“Özbəkistan səfərindən qeydlər-1”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün “Özbəkistan səfərindən qeydlər-1” adlı analitik yazısı.

1192588
“Özbəkistan səfərindən qeydlər-1”

Həftənin analizi_17

Prof. Kudrət Bülbül bu günkü söhbətində Özbəkistana səfərindən bəhs edərək  bildirib ki, TİKA-nın dəstəyilə ADAM ( Ankara beyin və araşdırma mərkəzi), Səbahaddin Zaim universiteti və Özbəkistan Milli universitetinin əməkdaşlığı ilə keçirilən simpoziumda iştirak etmək üçün keçən həftə Özbəkistanda olduq.

İnsan min il əvvəlində atalarının yaşadığı torpaqlara gedərkən, ulu babalarından, nənələrindən dəvət almış kimi hiss edir özünü. Min illik ayrılığın yaratdığı hüzn, biraz həsrət və bir qədər də maraqla Özbəkistana səfər etdik. Getməzdən əvvəl bölgəyə dair məlumat əldə etmək istədim. Lakin xüsusi mənada Özbəkistana, ümumi mənada isə Orta Asiyaya dair Türkcədə elmi fəaliyyətlər, xatirələr, səyahət məlumatları o qədər məhduddur ki, elə bil Atayurda deyil, Meksikaya dair bir hazırlıq araşdırması aparırsınız.  Tapdığımız qaynaqların əksəriyyəti isə Ankarada kitabxanalarda yoxdur. Halbuki ingilizcədə başda Yuri Bregelin “A Historical Atlas of Central Asia”sı olmaqla xeyli araşdırma mövcutdur. 

Türküstan

Türkiyədə və Özbəkistanda tarix şüuruna sahib olanlar hazırda Türk Cümhuriyyətləri olaraq adlandırılan geniş coğrafiyanın keçmişdə Türküstan  adlandırıldığını, Sovet işğalından sonra, Sovetlərin bu bölgəni parçalamaq üçün fərqli adlar qoyduğunu tez-tez vurğulayırlar. Daha sonraları Türküstan ifadəsi də bu coğrafiyada böyük nisbətdə unudulub, təəssüf ki unutdurulub. Türkiyə Türkləri olaraq biz Türk dünyasından rəhmətli Turgut Özalla Sovet İttifaqının dağılmasından sonra xəbər tutduq. Bu səyahət zamanı bir iştirakçının xatirəsi vəziyyətin ciddiliyini göstərir: “Mən Özaldan əvvəl, yaponlar tərəfindən hazırlanan bir İpək yolu sənədli filmində qazaxları, qırğızları, özbəkləri tanış edərkən namaz qılan, dəstəmaz alan insanları gördüyüm zaman təəccübləndim. Bu toplumları aldığımız təhsilin təsirilə də tarixdə bir dövr yaşamış, lakin zaman ərzində itib batmış toplumlar kimi zənn edirdim. Hələ də yaşayırmışlar”.

Şübhə yoxdur ki, keçmişi bilmək, yaşananları fərq etmək xeyli əhəmiyyətlidir. Bəli, bu gün Şərqi Türküstan olaraq adlandırılan bölgəni də əhatə edəcək şəkildə Türküstan ifadəsi keçmişdə bu toplumların yaşadığı coğrafiyanı ifadə etmək üçün istifadə olunurdu. Belə olmaqla yanaşı bu vəziyyəti davamlı vurğulamaq bizi daha irəli aparmır.  Bu vəziyyət sadəcə Sovet dövründə yaşanmış da deyil. Millət-Dövlət prosesində dünyanın bütün ölkələrində bu parçalanmalar bir şəkildə yaşandı. Bir zamanlar Osmanlı coğrafiyası olaraq adlandırılan bölgədə 52 dövlət olduğu ifadə edilir. Baş verən o qədər proseslərdən sonra heyflənmək əvəzinə əlaqələrin çoxcəhətli olaraq necə inkişaf etdirilə biləcəyi diqqət mərkəzində olmalıdır. Bu gün üçün mənalı olan eynilə ingilislərin “Common Wealth”, Fransanın “Fransızca danışan Ölkələr Təşkilatı” ilə həyata keçirməyə cəhd göstərdiyi kimi tarixi bərabərlikləri çoxcəhətli əməkdaşlıqlarda vasitə kimi görmək üçün cəhd göstərməliyik.

Memarlıq

Daşkəndə səhər saatlarında çatdığımız zaman bizi narın yağan yağış, gözəl bir yaz günü qarşılayır. Min ilin ayrılığı və qovuşma duyğuları ilə atalarımızın bizi gözyaşları ilə qarşıladığı duyğusu yaranır.  Hava limanından otelə gedərkən və bütün səyahət müddətində Daşkənddə, Səmərqəndə, Buxarada ilk gözə ilişən Özbəkistanın xeyli yaşıl bir ölkə olmasıdır. Geniş yollar, hündür ağaclar, parklar, çox yaxşı qorunmuş tarixi quruluş dərhal diqqətləri cəlb ədir. Gəzdiyimiz yerlərdə hündür ağacların boyunu keçən bina görmədim desəm böyütməmiş olaram. Daşkəndin, Səmərqəndin, Buxaranın tarixi bölgələri açıq hava muzeyi kimidir. İnsanı narahat edən tikinti yoxdur. Tikilən yeni binalar da tarixi quruluşa uyğun görünür. Elə ki, ilk baxışda binanın tariximi, yenimi olduğunu başa düşmək çətindir.

Elm və mədəniyyət

Özbəkistanda insana ən çox təsir edən şübhə yoxdur ki, mədrəsələrdir. Bu torpaqlarda 15-ci əsrdə təhsilə, elmə, mədəniyyətə nə qədər əhəmiyyət verildiyini, nə qədər böyük mərhələlər keçdiyini gördükdə aldığı təhsillə elmi inkişafları sadəcə Qərbdən ibarət zənn edən bizim kimilərin gözləri maraqdan getdikcə açılır. Daşkənddəki 16-cı əsrə məxsus Kukeldaş mədrəsəsini gördüyümüz vaxt Porf. Dr. Mehmet Əmin Göktaş “16-cı əsrdə Qərbdə bu səviyyədə görkəmli, təchizatlı və ətraflı bir təhsil binası yox” deyə bildirdi. Səmərqənddəki əfsunlu Registan meydanını gördükdə insan günlərlə orada qalıb bu möhtəşəm mənzərəyə baxmaq istəyir. Meydan 2001-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət İrsi siyahısına salınıb. Əslində meydan kompleks, Uluğ bəy, Şirdor və Tilkari mədrəsələrindən ibarətdir. Uluğ bəy mədrəsəsi 1420-ci ildə Teymur İmperiyasının 4-cü sultanı, astronom Uluğ bəy tərəfindən tikdirilib. Uluğ bəy həyətda ikən riyaziyyat və astronomiyadan dərslər dediyi bu mədrəsə dövrünün ən əhəmiyyətli universitetlərindən biri kimi görünür. Üç mədrəsənin böyüklükləri, memarlığı o illərdə təhsil və elmə verilən əhəmiyyətin başa düşülməsi baxımından xeyli təsirlidir.

Özbəkistandakı yüzlərlə mədrəsədən sadəcə Daşkənddəki Kukeldaş və Buxaradakı Mir Ərəb mədrəsəsi hazırda təhsil sahəsində fəaliyyətlərini davam etdirir.

Davamlılıq, ənənə, tarix, köklü bir mədəniyyət şüurunun itirilməməsi üçün Özbəkistanda da, Türkiyədə də mədrəsə binalarının Qərbdə olduğu kimi universitetlərlə daha çox əlaqələndirilməsi, ən azı bir hissəsinin yenidən təhsil həyatına daxil edilməsinə təcili ehtiyac var.

Orta Asiyada bu qədər əsər və elmi ixtiralar qazandıran, dövrünün ən əhəmiyyətli riyaziyyatçısı və astronomu Uluğ bəyin həyatı hüznlü şəkildə necə sona çatır, bu barədə və Özbəkistana səfərdən qəydiyyatlara dair məlumatın davamını gələn həftə təqdim edəcəyik.



Әlaqәli Xәbәrlәr