Türkiyənin 180 illik bələdiyyə seçkiləri

Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Türkiyənin 180 illik bələdiyyə seçkiləri” adlı analitik yazısını t

Türkiyənin 180 illik bələdiyyə seçkiləri

Həftənin analizi_11

Türkiyədə 31 mart 2019-cu ildə yeni bir seçki keçiriləcək. Siyasi partiyalar və müstəqil namizədlər seçkilərdən uğurlu olmaq üçün fəaliyyətlərini davam etdirirlər.

Türkiyədə ilk bələdiyyə seçkiləri Tənzimat fərmanından bir il sonra 1840-cı ildə keçirilib. Prof. Mehmet Alkanın fikrinə görə, bələdiyyə məclis üzvlərini müəyyənləşdirmək üçün keçirilən bu seçkilər tariximizdəki ilk yerli məclis seçkiləridir. Bu seçkilərin bir xüsusiyyəti də ilk olaraq birbaşa demokratiya nümunələrindən biri olmasıdır. Beləliklə Osmanlı imperiyasının müsəlman və müsəlman olmayan xalqı seçkilə tanış edib. İstanbul “Şəhrəmanəti” 1855-ci, “Bəyoğlu 6-cı Dairə-i bələdiyyə” 1855-ci ildə qurulub. 1860-cı illərdən sonra Osmanlı dövründə şəhərlərdə bələdiyyə məclisləri getdikcə yayğınlaşıb. Bələdiyyə seçkilərinə dair ilk nizamlama isə 1868-ci il tarixli “Dersaadət İdarei Bələdiyyə nizamnaməsi”dir. Cümhuriyyət dövründə isə ilk bələdiyyə seçkiləri 1930-cu ildə keçirilib. 1930-cu ildən bu günədək, bu ilin mart ayının 31-də keçiriləcək bələdiyyə seçkiləri Cümhuriyyət dövründəki 19-cu bələdiyyə seçkiləridir. 1950-ci ildə çox partiyalı demokratik həyata daxil olduqdan sonrakı 14-cü seçkidir.

Prezident üsul-idarəsinin qəbulundan sonra ilk bələdiyyə və ilk bələdiyyə ittifaq seçkiləri

Aydın olduğu kimi Türkiyənin 180 illik bələdiyyə seçki tarixi müxtəlif ölkələrin tarixindən daha çox olacaq şəkildə qədimdir. Bununla belə hər seçki özünə məxsus şərtləri, özünə məxsus fərqlilikləri və yenilikləri də özü ilə birlikdə gətirir.

Bələdiyyə seçkisi 2017-ci ildə referendumla qəbul edilən prezident üsul-idarəsindən sonrakı ilk bələdiyyə seçkisidir. Seçkilər bu baxımdan xüsusi məna daşıyır.

Bələdiyyə seçkilərinin başqa xüsusiyyəti isə daha əvvəl qadağan olan seçki ittifaqlarının artıq mümkün hala gəlməsidir. Bu çərçivədə Cümhur İttifaqı və Millət İttifaqı daxilində partiyalar ittifaq quraraq seçkidə iştirak edirlər. İttifaq quran partiyalar metod olaraq razılaşdıqları yerlərdə bir-birlərinin namizədlərini dəstəkləyirlər və buralarda namizəd irəli sürmürlər. Partiyaların ittifaq qurmalarının mümkün hala gəlməsi demokratik bir seçimin qadağan olmaması baxımından müsbət haldır. Bununla yanaşı partiyaların öz şəxsiyyətləri və emblemlərilə ittifaqı qurmamaları, seçki vərəqəsində yer almamaları bir əskiklikdir. Bu vəziyyət partiyalıların fəal işləmələrini və seçicilərin siyasi həyata iştirakını azalda bilər. Ümumi seçkilərdən ittifaq qurulmasını mümkün hala gətirən nizamlamalar aparılarkən bu düşüncəmi bölüşmüşdüm: “ Qanun bələdiyyə seçkiləri üçün də qüvvədə olacaq şəkildə hazırlansın. İstəyən partiyalar ittifaq çətri altında, öz emblemləri və öz namizədlərilə seçkidə iştirak etsinlər. İttifaqa qatılan partiyaların səsləri, tək partiya imiş kimi birlikdə sayılsın. Əgər bir yerdə ittifaq ən yüksək səs toplasa, o ittifaq daxilində ən çox səs götürən namizəd qələbə qazanmış olsun. Bu yaxud oxşarı şəkildə partiyaların öz emblemləri və namizədlərilə qatılacaqları, amma ittifaqa da imkan yaradan metodlar partiyaların və seçicilərin daha fəal iştirakına və yiyə durmasına imkan yaradacaqdır.”

Bələdiyyə seçkilərinin mənası

Seçki prosesinin daha mülayim bir mühitdə olması, normallaşmağa davam: Seçkilərə az bir vaxt qalmasına baxmayaraq, keçmişdəki seçkilərlə müqayisədə daha az bir seçki atmosferi müşahidə olunur. Prezident üsul-idarəsinin barışdırıcı təsirinin müəyyən nisbətdə bu nəticədə təsirli olduğu söylənə bilər. Digər tərəfdən AK Partiyanın başlatdığı digital seçki kampaniyası da seçkilərin daha az hiss olunmasının başqa səbəblərindən biridir. Keçmişdə maşın konvoyları, fit səsləri, küçələri dolduran afişalar səbəbindən ən maraqsız olanların belə seçkilərdən xəbəri olurdu. Hazırda gündəlik həyatda seçkilər keçmişdəki qədər fərq edilmir.

Seçkilərin daha az sərt mühitdə keçirilməsi, kampaniyaların ətraf-mühitə daha həssas şəkildə aparılması, seçki fəaliyyətlərinin küçələrdən digital mühitə daşınması Türkiyədə normallaşmanın davam etdiyinin sübutu kimi qəbul edilə bilər.

Prezident üsul-idarəsinin/sabitliyin davam etməsi: Türkiyə hələ yeni Prezident üsul-idarəsinə keçmiş bir ölkədir. Hər böyük dəyişiklik müəyyən səviyyədə qeyri-müəyyənlik və məmnunsuzluq yaradır. Köklü dəyişikliklər bu qeyri-müəyyənliklərə və məmnunsuzluqlara son qoyaraq yola davam etməklə mümkündür, geri qayıdaraq deyil. 2019 seçkiləri prezident  üsul-idarəsindən sonrakı ilk seçkilər deyil də, sistemin yerləşməsindən sonrakı bir seçki olsaydı, seçki nəticələri prezident üsul-idarəsi sistemilə elə çox əlaqələndirilməyə bilərdi. Lakin mövcud şərtlərdə müxalifət blokunun səslərini artırması, müxalifət partiyalarının prezident üsul-idarəsi sistemini bir daha müzakirəyə çıxarması ilə nəticələnə bilər. Bu seçkilər prezident üsul-idarəsi sistemi və sabitlik baxımından əhəmiyyət kəsb edir.

Xarici proksi ünsürlərin gözləntiləri: 28 fevral, 27 aprel, Ergenekon çevriliş cəhdi, Gezi parkı hadisələri, 17-25 dekabr, 15 iyul, xülasə bunlar son 20 ildə qarşı-qarşıya gəlinən əsas çevriliş cəhdləridir. Bu cəhdlərin deməli heç biri sadəcə Türkiyə daxilindəki hadisələrlə izah edilə bilməz. 2000-ci illərlə birlikdə aparılan demokratikləşmə və proksini aradan qaldırma mübarizələri böyük nisbətdə məqsədinə çatıb. Daxildə özgələri tərəfindən himayə edilən mərkəzlər təxrib olaraq milli iradənin qarşısındakı maneələr böyük nisbətdə aradan qaldırılıb. Lakin ölkə daxilindəki bütün əhvalatlara baxmayaraq, Türkiyə üzərində öz məqsədləri olan xarici ünsürlərin bu məqsədlərindən əl çəkdikləri söylənə bilməz. Bunların öz mənfəətləri üçün ölkə daxilində yeni vasitəçi mərkəzlər ortaya çıxarmağa cəhd göstərməməsi sadəcə milli idarənin nümayəndələrilə iş görməsi üçün Türkiyədə prezident üsul-idarəsi sisteminin yerləşməsi və sabitliyin davam etməsi böyük əhəmiyyət kəsb edir. Qeyri-müəyyənlik və xaos mühiti daxili və xarici vasitəçi mərkəzlərə yenidən ümid mənbəyi olacaqdır.

Seçkilərin mənası nə olarsa olsun, hər seçki yeni bir seçkidir. Siyasi partiyalar da bu istiqamətdə fəaliyyətlərini davam etdirir. Müxalifət partiyaları ilə müqayisə edildiyi zaman İqtidar partiyası daha fəal işləyir. Ak Partiyanın sədri və prezident Rəcəb Tayyib Ərdoğan hər seçkidə olduğu kimi bu seçkilərdən də ən çox şəhərdə olan, ən çox mitinq keçirən, ən çox layihə təqdim edən lider xüsusiyyətini davam etdirir. Partiyasının qurulduğu gündən bəridir bütün seçkilərdən qələbə qazanmış lider olaraq, heç bir seçkidə cəhd göstərmədən, işləmədən uğur qazanıla bilməyəcəyini yaxşı bilir.



Әlaqәli Xәbәrlәr