“Gözümüzdə yaş qalmadı”

Dağa aparılan uşaqları üçün HDP Vilayət mərkəzi binasının qarşısında oturaq aksiyası keçirən Diyarbəkir anaları 2 aydır övladları üçün növbədə gözləyirlər.

1299917
“Gözümüzdə yaş qalmadı”

Oğurlanıb dağa aparılan uşaqları üçün HDP Vilayət mərkəzi binasının qarşısında oturaq aksiyası keçirən Diyarbəkir anaları 2 aydır övladları üçün növbədə gözləyirlər.

Diyarbəkirdə ana Xədicə Akar oğlu Mehmet Akarın oğurlanıb dağa aparılmasında HDP-nin (Xalqların Demokratik Partiyası) vasitəçi olduğunu iddia edərək partiyanın vilayət mərkəzi qarşısında 22 avqustda oturaq aksiyası başlatmışdı.

Oğlunu terrora qurban verməmək üçün başlatdığı oturaq aksiyasından nəticə əldə edən ana Akar qətiyyətli mübarizəsilə 24 avqustda oğluna qovuşmuşdu. Xədicə ananın oğlu üçün göstərdiyi mübarizə oxşar kədərlə yaşayan, ürəyi övladına duyduğu həsrətlə yanan digər analara da nümunə olmuşdu.

Ailə sayı 55-ə çıxdı

Xədicə Akarın mübarizəsini nümunə götürən Fevziyə Çətinkaya, Rəmziyə Akkoyun və Ayşəgül Biçərin 3 sentyabrda başlatdığı oturaq aksiyasında iştirak edən ailələrin sayı 55-ə çıxdı.

Partiyanın vilayət mərkəzi binasının qarşısında gün boyu övladlarına qovuşmağı gözləyən anaların oturaq aksiyası dəstək ziyarətlərilə davam edir.

Başda daxili işlər naziri  Süleyman Soylu, ailə, əmək və əhalinin sosial müdafiəsi naziri Zehra Zümrüt Səlçuk olmaqla şəhid ailələri, siyasətçilər, sənətçilər, jurnalistlər, yazıçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla ictimaiyyətin hər təbəqəsindən vətəndaşlar ailələri ziyarət edərək kədərlərini paylaşdı, dəstəklərini bildirdi.  

Əllərində uşaqlarının şəkillərilə oturaq aksiyası keçirən analar həsrətini çəkdikləri övladlarına qovuşmaq üçün gözləməkdə davam edirlər.

“Həyatımızı yərlə-yeksan etdilər”

İstanbuldan 4 il əvvəl oğurlanıb dağa aparılan oğlu Mehmet üçün Diyarbəkirə gələrək  oturaq aksiyasına qatılan ana İmmihan Nilifırka oğluna qovuşmaq istədiyini söylədi.

Uşağının oğurlanmasında HDP-ni məsul tutduğunu dilə gətirən Nilifırka “HDP oğlumu oğurladı, bilirəm. Övladımı mənə geri qaytarsınlar. Ondan nə bir xəbər, nə bir zəng gəldi. Ailə olaraq ölmüşük. Uşağımı oğurladılar, həyatımızı yərlə-yeksan etdilər. Gözümüzdə yaş qalmadı. Uşağımızdan nə istədilər? Oğlum qarışqanı belə incitməzdi, məktəbində yaxşı idi” dedi.

Nilifırka 2 aydır oturaq aksiyasını davam etdirdiklərini bildirərək, HDP-dən bir açıqlama gözlədiklərini söylədi.

“Çıxsınlar bizə bir açıqlama vərsinlər. Onlar da kürd isə gəlib aramızda otursunlar. Mən belə kürd olmağı istəmirəm. Mən də kürdəm. Uşağımız vasitəsilə siyasət yürütməsinlər. Oğlumun azadlığını, gələcəyini əlindən aldılar” deyən Nilifırka yaşadıqları kədəri dilə gətirdi.

Nilifırka “Aksiyamızı sonunadək davam etdirəcəyik” deyə bildirdi.

“Övladımızı almadan buradan getməyəcəyik”

İstanbuldan 5 il əvvəl 14 yaşında oğurlanıb dağa aparılan oğlu Tuncay üçün oturaq aksiyasında iştirak edən 5 uşaq anası Fatma Bingöl övladına qovuşmaq istədiyini, onun üçün çox darıxdığını dilə gətirdi.

Bingöl 5 ildir oğlunu görə bilmədiyini ifadə edərək, “Övladlarımızı gətirsinlər. Bu qədər ana burada gözləməsin, analara yazıqdır, günahdır. Bu qədər ananı ağlatmağa, onlara əziyyət verməyə heç kəsin haqqı yoxdur. Hamımız birlikdəyik, övldamızı almadan buradan getməyəcəyik. Lazım gəlsə öldürsünlər. Ölümdən qorxmuruq” ifadələrini işlətdi.

“PKK-nın kürdlərə etdiyi bu zülmü görsünlər”

Əsgərlik üçün birliyinə gədərkən 2 oktyabr 2015-ci ildə Tunceli vilayətinin Pülümür qəsəbəsində terorrorçular tərəfindən oğurlanıb aparılan oğlu Müslüm üçün aksiyada iştirak edən Songül Altıntaş övladından 4 ildir xəbər ala bilmədiyini söylədi.

“60 gündür buradayıq, 60 il də burada qalarıq. Uşağımız gələnədək buradayıq” ifadələrini işlədən Altıntaş uşaqları dağda olan ana və ataları oturaq aksiyasına qoşulmağa çağırdı.

Altıntaş bunları söylədi:

“Kürd anaları artıq oyansın, övladları gözlərinin qabağında gedir. Oyansınlar və PKK-nın kürdlərə zülmünü görsünlər. Nə anaya, nə ataya, nə də övlada yazıqları gəlmir. Artıq bunu görsünlər. Bizim yəgânə düşmənimiz PKK-dır”.

“Qızım gəlmədən buradan getməyəcəyik”

Ağrı şəhərindən 4 il əvvəl 17 yaşında oğurlanıb dağa aparılan qızı Çiğdəm üçün oturaq aksiyasında iştirak edən ata Yasin Kaya övladını gözlədiyini söylədi.

Aksiyada iştirak edən bütün ana və atalarla qar-qış demədən övladını gözləməkdə davam edəcəyini bildirən Kaya dedi:

“Bir açıqlama gözləyirik. Qızım gəlmədən buradan getməyəcəyik. Onlar kürd olduqlarını söyləyirlər, kürd deyillər. Asil kürd bizik. Uşaqlarımızı oğurlayıb dağa aparan HDP-dir. Buyursunlar gəlsinlər və “Allah PKK-nı qəhr etsin, biz PKK-ya qoşulmuruq” desinlər. Biz də buradan ayrılarıq. Biz onları günahlandırırıq”.



Әlaqәli Xәbәrlәr