Qurban: nəfsin hifzi, ənənə və fəzilətə yaxınlaşmaq

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Qurban: nəfsin hifzi, ənənə və fəzilətə yaxınlaşmaq”adlı analitik yazısı...

1249579
Qurban: nəfsin hifzi, ənənə və fəzilətə yaxınlaşmaq

Həftənin analizi_33

Həyat uzun bir marafon, intensiv bir hərc-mərclikdir. Davamlı cəhd göstərmək, bir yerə çatmaq, bir şeyi əldə etmək və müxtəlif sahələrdə “qələbə” qazanmaq qayğısıdır. Həyatda bir çox şeyi bacararıq bəlkə amma ürəyimizdə bir ağrı hər zaman qalır. Uğurlu olma təzyiqilə davamlı qaçarkən, arabir dayanmaq, laqeyd yanaşdıqlarımızla maraqlanmaq istəyirik.

Hansımız müasir, postmodern, post-həqiqət deyilən əhvalatlar arasında itirdiklərimizi, gələcəyimizə-uşaqlarımıza təhvil verə bilmədiklərimizi, bizi biz edən dəyərlərimizi xatırlamaq, ürəyimizi onlarla yenidən doldurmaq istəməz ki...

Bayramlar elə bu vaxtlardır. Həyatın hərc-mərcliyi içində dayanma, sabitləşmə, təmizlənmə zamanları...

Qurban dörd min illik bir ənənədir. Yenə və bir daha bir qurbanı və qurban bayramını qeyd edirik. Klassik qaynaqlar hər üç səmavi din tərəfindən yəhudilik, Xristianlıq və İslam tərəfindən peygəmbər qəbul edilən Hz. İbrahimin eradan əvvəl 2000-ci illərdə yaşadığını rəvayət edir. İbrahim sədaqətini göstərmək üçün oğlu İsmayılı Allaha qurban vermək istəyib. İbrahmin sadiqliyi görüldükdə qurban üçün kəsilən ilk qoçdan bəridir qurban ənənəsi təqribən 4 min ildir davam edir.

Qurban əlindəkini bölüşməkdir, alimentdir. Elə bir ənənədir ki, qurban bayramlarında kəsilən qurbanların ehtiyacı olanlara paylanması qlobal miqyasda toplu bir mərasim kimidir. Digər zamanlarda da bir minnətdarlıq ifadəsi olaraq qurban kəsilməsi və yenə ehtiyacı olanlara paylanması təşviq edilir.

Müasir insanın hedonist şəkildə şəxsi həzz dalınca getdiyi, özgələri üçün də yaşamağı düşünməyin, nə qazanıb onu bölüşməyin elə bil keçmiş zamanlara aidmiş kimi başa düşüldüyü bir dövrdə qurban əsrlər əvvəlindən elə bil bir çağırışdır.

Qurban xatırlamaqdır, qohum-əqrəbanı yada salmaqdır. Qurban sadəcə maddi bir bölüşmə deyil, bir duyğu paylaşmasıdır eyni zamanda. Ona həsr olunduğu üçün qurban bir tərəfdən Allahı xatırlamaqdır, digər tərəfdən isə qohum-əqrəbamızı, ana və atamızı, yaşayan yaxud yaşamayan aramızdan ayrılmış sevdiklərimizi xatırlamaqdır. Müasir həyatın təlaşında  xatırlamadığımız əzizlərimizlə vaxt keçirməkdir bayram. Həyatın hərc-mərcliyi içində olanlar bəlkə bu xatırlanmağın qiymətini kifayət qədər başa düşə bilər. Yaxud da il uzunu xatırlanmağı, qapılarının döyülməsini gözləyənlər? Böyüdüb başa gətirdiklərinin gəlib əllərini öpməsini arzu edənlər? Onlar üçün bayramın qiymətini necə başa düşmək olar...

Qurban kimsəsizlərin yanında olmaqdır. Bölüşmək və bayram daşıdığı məna ilə şübhə yoxdur ki, yaxın ətrafdan başlar. Lakin qurtardığı yerin sərhədi yoxdur. Çünki könlün sərhəddi yoxdur. Yaşlıları, yetimləri ziyarətlə başlayıb, uzaq ölkələrə qurban aparmağa, oradakı ehtiyacı olanların dərdlərilə maraqlanmağa qədər gedib çıxır.

Qurban bir təmizlənmə, təqvaya yaxınlaşmaqdır. Qurban kəlmə olaraq yaxınlaşma, minnətdarlıq duyğularının ifadəsi, hədiyyə, nəzir deməkdir. Qurban Allaha yaxınlaşmaq üçün bir fürsətdir. Bu, ayədə nə gözəl ifadə edilib:  “Qurbanların nə etləri, nə də qanları Allaha çatar. Ona sizin təqvanız (tolerantlığınız, səmimiyyətiniz, məsuliyyətli olmağınız) çatır. Beləliklə qurbanlıqları sizin xidmətinizə vərdik ki, sizə düzgün yolu göstərdiyinə görə Allahı böyük tanıyasınız. Yaxşılıq edənlərə müjdələ”.

Hazırda insanlığın Şərqdə və Qərbdə ən əsas ehtiyacı bunlar deyilmi? Prinsibə, qiymətə, fəzilətə, paylaşmağa, ərdəmə yaxın dayanmaq, tolerantlıqla, şüurlu şəkildə hərəkət etmək. Şərq icmalarında yoxluqla qarşı-qarşıya olan, Qərb icmalarında isə  var-dövlət içində özünü itirmiş, boşluğa düşmüş, tək-tənha insan üçün maddi və emosional bölüşmə ilə qurban çox şey ifadə edir.

Qurban imtina etməkdir, əl çəkmək, tərk etməkdir. Qurban bütün bunlardan əlavə lazım gəlsə mülk və can daxil hər şeyi fəda etməkdir. Allaha yaxınlaşma sadəcə Onun şəxsinə yaxınlaşma demək deyildir. Ona aparan hər şeyə yaxınlaşmaq, Ondan uzaqlaşdıran hər şeydən əl çəkmək və tərk etməkdir. Yəni ədalətdən, yaxşılıqdan, gözəllikdən, bölüşməkdən, özünü unudub özgələrinin qeydinə qalmaqdan, yaxşılıqdan uzaqlaşdıran hər şeydən imtina etmək, bütün bunları tərk etməkdir...

Qurban muhasibat, vicdan və imkandır. Hər şeyi maddi həyat, mənfəət və maraqla izah etməyən, ilahi bir səsə təslim olma, ilahi bir ədalət, vicdan və imkan ilə həyata baxmaqdır.

Və qurban bir təslim olma durumudur. İnsan üçün əsas olan qanuni, halal və məqbul olanı üst-üstə qoyaraq hərəkət etməsidir. Hər düzgün olan qanuni, hər qanuni olan halal, hər halal olan məqbul olmaya bilər çünki. Hüquqda qanunilik, ictimaiyyətdə qanunilik, islamda halal olma, könüldə-vicdanda məqbul olan axtarılır. Halbuki gündəlik həyatda ümumilikdə bunun ziddi hərəkətlər edirik. Ədalətə, yaxşılığa, fəzilətə, ərdəmə təslim olmaq ümumilikdə zoruna gedir. Nə qədər ağır, nə qədər acı və dözülməz olarsa olsun incinmədən bütün bunlara təslim ola bilsək insanlıq ailəsi olaraq həll edə bilməyəcəyimiz hansı probleməmiz qala bilər ki...

Qurbanlıqlarımız dörd min ildir ilahi əmrə təslim olarkən, biz də haqqa təslim ola bilsək...

Şair Əbdürrəhim Karakoç “İncitme” şerində bütün bu gözəlliklər və ədalət qarşısında boynumuzun qıldan nazik olmasını nə gözəl ifadə edib:

“Yollar uzun, yollar incə

Yollar qısalır eşq gəlincə

Yat qurban ol İsmailcə

Bıçaq səndən incinməsin”

Hər zaman prinsibə, dəyərə, təqvaya qurban olmağınız, (yaxın dayanmağınız, yaxınlaşmağınız) həqiqətə  təslim olmağınız və hər zaman yaxşılıq duyğusu ilə yaşamağınız diləyi və duası ilə Qurban bayramınız mübarək deyirik. Dərdlər bölüşüldüyü zaman azalır, xoşbəxtliklər bölüşüldükcə çoxalır. İnsanlıq ailəsi kimi kədərlərin azaldığı, dincliyin artdığı, könüllərin sağaldığı bir Bayram diləyirik.



Әlaqәli Xәbәrlәr