Bunları bilirsinizmi?

Türkiyәdә qadınlara seçmək və seçilmək hüququnun dünyanın bir çox ölkəsidən daha әvvәl  verildiyini bilirsinizmi?

1159107
Bunları bilirsinizmi?

 

Türkiyәdә qadınlara seçmək və seçilmək hüququnun dünyanın bir çox ölkəsidən daha әvvәl  verildiyini bilirsinizmi?

Türkiyə Cümhuriyyətinin hər bir ictimai pilləsində liderlik edən qadınlara ilk siyasi hüquqlar  1930-ci ildə qәbul edilәn Bələdiyyələr Qanunu ilə verilib. 1934-cü ildə isә Malatya üzrә millət vəkili İsmət İnönü və 191 yoldaşının parlamentә tәqdim etdiklәri  tәklifin qәbul olunması ilә  qadınlar  millәt vәkili ola bilib.

O tarixlərdə Amerika vә  Avropanın bәzi ölkәlәrindә   qadınların belə müasir haqları hələ yox idi.  1935-ci ilin 1 mart  tarixindә Türkiyə Böyük Millət Məclisində keçirilәn iclasda  18 qadın millәt vәkili iştirak edib.

Qadınlara  Fransada 1944-cü,  İtaliyada 1945-ci,  Yaponiyada 1950-ci, Səudiyyə Ərəbistanında  isә 2011-ci ildə seçmək hüququ verilib.

İsveçrədə isə qadınlar 1971-ci ilәdәk  seçmək və seçilmək hüququna malik deyildilər.



Әlaqәli Xәbәrlәr