Quzu ətli səbzəli güvəc necә hazırlanır?
‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq.
Salam, hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Hәr şeylәri ilә olduğu kimi mәtbәxi vә ağız dadı ilә azәrbaycanlılara çox yaxın olan türkiyәlilәr dә bәzi yemәklәrini bizim piti qablarına bәnzәyәn saxsı qablarda hazırlayırlar. Türkiyәlilәr bu qabları ‘‘güvәç’’ adlandırırlar vә çox zaman bu qablarda bişirilәn yemәklәrin dә adı güvәç olur. Bu proqramda sizә ‘‘Kuzu etli, sebzeli güveç’’ adlı yemәyin reseptini verәcәyik. Güvәçdә hәr növ әt, tәrәvәz vә ya paxlalı bitkilәri bişirmәk mümkündür. Әtli vә ya tәrәvәzli güvәçlәri әnәnәvi olaraq hәm odun sobasında, hәm elektrikli sobada, hәm dә ocağın üstündә bişirә bilәrsiniz.
‘‘Kuzu etli, sebzeli güveç’’ yemәyinin resepti belәdir:
700 qram xırda doğranmış quzu əti
2 ədəd soğan
4 ədəd yaşıl bibәr
4 ədəd pomidor
2 ədəd badımcan
3 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd qabaq
1 yemək qaşığı pomidor tomatı
3 diş sarımsaq
1 çay qaşığı qurudulmuş kəklikotu
1 çay qaşığı istiot
Yarım çay stəkanı zeytun yağı vә duz
Hazırlanma qaydası belәdir:
İlk növbәdә güvәçin içini yağlayıb әtlәri qabın dibinә yerlәşdiririk. Soğanları halqa şәklindә doğrayıb yemәyimizә әlavә edirik. Daha sonra badımcan, qabaq vә kartofu xırda-xırda doğrayıb әtin vә soğanın üzәrinә әlavә edirik. Pomidorları halqa şәklindә doğrayıb bibәrlәrlә birgә yemәyin üzәrinә düzürük. Daha sonra pomidor tomatını suda әridirik. İsiot, duz, kәklikotu vә zeytun yağını hazırladığımız tomatlı sousa sәpirik. Әn son hazırlanan tomatlı sousu yemәyә әlavә edirik. ‘‘Kuzu etli, sebzeli güveç’’ yemәyini 1-1,5 saat әrzindә bişirin. Nuş olsun.
Әlaqәli Xәbәrlәr
Türkiyə neft hasilatında rekorda imza atılıb
Türkiyə tarixində ilk dəfə neft hasilatında rekorda imza atılıb.
Bir saat 60 dəqiqədir, çünki … (mətin və audio)
Nə üçün bir saat 20 və ya 100 deyil, 60 dəqiqədir? Niyə bir sutkada 24 saat var?