Bunları bilirsinizmi?

Antalya şәhәrindә yerlәşәn Aspendos teatrının indiyәdәk qorunub-saxlanılan әn qәdim teatr olduğunu bilirsinizmi?

1277069
Bunları bilirsinizmi?

Antalya şәhәrindә yerlәşәn Aspendos antik  teatrının indiyәdәk qorunub-saxlanılan әn qәdim teatr olduğunu bilirsinizmi?

E.Ә 2-ci әsrdә  inşa edilәn Aspendos teatrı fәrqli mәqsәdlәr üçün   istifadә edilib. Aspendosla bağlı müxtәlif әvsanәlәr var. Teatrın memar Zenon tәrәfindәn inşa edildiyi deyilir.

Zamanın ən dəbdəbəli tikililərindən olan Aspendos teatrı 15-20 min nəfərlik oturacaqlara malikdir. Teart Sәlçuqlu İmperiyası dövründә iqamәtgah olaraq istifadә edilib. Hәmin dövrdә Şәlçuqlu İmperiyasının sultanı Әlәddin Keykubadın göstәrişi ilә  teatrın bir hissәsindә saray inşa olunur.

Aspendon antik teatrı günümüzdә ‘‘Aspendos Opera vә Balet  Festivalı’’ vә çox sayda beynәlxalq konsert ilә tәdbirә ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr