Bunları bilirsinizmi?

Türkiyәnin  Şanlıurfa şәhәri yaxınlığında yerlәşәn Göbәklitәpәnin dünyanın әn qәdim yaşayış mәrkәzlәrindәn biri olduğunu vә 2019-cu ilin ‘‘Göbәklitәpә ili’’ olduğunu  bilirsinizmi ?

1193933
Bunları bilirsinizmi?

 

Türkiyәnin  Şanlıurfa şәhәri yaxınlığında yerlәşәn Göbәklitәpәnin dünyanın әn qәdim yaşayış mәrkәzlәrindәn biri olduğunu vә 2019-cu ilin ‘‘Göbәklitәpә ili’’ olduğunu bilirsinizmi? 

Göbәklitәpә bәşәriyyәt tarixinin çox sirlәrini aşkar edib üzә çıxarsa da cavabı bәlli olmayan çox sualı da özü ilә yaşadır. Göbəklitəpə Mesopotamiyadakı ilk şəhərlərdən 5000 min il, İngiltərədəki Stonhengendən 7000 min, Misir ehramlarındansa 7500 il daha qədimdir.

Bəşəriyyət tarixinin əhəmiyyətli halqasını Neolit dövrü olaraq adlandırdığımız ovçulıqdan oturaq həyata keçid mərhələsi təşkil edir.

Şanlıurfanın Harran bölgəsini əhatə edən 30-40 kilometrlik sahədə çoxlu sayda Neolit dövrünə aid yaşayış məskənləri mövcud olub.

Arxeoloji faktlar bu ərazidə yaşayanların Göbəklitəpəyə gedərək ibadət etdiklərini göstərir. Beləliklə buranın bir ibadət mərkəzi olduğu görünür.

Göbəklitəpə  2018-ci ildә  YUNESKO-nun mədəni irslәri siyahısına daxil edilib.

1995-ci ildə Şanlıurfa Muzey İdarəsi və Alman Arxeologiya İnstitutunun arxeoloqu Klaus Smitin  rəhbərliyi ilə səth araşdırmaları həyata keçirilib. Qazıntı işlәri  1996-2006 illər arasında almaniyalı  arxeoloq  Klaus Smitin  rəhbərliyi ilə  davam etdirilib. Aparılan qazıntı işləri nəticəsində bütün dünya Göbəklitəpənin fərqində olmağa başladı. Aparılan araşdırmalar zamanı torpağın altında çox sayda tikili  aşkar edilib. Arxeoloji tәdqiqatların 150 il boyunca davam etdirilәcәyi bildirilir.



Әlaqәli Xәbәrlәr