Kəşmir: bitməyən acı

Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Kəşmir: bitməyən acı” adlı analitik yazısı

Kəşmir: bitməyən acı

Həftənin analizi_10_2019

20 ildən sonra nüvə silaha sahib iki güc Hindistan və Pakistan bir daha qarşı-qarşıya gəldi. Hindistan işğalı altındakı Cammu və Kəşmirdə 44 Hindistan əsgərinin öldürülməsindən sonra bu ölkəyə məxsus döyüş təyyarələri hücumlardan məsul tutduğu Pakistanın nəzarətindəki bölgələrə hücum təşkil etdi. Pakistanın cavab verməsilə Hindistana məxsus iki döyüş təyyarəsi düşürüldü. Əsir götürülən bir pilot bir neçə gündən sonra Pakistan tərəfindən Hindistana təhvil verildi.

Məsələ əslində toqquşma potensiyalı hər zaman yüksək olan bir problemdən, Kəşmir məsələsindən qaynaqlanır. Məhz bu Kəşmir məsələsi nədir?

Qırmızıdərililərin bir atalar sözündə belə dəyir: “Əgər bir çayda iki balıq dava edirsə, bilin ki, az əvvəl oradan bir ingilis keçib.” Kəşmir də əslində İngiltərənin işğal etdiyi torpaqlardan çəkilərkən, lazım gəldikdə müdaxilə edə bilmək, ayrıldıqları yerin inkişafına mane olmaq üçün problemli buraxdıqları yerlərdən biridir.

Hindistanın aşağı qitəsi, mininci illərlə başlayaraq 1857-ci ilədək, təqribən 700 il Türk mənşəli Sultanlar tərəfindən idarə olunub. Son Babur şahı, Bahadır şahın 1857-ci ildə ingilislərə məğlub olması ilə qitədə sultanlıqlar dövrü başa çatıb, ingilis hakimiyyəti başlayıb. Əsrlərlə öz dilləri, dinləri və rənglərilə əhalinin əksəriyyətini təşkil edərək birlikdə yaşayanlar ingilislər 90 ildən sonra qitədən ayrılarkən, əvvəl ikiyə, daha sora isə Hindistan, Pakistan və Banqladeş olaraq üçə bölünüblər. Hazırda ingiliscə Hindistan, Pakistan və Banqladeşin rəsmi dillərindən biridir.

Xalqın Pakistana bağlanma qərarı qarşısında valinin Hindistanın tərkibinə daxil etdiyi coğrafiya

1947-ci ildə Hindistan və Pakistən müstəqilliyinə qovuşduqda, müsəlman əhalinin əksəriyyətdə olduğu yerlər Hindistana buraxıldı. Kəşmir isə əhalinin 90 faizə yaxını müsəlman olmasına baxmayaraq İngiltərə tərəfindən Pakistanın hakimiyyətinə verilmədi. Kəşmirin gələcəyi Kəşmir xalqının qərarına buraxıldı. İngiltərənin bu qərarı Kəşmirdəki o gündən indiyədək davam edən münaqişənin, toqquşmaların, ölümlərin əsas amilidir. 1947-ci ildə keçirilən səsvermə ilə Kəşmir xalqı böyük əksəriyyətlə Pakistana daxil olma qərarı versə də proses fərqli minvalda oldu. Kəşmirin Hindu şahzadəsi Mehracə  Hari Singh Hindistanın tərkib hissəsinə qatılma qərarı verdi. Kəşmir xalqı qərara etiraz etdi və Hindistandan yardım istədi. Hindistan əsgərlərinin Kəşmirə daxil olması ilə Pakistan əsgərləri də Kəşmirə girdi. Beləliklə iki ölkə arasında ilk müharibə 1947-ci ildə baş verdi.

Müharibələr və mövcud vəziyyət

Tərəflər arasındakı ilk müharibə BMT-nin vasitəçiliyində 1949-cu ilin yanvar ayında sona çatdı. Atəşkəs razılaşmasına əsasən tərəflər Kəşmirdən əsgərlərini çəkəcək və Kəşmirin taleyi BMT-nin nəzarətində keçiriləcək referendum ilə müəyyən ediləcək. Lakin Hindistanın etiraz etməsi səbəbindən referendum heç vaxt baş tutmadı. Hindistan öz nəzarətindəki bölgəni “Cammu və Kəşmir” adı ilə öz ərazilərinin tərkib hissəsinə daxil etdi. Pakistan isə özünün hakimiyyətindəki bölgəyə “Azad Kəşmir” adı ilə muxtariyyət  statusu verdi. İki ölkə 1965 və 1999-cu illərdə Kəşmirdəki ziddiyyətlərə görə təkrar müharibəyə üz tutdu.

1962-ci ildəki Çin-Hindistan müharibəsindən sonra isə Kəşmirin bir hissəsi Çinin nəzarətinə keçdi. Mövcud vəziyyətdə Kəşmirin 45 faizi Hindistan, 35 faizi Pakistan, 20 faizi isə Çinin nəzarətindədir.

İngiltərənin buraxdığı Kəşmir problemi səbəbindən indiyədək 100 mindən çox insan ölüb. 1,5 milyon insan Kəşmiri tərk etməli olub.

Məsələnin həlli mümkündürmü?

İlkin planda hazırdakı gərginlik azaldılmalıdır. Hindistan Pakistanı terrora dəstək verməkdə günahlandırır. Hindistan lazım gəlsə bu məsələdə BMT təhlükəsizlik Şurasına müraciət edə bilər. Lakin bu mövzuda birbaşa özünün qərara gələrək hücum etməsi qəbul edilə bilməz. Pakistanın terror mövzusunda əməkdaşlığa hazır olduğunu ifadə etməsi müsbət addımdır.

Pakistan Kəşmir probleminin həllinin BMT təhlükəsizlik Şurasının 1948-ci ildə qəbul etdiyi referendum qərarı çərçivəsində olmasını istəyir. Hindistan isə Kəşmirin əhalisinin böyük əksəriyyətinin müsəlman olması səbəbindən bunu istəmir. Bu səbəbdən hərbi mövcudluğu ilə Kəşmirə nəzarətini davam etdirməyə cəhd göstərir. Türkiyə isə BMT TŞ-nın qərarı çərçivəsində bir yanaşma ortaya qoyur.

Bu qədər ildir davam edən toqquşmalar, xalqın mənimsədiyi bir həll yolunun çözüm olmadığını ortaya qoyub. Kəşmir xalqı özünün mövcudluğunu qəbul etməyərək, iki ölkənin qəbul etdiyi qərarlara yaxud da xarici müdaxilələrə reaksiya göstərir. Buna görə  həllə dair söylənməsi vacib olan ilk şey bu prosesə Kəşmir xalqının da daxil edilməsi, onların qəbul edə biləcəkləri bir həll yolu üzərində müzakirələr aparılmasıdır. Ehtimal olunan həll yollarından biri referendum keçirilməsidir. Kəşmir xalqının Pakistana yaxınlığı məlumdur. Bu səbəbdən Hindistan buna etiraz edir. Başqa alternativ isə Kəşmirin müstəqil bir dövlət olaraq mövcudluğunu davam etdirməsidir. Lakin elə görünür ki, iki ölkə də bu həll yolunu qəbul etmək istəmir.

Türkiyə daha çox qan, daha çox göz yaşı axıdılmaması, bir-birlərinə daha çox zərər verməmələri üçün tərəflər istəyəcəyi təqdirdə istənilən dəstəyi verə biləcək bir ölkədir. Türkiyənin Kəşmir probleminə baxışı imperial bir məqsədə deyil, məsələnin ədalətli şəkildə həlli istiqamətindədir. Hindistan və Pakistan Kəşmir probleminin sadəcə özlərini maraqlandırdığını, buna görə öz aralarında həll yolu tapa biləcəklərini düşünürsə, bu çərçivədə məsələnin həlli çətin görünür. Bunun qarşısında, tərəflər Kəşmir problemi üzərindən, əslində özləri vasitəsilə daha qlobal bir hərbin yürüdüldüyünü, özlərinin qlobal hərbin vasitəçisi edilmək istəndiyini gördükləri nisbətdə bir həll qapısı mümkün ola bilər. İsrailin son vaxtlarda Hindistan ilə qəbul etdiyi silah satışı razılaşmaları, ABŞ-ın Çinin qarşısını almaq üçün Hindistana verdiyi dəstəyi, oxşar şəkildə Çinin Pakistana qarşı dəstəyi əsasən bu cür vasitəli hərbə işarə edir. İki ölkə də özləri üzərindən yürüdülmək istənən belə toqquşmaları görməyib, münaqişəni davam etdirsələr itirəcəkləri çox şey olacaq. Lakin böyük rəsmi görüb, Kəşmirlə əlaqədar həll yolu tapa bilsələr, bu həll yolu, nə qədər də az şey qazandıqlarını düşünsələr də, tərəflərə çox şey qazandıracaqdır. Toqquşma mühitinin aradan qalxdığı, bir-birinə qarşı mövqe tutmamış bir Pakistan və Hindistan mümkün olan sülh mühitində daha sürətli şəkildə inkişaf edəcək, öz ictimaiyyətlərinin siyasi, iqtisadi, sosial, mədəni və dinc həyata istiqamətli qazanclarına töhfə verəcəkdir.



Әlaqәli Xәbәrlәr