Mardin

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Mardin şәhәrini daha yaxından tanıdacağıq.

1197635
Mardin

  

 

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә misilsiz mәdәni zәnginliklәri ilә diqqәtlәri cәlb edәn Mardin şәhәrini daha yaxından tanıdacağıq.

Mardin şәhәri cәnub-şәrqi Anadolu bölgәsindә yerlәşir. Yüksәk bir tәpәdә yerlәşәn şәhәr Kızıltәpә ovalığına baxır.

Dәclә vә Fәrat çayları arasında yerlәşәn Mardin müxtәlif sivilizasiyalara  ev sahibliyi edib. Şәhәr 11-ci yüzilәdәk  Asur, Hitit, Urartu,  Medlerin vә daha sonra  Anadolunu әlә keçirәn Roma İmperiyasının hakimiyyәtindә olub. Bölgə Böyük Səlcuq İmperiyası zamanında Türk hakimiyyətinə keçib.

İpək Yolu üzərində yerlәşәn  Mardin şәhәri  Mesopotamiyanın ən qədim yaşayış mәrkәzlәrindәn biridir. Mardin şәhәri özünәmәxsus evlәri ilә tanınır.  Sarı əhəngdaşından tikilmiş evlərin qapıları Mesopotamiya ovalığına baxır. Mardin eyvan  formasında dağın zirvәsinә doğru düzülәn evlәrә sahibdir. Daşdan inşa edilәn bu evlәrdә  mütlәq  ‘‘avlu’’ yәni  hәyәt mövcuddur. Yay fәslindә  evlәrin damında yatılır. Mardin hәmçinin dar yolları ilә dә mәşhurdur.

Açıq hava muzeyinә bәnzәyәn şәhәrdә görülәcәk çox tarixi mәkan mövcuddur.

Bu tarixi mәkanlarda biri dә Dara antik şәhәridir. Dara antik şәhәri Mardin kimi Mesopotamiyanın әn qәdim yaşayış mәrkәzlәrindәn biri olub. Şәhәr  Roma və Farslar arasındakı münaqişələr  sәbәbindәn  tez-tez  hakimiyyәt dәyişikliklәrinә mәruz qalsa da antik  Roma şəhəri kimi günümüzədәk  gəlib çata bilib. Mardin eyni zamanda Süryanilәrin yәni (xrisyian әrәblәrin)  Türkiyədə ən çox olduğu  bölgədir.

Süryanilәrin dini mәrkәzi olan Deyrul Zafәran da Mardinә çox yaxın mәsafәdә yerlәşir. Deyrul Zafәran monastırı 5-ci әsrdә inşa olunub. Deyrul Zafәran monastırı xristianlıq dövründәn öncә kilsәyә daha sonra isә monastra çevrilib. İbadətgah günümüzdә dә öz fәaliyyәtini davam etdirir. Ulucami Mardinin mәrkәzindә yerlәşәn әhәmiyyәtli tarixi әsәrlәrdәn biridir.

Mardindəki ən qədim məscidlərdən biri olan Ulucami  1176-cı ildә  inşa edilib.

Zərif Artuqlu  arxitekturası şəhərə  öz damğasını vurub. Şehidiyә, Melik Mahmud, Latifiyә vә Nəcməddin məscidlәri dә şәhәrin siluetinә öz  damğalarını vuran әsәrlәrdәndir.  Mәscidlәrlә yanaşı Artuqlu dövründә inşa edilәn mәdrәsәlәr dә diqqәtlәri cәlb edir. 

Bu gözәl şәhәri hәr il hәm ölkә daxilindәn hәm dә xaricindәn çox sayda turist ziyarәt edir.

Bölgәdә mövcudluğunu davam etdirәn Zinciriyә  mәdrәsәsi 14 әsrdә inşa edilmiş vә turistlәrin diqqәtlәrini cәlb edәn әsәrlәrdәn biridir.

Kasımiyyә mәdrәsәsi isә bölgәdә inşa edilәn әn әhәmiyyәtli mәdrәsәlәrindәn biridir. Mәdrәsә öz dövrünün  әn önәmli tәhsil mәrkәzlәrindәn biri olub.

Süryanilәrә aid kilsәlәr şәhәrin mәrkәzindә vә rayonlarında   günümüzdә dә öz mövcudluğunu davam etdirir.

Mardinin Midyat rayonu  da Süryanilәr üçün  xüsusi әhәmiyyәt daşıyır.

Buranın zәrgәrlәrinin gümüşdәn yaratdıqları әsәrlәri Türkiyә sәrhәdlәrinin  kәnarında da mәşhurdur. 

Mardin mədrəsəlәri, məscidləri, kilsələri vә  monastırları ilә mәşhurdur. Şәhәrdә mövcud olan tarixi bazarlar, kafelәr vә şәhәrә hakim tәpәdә yerlәşәn qala turistlәrin diqqәt mәrkәzindәdir.

Әziz dinlәyicilәr  günün birindә yolunuz Mardinә düşәrsә  buranın özünә mәxsus mәtbәxinә  qonaq ola bilәrsiniz.


Etiketlәr: #Mardin , #Midyat

Әlaqәli Xәbәrlәr