Ani xarabalıqları

‘‘Türkiyәdә turizm’’ proqramının bu hәftәdәki bölümündə Qars vә Ani xarabalıqları haqqında danışacağıq.

1159074
Ani xarabalıqları

 

‘‘Türkiyәdә turizm’’ proqramının bu hәftәdәki bölümündə Qars vә Ani xarabalıqları haqqında danışacağıq.

Qars Malazgird müharibәsindәn öncә 1064-cü ildә Sultan Alparslanın oğlu Mәlikdaş tәrәfindәn fәth edilib. Bizansa bağlı olan Bagrati krallığının paytaxtı Ani şәhәri o dövrlәr türklәrin nәzarәtinә keçib. Ani şәhәri bir dövlәtә paytaxtlıq etmiş nadir şәhәrlәrdәndir.

 Anidә o dövrlәrlәrdә çoxlu sayda tarixi әsәrlәr yaradılıb. Burda yerlәşәn kilsәlәr gözәlliklәri vә әzamәti ilә diqqәtlәri cәlb edir. Anidә çox sayda ibadәt mәrkәzinin dә olduğu  bildirilir. Hәmçinin burda böyük yeraltı şәhәr dә mövcuddur.

Daş sәnәtinin әn gözәlinә məhz burda rәst gәlә bilәrsiniz. Sanki göylərə ucalan saysız ibadәt mәrkәzlәri ziyarәtçilәrin yolunu gözlәyir. Ani şәhәri qalası vә orda mövcud olan saysız әsәrlәri ilә Türkiyәnin önәmli Türizm mərkəzlərindəndir. Şәhәr 1045-ci ildә Bizansın hakimiyyəti altında olsa da 1064-cü ildә isә Mәlikdaşın şәhәri fәth etmәsi ilә  türklәrin nəzarətinə keçib. Burda yerlәşәn  mәscid Anadolunun әn qәdim İslam әsәrlәrindәndir.

 Ani şәhәrinin hәr küncündә mәscid, kilsә vә Sәlcuqlular tәrәfindәn inşa edilәn saraya rast gәlә bilәrsiniz. Bölgәnin tәbiәti isə əvəzsizdir.

Qars şəhəri və qalası Türkiyәnin şimal-şərq sərhədlәrindә yerlәşir. Sәlçuqlu İmperiyası dövründә şәhәr Türk dövlәtinin qәrb sәrhәdindәydi. Qars qalası bölgәnin düşmәn qüvvәlәrindәn qorunması mәqsәdi ilә inşa edilib.

Qarsda mövcud olan hava limanı, dәmir yolu şәhәrin iqtisadi әhәmiyyәtini artırır. Qarsda gәzilәcәk çox yer var. Buranın kaşar pendiri çox məşhurdu. Mətbəxi də xüsusi ləzzəti ilə seçilir. Qars hәmçinin özünә mәxsus evlәri ilә dә diqqәtlәri cәlb edir.



Әlaqәli Xәbәrlәr