‘Qara Torpaq’’ adlı xalq mәxnısından bәhrәlәnәrәk yazdığı ‘‘Black Earth’’ adlı albomu Amerika Birlәşmiş Ştatlarında Billboard siyahılarında 6-cı pillәdә qәrarlaşıb.
Fazıl Say 2008-ci ildә Avropa ittifaqı tәrәfindәn ‘‘Mәdәniyyәt sәfiri’’ ünvanına layiq görülüb. Çox sayda mükafata layiq görülәn Fazıl Say 2016-cı ildә dünyanın әn nüfuzlu musiqi mükafatı olan Beynәlxalq Betxoven İnsan Hüquqları, Sülh, Müstәqillik, Yoxsulluqla Mübarizә mükafatına layiq görülüb.
Әlaqәli Xәbәrlәr

Türkiyә mәtbәxinә aid 150 mindәn çox yemәk reseptinin doqquz dilә tәrcümә edildiyini bilirsinizmi?
Türkiyә mәtbәxinә aid 150 mindәn çox yemәk reseptinin doqquz dilә tәrcümә edildiyini bilirsinizmi?