Menemen necə bişirilir?

“Türkiyə mətbəxi” silsiləsindən bu gün sizə Türkiyədə süfrələrin sevilən yeməklərindən biri olan menemeni təqdim edəcəyik.

Menemen necə bişirilir?

 

  Türkiyənin yemək mədəniyyətində qəhvəaltının yeri başqadır, bir parça çörək və ya kekslə olmaz. 

  Ənənəvi Türkiyə qəhvəaltısında qəhvə deyil, çay içilər. Çay içmək üçünsə fincan yerinə əsasən kiçik (armudu) şüşə stəkanlardan istifadə edilər. Qəhvə isə qəhvəaltını bitirdikdən sonra son nöqtəni qoymaq üçün içilən bir içkidir. Qəhvəaltı sözünün özündən də adının mənası anlaşılır.

  Qəhvəaltıda çayın yanında nələr yeyir türklər? Başda pendir və zeytun. Bəli, bir çox mətbəx mədəniyyətində çərəz olaraq istifadə edilən zeytun Türkiyə qəhvəaltısının vazkeçilməz yeyəcəklərindən biridir. Pendirə gəlincə, hər növ pendir səhər yeməyinin əsas dadıdır. Masada nə qədər pendir olsa da, ağ pendir hər vaxt başdadır.

  Türk üsullu qəhvəaltı çox zəngindir. Belə ki, süfrədə zeytun, pendir, kərəyağı, bal, cem, sosiska, kolbasa, fərqli şəkillərdə bişirilmiş yumurtalar, börek, qutab kimi xəmir işləri, qızartma tərəvəzlər, pomidor, xiyar, bibər və növbənöv göyərtilər ola bilir.

  “Türkiyə mətbəxi” silsiləsindən bu gün sizə Türkiyədə süfrələrin sevilən yeməklərindən biri olan menemeni təqdim edəcəyik. Pomidor, bibər və bəzən soğan da istifadə edilərək hazırlanan bir növ omletdir menemen.

  Beləliklə, menemeni bişirmək üçün nələr lazımdır, əvvəlcə onları sadalayaq:

  • 4 ədəd pomidor,
  • 1 ədəd soğan,
  • 4 ədəd sivri nazik yaşıl bibər,
  • 3 ədəd yumurta,
  • 2 yemək qaşığı maye yağ,
  • çay qaşığının 3-də 1-i qədər duz və
  • bir o qədər də qara istiot.

  Menemenin necə bişiriləcəyinə keçməzdən əvvəl bunu müəyyənləşdirək ki, soğanlı istəyəcəksiniz, ya soğansız? Bu mövzuda türklərin bir qismi menemenin qəti şəkildə soğanla bişirilməli olduğunu iddia edir, digər qisim isə onu soğansız istəyir.  

  Biz sizə soğanlı menemen təklif edirik, təbii ki, istəməsəniz, soğanı ləvazimat sırasından çıxara bilərsiniz.   

  İndi keçək menemeni bişirməyə. Əvvəlcə qabığını soyduğunuz soğan və pomidorları kiçik küplər halında doğrayın. Dənələrini çıxardığınız sivri yaşıl bibərləri ortasından və aypara şəklində kəsin.

  Soğanı maye yağda bir tavada əvvəlcə 4-5 dəqiqə qovurun. Sonra üzərinə bibər, daha sonra pomidorları əlavə edin. Pomidorların suyunun çoxu çəkildimi, qarışığın üzərinə yumurtaları, duz və qara istiotu əlavə edib 3-4 dəqiqə bişirin. Artıq menemeni istədiyiniz nimçədə və şəkildə süfrəyə gətirə və yeyə bilərsiniz. Nuş olsun!



Әlaqәli Xәbәrlәr