Tarrant xristian terrorçudurmu?

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Tarrant xristian terrorçudurmu?” adlı analitik yazısı

1166470
Tarrant xristian terrorçudurmu?

Həftənin Analizi_12

Avstraliyalı terrorçu Brenton Tarrant 15 mart 2019-cu il tarixində Yeni Zelandiyada cümə namazı zamanı iki məscidə etdiyi hücum nəticəsində 50 müsəlmanı şəhid etdi. Onlarlasını yaraladı. Qərbdəki terror hücumlarından sonra doğru olaraq heç bir ölüm və qan göstərilmədikdə Tarrantın hücumu “Facebook”da canlı yayımlandı. Virtual mediada və televiziyalarda hücum və müsəlmanların qarşı-qarşıya qaldığı vəhşət anı dəfələrlə göstərildi.

Adi bir günahkardırmı? Terrorçudurmu?

Bu sual nə qədər haqsız, belə bir hücum qarşısında nə qədər də acıdır. Lakin qərbli siyasi xadimlərin və medianın deyilə bilər hamısı Yeni Zelandiya tarixinin ən qanlı terror aktı deyə bilmədi. Terroru “planlaşdıraraq zorakılıqdan istifadə edərək, təzyiq, hədə-qorxu gələrək, bezdirərək yaxud da təhdid metodları ilə siyasi məqsədə nail olma tərzi” kimi təsvir edə bilərik. Tarrant illərlə planlaşdıraraq canlı yayımla insanları qətl etməklə kifayətlənmir. Qərbdə ağ irqdən başqa hər kəsin nə üçün öldürülməsinin vacib olduğuna dair 74 səhifəlik səbəb də yazır. Tarrant terrorçu deyil, etdiyi də terror hücumu deyildirsə başqa heç bir şey terror hücumu ola bilməz. Tarrantın minlərlə illik tarixdən, İslam və Türk əleyhinə olan bütün adları, yerləri, hadisələri bilməsi və bunları istifadə etdiyi silahlara orijinal dillərdə yazması hücumu tək başına deyil, elmi dəstək alaraq həyata keçirdiyinin bir başqa maraqlı sübutudur.

Qərbdə dəmokratiyalar və azadlıqlar artıq daha müdafiəsiz

Avropada xüsusilə iqtisadi durğunluğa görə faşizm və nasizm getdikcə güclənir. Digər demokratik ölkələrlə müqayisə edildiyi zaman irqçi partiyaların ən çox hakimiyyəti bölüşdüyü ölkələr hazırda Avropa ölkələridir. İrqçi partiyaların təsirlərinin artmaqda davam etməsi qərbli ölkələrdəki azadlıq, plüralist və liberal dairələrin səslərinin daha çox kəsilməsilə nəticələnir. Bu dairələr də üzərlərində çox təzyiq hiss edirlər. Bu nöqtədə Qərbdə fərqli həyat tərzlərini ortadan qaldırmağa istiqamətli təhdid artmaqda davam edərkən, bu təhdidin 2-ci Dünya Müharibəsi ərəfəsində olduğu kimi gedərək özlərini də mühasirəyə saldığını görə bilən çox az lider qaldı.

50 müsəlmanın şəhid edilməsində yenə də Qərbdə hər dindən, dildən, irqdən sağlam düşüncəli dairələr reaksiyalarını ortaya qoyurlar. Bu dairələrin müsəlmanlarla həmrəylik içərisində olduqlarını göstərmələri, yaşadıqları ölkələrdəki təzyiq mühiti düşünüldüyü zaman xeyli dəyərlidir. Qərbi siyasilər səssiz qalsalar da Yeni Zelandiyanın Baş naziri Jacinda Arderin cəhdləri məsələlərə Qərbdə hələ də insan kimi baxa bilən liderlər olduğunu görmək baxımından böyük əhəmiyyət daşıyır. Belə bir ümidsizlik mühitində ölkəsindəki müsəlmanların çarəsiz və yiyəsiz hiss etdikləri bir zamanda Arderin baş örtüyü geyinib müsəlman camaatına başsağlığına getməsi xeyli qiymətli rəftardır. Yaydığı açıqlamada da ağ irqçi terrorçulara cavab kimi: “Bu ölkədə doğulmayıb, burada yaşamağı seçən hər kəs bizdəndir. Bu dəhşətli qətliamı həyata keçirənlər isə bizdən deyildir.”

Arderin ona “edə biləcəyim bir şey varmı deyə sual olan Trampa verdiyi cavab isə dərs kimidir: “Bütün müsəlman icmalarına sevgi və simpatiya göstərin.”

Xristian terrorudurmu?

Qərbdə siyasi xadimlər və media cinayətkarı müsəlman olan hadisələri islam, cihadist, şəriətçi kimi ifadələrlə xaraterizə etməyə həvəsli ikən, Tarrantın qətliamlarına “Xristian terrorizmi” deyən bir açıqlama olmadı. Halbuki Tarrant dırnaqarası manifestində ağlardan savayı qərbdə yaşayan hər kəsi öldürməyə çağırır. Hücumunda və manifestində xristianlığa çox istinad edir. Bu hücumu bir din ilə əlaqələndirmək lazım gəlsə xristianlıqla əlaqələndirmək üçün çox səbəb var. Bəlkə Qərbdə getdikcə artan bu təcavüzkar düşüncələri səlib terroru kimi vəsifləndirmək məsələni xristianlıqdan çıxararaq səlib mentaliteti çərçivəsində qiymətləndirmək daha uyğun ola bilər. Bütün bunlara baxmayaraq məsələyə Qərb kimi yanaşılmamalı. Çünki Qərb bizim müəllimimiz deyil. Onların bəzi zorakılıq hadisələrini İslam ilə əlaqələndirməyə üz tutmalarına necə haqlı olaraq etiraz ediriksə, bu hücumu da xristiran terroru olaraq dəyərləndirməməliyək. Çünki terror kim və nəyin adından həyata keçirilirsə keçirilsin, terrorçularla adından terror törətdikləri dinlər, ideologiyalar və dəyərlər arasına məsafə qoymamaq ən çox terrorçulara xidmət edər. Sözdə İslam adından törədilən aktlardan müsəlmanların, xristianlıq adından törədilən aktlardan xristianların günahlandırıldığı bir dünyada sülh və dincliyə qovuşmaq qeyri-mümkün hala gələr.

Digər tərəfdən terrorçuların vasitə halına gətirilmələri səbəbindən dinləri və əsas məfhumları terrorla birlikdə hallandırmaq, əsrlərdir dinlərə sadiq olanları ifratçılıqdan qoruyan ənənələrinin aradan qalxması ilə  nəticələnərək terrora daha çox xidmət göstərə bilər. İslamın daha yayğın şəkildə yaşandığı, cihadın daha təsirli olduğu və ölkələrin daha çox şəriətlə idarə olunduğu dövrlərdə və yerlərdə, dünyanın başqa coğrafiyalarında nümunəsi olmadığı tərzdə müsəlmanlar, xristianlar, yəhudilər bir arada yaşayırdılar. Həmin səbəbdən Dünyada plüralizmin fərqli mədəniyyətlərin ən gözəl şəkildə yaşandığı nümunələr başqa yerlərdə deyil, müsəlmanların hakimiyyətindəki  Osmanlı coğrafiyasında Əndəlüsdə və Hindistanda görülə bilər. Bu dövrlərdə heç bir müsəlman 11 sentyabrda olduğu kimi günahsız insanları kütləvi şəkildə qətlə yetirəcək bir aktı düşünə bilməz idi. FETÖ-də olduğu kimi öz xalqına “F-16” döyüş təyyarələrilə hücum etməyi xəyal bələ edə bilməzdi. Bütün bunlar yeni, müasir hərəkətlərdir. Tora Boradakı Buda heykəlləri, Əfqanıstanın şəriətlə idarə olunduğu, insanların cihada daha çox həqiqi mənasını həsr etdiyi dövrdə deyil, müasir zamanlarda yıxılmışdır. Tarrantın həyata keçirdiyi terror aktı ilə 11 sentyabr və 15 iyulu həyata keçirən mentalitet əsasən eyni düşüncədir. Üçü də günahsız insanlara qarşı, prinsipdən, qayda-qanundan, ədalətdən məhrum özünü qurban vermiş bir ruhun insanı aparıb çıxara biləcəyi nöqtəni göstərir.  Tarrantın günahsız insanlara qarşı silahla, Ladinin 11 sentyabrda təyyarə ilə, FETÖ-nün 15 iyulda “F-16”larla həyata keçirdiyi hücum eyni düşüncənin nəticəsidir.

Terroru dinlərlə eyniləşdirərək dinlərin arxasına gizlənməsinə, terror düşüncəsinə sahib olanların daha çox qəbul edilməsinə icazə verilməməlidir.

Nə etməli?

Tarrantın vəhşi bir cinayəti soyuqqanlı şəkildə və  bütün dünyaya canlı yayımlayaraq işləyə bilməsində şübhə yoxdur ki, Qərbdəki mühitin; Medianın və bəzi siyasi xadimlərin istifadə etdiyi dilin irqçi, ayrı-seçkilik qoyan və nifrət ifadələrinin də təsiri vardır. Bu hadisə Qərbdə artan İslam əleyhdarlığının ortaya qoyulan Ərdoğana qarşı nifrətin çata biləcəyi nöqtənin konkret halıdır. Tarrant, Bin Ladin və FETÖ kimi terrorçular etdiklərini nə ilə qanunlara əsaslandırmağa cəhd göstərsələr də, eyni düşüncə dünyasının insanları isə mübarizədə birgə addım atmalıdır. Bütün dünyadan insanlıq ailəsi terror hücumlarına qarşı, səbəblərinə nəzər salmadan birlikdə reaksiya göstərməlidir. Dünya artıq qlobal bir kənddir. Hər dildən, dindən, düşüncədən insanlar hər yərdə birlikdə yaşayır. Dünyamızdan sülhü, azadlıqları, dincliyi oğurlamaq istəyən hər dindən, düşüncədən insanların bizi öz qaranlıqlarında boğmalarına icazə verməməliyik.

Ankara Yıldırım Bəyazıt Universitətinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbül məqaləsini belə bir çağırışla yekunlaşdırıb: “Bütün dünyadan sağlam düşüncəli insanlar birləşin. Əks təqdirdə dalğa-dalğa yayılan qaranlığın hamımızı əsir götürməsi qaçılmazdır.”



Әlaqәli Xәbәrlәr