NATO əvəzedilməz bir təşkilatdır?

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün “NATO əvəzedilməz bir teşkilatdır?” adlı analitik yazısı.

NATO əvəzedilməz bir təşkilatdır?

Son vaxtlarda ABŞ mərkəzli bir sıra açıqlamalarda S-400, Suriya və ABŞ-ın terror təşkilatlarına dəstəklərinə Türkiyədən göstərilən sərt tənqidlərə görə NATO-da Türkiyənin mövcudluğu mühakimə edilir. ABŞ-ın viste-prezidenti Pens “Türkiyə qərarını verməlidir. Tarixin ən uğurlu hərbi alyansında kritik bir tərəfdaş olaraqmı qalmaq istəyir, yoxsa alyansa zərər verəcək diqqətsiz qərarları ilə bu əməkdaşlığın etibarını təhlükə ilə qarşı-qarşıyamı qoymaq istəyir?” deyə açıqlama yaydı. Buna Türkiyə prezidentinin müavini Fuad Oqtay “ABŞ qərarını verməlidir. Türkiyənin dostu kimimi qalmaq istəyir, yoxsa terrorçularla əməkdaşlıq edib NATO müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini zəiflədərək dostluğumuzu riskə atmaqmı istəyir?” sözlərilə cavab verdi.

Əvvəl Türkiyənin NATO üzvlüyünə dair tənqidlərin NATO səlahiyyətliləri tərəfindən yaxud da digər üzvlər tərəfindən deyil, sadəcə ABŞ tərəfindən səsləndirildiyini ifadə etməliyik.

NATO-nun Türkiyəyə töhfəsi və xərci

Avropanın faşist ölkələri İkinci Dünya müharibəsini uduzdu. Müharibəni demokratik ölkələr qazandı. Müharibədən sonra bütün dünyada demokratiyaya keçid prosesləri baş verməyə başladı.

 Müharibədən sonra qurulan NATO demokratik ölkələrin yaratdıqları bir alyansdır.

 Türkiyə Rusiyanın 1945-ci ildə açıq şəkildə ifadə etdiyi boğazlara dair tələbləri və Türkiyəyə yönəldilmiş təhdidləri səbəbindən Qərb bloku içərisində yer almaq istəyirdi.

 İkinci Dünya müharibəsindən sonrakı prosesin və NATO-nun Türkiyəyə bəlkə də ən mühüm, ən qiymətli töhfəsi Türkiyənin demokratiyaya keçid prosesindəki roludur. O illərdəki xarici şərtlər olmasaydı bu proses çox daha gec baş verə bilərdi.

 Soyuq müharibə dövründəki Rusiya təhlükəsinə qarşı NATO Türkiyə üçün bir təminat yaratmışdır.

NATO-nun Türkiyəyə yuxarıda sadaladığımız çox dəyərli töhfələri ilə yanaşı çox mənfi təsirləri də olmuşdur. Türkiyədə 1960-cı ildəki çevriliş nəticəsində ortaya çıxan proksi hakimiyyət NATO-dan, xüsusilə ABŞ-dan müstəqil izah edilə bilməz. İtaliyada NATO ilə əlaqəli olaraq ortaya çıxan Qladio tipli birləşmələrin, digər NATO üzvü ölkələrdə də mövcud olduğuna dair geniş yayılmış bir qənaət var. Türkiyədəki 1980-cu ildəki çevrilişdə dövrün ABŞ prezidentinə verilən "bizim uşaqlar qələbə qazandı"  qeydi məlumdur. Son olaraq 15 iyul FETÖ çevriliş cəhdi bir çox insan tərəfindən ABŞ ilə əlaqələndirilir.

Türkiyənin NATO-ya töhfəsi

Qurulduğu gündən başlayaraq NATO ölkələrinin birlikdə iştirak etdiyi bir çox mühabirədə yaxud müdaxilədə Türkiyə əsgəri də yer aldı. Çox sayda şəhidimizin olduğu Koreya müharibəsi bunlardan biridir. NATO (ISAF) adı ilə Əfqanıstanda vəzifədə olduqda, helikopteri düşdüyü üçün 2012-ci ildə şəhid olan mayor Şükür Bağdadlı da Türk əsgəridir.  Lakin Türkiyənin NATO-ya əsas töhfəsi, xüsusilə müsəlman ölkələrdəki əməliyyatları üçün təmin etdiyi legitimlikdir. NATO-nun ağır silahlarının olduğu bəzi islam ölkələrində NATO-nun mövcudluğu, işğalçı bir qüvvə yaxud da yeni səlib hücumu kimi tənqid edilir. Türkiyəsiz bir NATO belə tənqidlərlə daha çox qarşı-qarşıya qalacaqdır.

NATO əvəzedilməz bir təşkilatdır? Ya da Türkiyəsiz NATO?

20-ci əsrin əvvəlində dünyadaki qabaqcıl dövlətlərə nəzər saldıqda bunlar İngiltərə, Fransa, Almaniya, ABŞ, Rusiya və Osmanlı dövləti kimi ölkələrdir. 21-ci əsrin əvvəlində dünya siyasətində təsirli ölkələrə nəzər saldıqda yenə eyni ölkələr sadalanır. Bu dövlətlərə Osmanlı dövlətinin yerini alan Türkiyə və Çin əlavə edilə bilər. Türkiyə tarixi olaraq oyunu quran, lider ölkələrdən biridir. Hazırda üzərinə düşəni tam mənası ilə yerinə yetirə bilməməsi bu xüsusiyyətini ortadan qaldırmır. Türkiyə xalqı müsəlman olan yeganə NATO üzvü ölkədir. Türkiyənin İspaniya ilə birlikdə Mədəniyyətlər İttifaqının bərabər hüquqlu sədrliyinə dəvət olunması və bunu yerinə yetirməsi sahib olduğu tarixi irsin nəticəsidir.

Bu səbəblə Türkiyə NATO içərisində adi bir Qərb ölkəsi kimi rəftar edə, belə bir şey müşahidə oluna bilməz. Türkiyənin NATO-ya verdiyi dəstək və töhfə Yunanıstan, İtaliya və s. ölkələrlə müqayisə edilə bilməz. Adi bir Qərb ölkəsi kimi görünən bir Türkiyə NATO-ya da qlobal sülhə də kifayət qədər töhfə verə bilməz. Tarixi dərinliyi, potensialı və qlobal sülhə verəcəyi töhfə səbəbilə Türkiyə NATO ilə də, Rusiya ilə də, Qərb, Şərq, Şimal, Cənub, hər tərəflə də dərin münasibətlər qurmalıdır. Türkiyə üçün bu münasibətlər bir-birinin alternativi deyildir.

NATO-nun Türkiyə üçün əvəzedilməz olmasını müdafiə edənlər Rusiya və regional tarazlıqlar cəhətdən NATO-nun verəcəyi töhfəni vurğulayırlar. NATO-suz bir Türkiyənin keçmişdə Rusiya təhdidi qarşısında daha çox çətinlik çəkəcəyini xatırladırlar. Şübhə yoxdur ki, bu qeyd olunanlar haqlıdır. Bununla yanaşı keçmişdəki Rusiya təhdidinə qarşı NATO-nun Türkiyəyə olan dəstəyi sadəcə Türkiyənin ehtiyacı ilə ödənilə bilməz. NATO Türkiyənin ehtiyacı üçün yox, Rusiyanın fəallığının artmasının özü üçün təhdid olduğunu düşünərək Türkiyəni dəstəkləyib.  Yəni Türkiyə üzv olmasaydı da NATO müəyyən nisbətdə bu dəstəyi vermək məcburiyyətində idi. Misal üçün hazırda Hindistan bir NATO üzvü deyil. Lakin Çinin təcavüzkarlığı qarşısında ABŞ hər hansı bir NATO üzvü ölkəyə verdiyi dəstəkdən daha çoxunu göstərir. Qısacası qlobal səviyyədə iddiasını davam etdirmək istəyən Rusiya, Çin yaxud da başqa bir ölkəni əhatə etmək istəyən bir NATO üzv olsun olmasın əsasən digər ölkələri dəstəkləməlidir.

Türkiyə NATO daxilində mövcudluğunu davam etdirməlidir. Lakin ABŞ və NATO Orta Şərqdə sərhədlər yenidən çəkilərkən, yaxınlığında bir terror dövləti qurmaq istəndikdə, NATO üzvü olduğu üçün Türkiyənin səssiz qalacağı gözlənməməlidir. Belə bir Türkiyə xəyal etməməlidir.

 Braziliya, İndoneziya, Hindistan, Malayziya, Pakistan, Çin kimi dünya siyasətində yeri getdikcə artan ölkələr NATO üzvü ölkələr deyillər. NATO daxilində və ya xaricində, Türkiyə hər zaman öz yolu ilə gedən bir ölkədir. İsmət İnönünün tarixi sözü ilə bitirək söhbətimizi, 1964 tarixli məşhur Conson Məktubuna qarşı dediyi söz: Yeni bir Dünya yenidən qurulur və Türkiyə orada yerini alır.

 NATO-suz bir Türkiyə müəyyən şeylər itirsə də yoluna davam edə bilər. Bununla yanaşı Türkiyəsiz bir NATO da az şey itirməz.



Әlaqәli Xәbәrlәr