Harran

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Şanlıurfanın  Harran qәsәbәsini  daha yaxından tanıdacağıq.

1205238
Harran

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Şanlıurfanın  Harran qәsәbәsini  daha yaxından tanıdacağıq.

Harran qәsәbәsi cәnub-şәrqi Anadolu bölgәsindә yerlәşir. Türkiyәnin Şanlıurfa şәhәrinә 44 kilometr mәsafәdә yerlәşәn Harran qәsәbәsi Mesopotamiya ilә Aralıq dәnizini birlәşdirәn bölgәdә öz mövcudluğunu davam etdirir.

Bölgәdә aparılan arxeoloji tәdqiqatlar  bu bölgәnin adının  4 min il dәyişmәdiyini sübut edir.  Mәlumata görә, ‘‘Harran’’ Sumer vә Akkad mәnşәli sözdür vә sәyahәt mәnasına gәlir.

Harran qәsәbәsi Anadolu vә Mesopotamiyanın arasındakı  önәmli ticarәt yollarının birlәşdiyi  bölgәdә yerlәşir. Bu sәbәblә bölgә mәdәni, elmi vә ticari baxımdan çox  inkişaf edib.

Uzun illәrdir öz mövcudluğunu davam etdirәn Harran Universitetindә çox sayda alim tәhsil alıb. Sabit bin Kurra, Battani vә Cabir bin Hayyan bu alimlәrdәn bәzilәridir.

Türk İslam dövlәtlәrinә ev sahibliyi edәn Harran 1260-cı ildә Monqollar tәrәfindәn işğal edildikdәn sonra kiçik yaşayış mәntәqәsinә çevrildi. Belәliklә bölgәnin parlaq günlәri sona çatıb.

Şanlıurfanın Harran bölgәsi Mesopotamiyanın әn qәdim yaşayış mәrkәzlәrindәn biridir. Harran qәsәbәsi özünәmәxsus evlәri vә tarixi mәkanları ilә  tanınır. Burada mövcud olan qübbәli evlәr turistlәrin diqqәt mәrkәzindәdir. Müxtәlif dövlәrә aid tarixi abidәlәr diqqәtlәri cәlb edir.

Harran qalası da bölgәnin әn önәmli tarixi mәkanlarından biridir. Harrandakı әn qәdim mәscidlәrdәn biri olan Ulucami  8-ci yüzüldә inşa edilib. Ulucami Anadolunun ilk monumental mәscidi hesab olunur.

Babil dövründә inşa edilәn Sin mәbәdi, Roma-Bizans dövründә qurulan  Şuayb  şәhәri, 12-ci yüzildә inşa edilәn Şeyx Yahya  Hayat Әl-Harrani mәscidi vә türbә dә turistlәrin diqqәtlәrini cәlb edәn әsәrlәrdәndir.

Bölgәni hәr il hәm ölkә daxilindәn, hәm dә xaricindәn minlәrlә turist ziyarәt edir.


Etiketlәr: #Harran , #Şanlıurfa

Әlaqәli Xәbәrlәr