Divriği Ulu mәscidi və Darüşşəfa xəstəxanası kompleksi

Türk-İslam memarlığı və incəsənətinin әn gözəl nümunәlәrindәn biri olan Divriği Camesi - mәscidi və Darüşşəfa xəstəxanası kompleksi 1985-ci ildә UNESKO-nun mәdәni irs siyahısına daxil edilib.

1171838
Divriği Ulu mәscidi və Darüşşəfa xəstəxanası kompleksi

‘‘Türkiyәdә turizm’’  verilişindә bu hәftә sizә Türkiyәnin məşhur mәdәniyyәt әsәrlәrindәn biri olan Sivas Divriği böyük mәscidi vә Darüşşifanı  daha yaxından tanıdacağıq. Mәscid Türk İslam memarlığı və incəsənətinin әn önәmli nümunәlәrindәn biridir. Divriği mәscidi vә külliyәsi 1985-ci ildә UNESKO-nun mәdәni irs siyahısına daxil edilib.

Divriği Anadolu Sәlcuqlılarına aid Mәngücükoğulları bәyliyi dövründә tarixi ipәk yolu üzәrindә olan әhәmiyyәtli bölgә olub. İpәk yolunun gәtirdiyi zәnginlik rifah sәviyyәsini dә yüksәldib. Mәngücükoğulları bәyliyinin başçısı Süleyman Şahın oğlu Әhmәt Şah 1228-ci ildә külliyәni inşa etdirmәyә başlayıb. Külliyә 13-cü әsrin ortalarında  tamamlanaraq hәmin il ibadәtә açılıb.

Məscidin cənub divarına bitişik şəkildə inşa edilən Darüşşifa, yəni xәstәxana o dövrdə həmin ərazidən keçәn insanlara və yerli xalqa xidmət edirdi. Bu bina da Әhmәd Şahın hәyәt yoldaşı Mәlikә Turan Mәlәyin göstərişi ilə inşa edilib.

Türk mәdәniyyәtindә әhәmiyyәtli dәrәcәdә yeri olan belә komplekslәrdә ehtiyacı olanlar yemәklә, xәstәlәrsә tibbi xidmәtlә tәmin olunurdu. Bundan başqa mәscidin yanında hamam  vә  bulaq  inşa edilmişdi. Külliyә memarlıq üslubuna görә diqqәtlәri cәlb edirdi.

Mәscidә simal tərəfdə yerlәşәn qapıdan daxil olmaq mümkündür. Mәscidin qapısında mövcud olan naxışlı daşlar görәnlәrin diqqətini cәlb edir. Daşa belә şәkil vermәk ancaq orta әsrin inkişaf edәn sәnәtinin bir nәticәsi idi.

Mәscidә daxil olduqda sizi beş hissәyә bölünmüş uzun ibadәt meydanı qarşılayır. Mәscidin ortasında yerlәşәn bulaq vә işıqlandırmalar diqqәtlәri cәlb edir. Mehrabın qarşısında yerlәşәn gümbәz mәscidin әn yüksәk hissәsini tәşkil edir. Mәsciddә 20-yә yaxın memarlıq üslubuna rast  gәlmәk mümkündür. Mәscidin mehrabı kimi mimbәri dә diqqətsiz qalmır. Mәscidin Şah dairәsi, xalça vә kilimlәri dә olduqca heyranedicidir. Kompleksin memarı Axlatlı Hürrәm Şahdır. Bina Sәlcuqluya xas olan memarlıq üslubu ilә tanınır.

Devriği böyük mәscidi ziyarәtçilərinin yolunu gözləyir.

Әziz dinlәyicilәr bir gün yolunuz Sivasa düşәn zaman buradakı möhtәşәm tarixi abidәlәri vә dini mәkanları görmәyinizi tövsiyyә edirik.



Әlaqәli Xәbәrlәr