Badamlı kəşkül pudinqi necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən kəşkül şirniyyatını təqdim edirik.

Badamlı kəşkül pudinqi necə hazırlanır?

 

  İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən kəşkül şirniyyatını təqdim edirik.

   Əvvəlcə onu deyək ki, Türkiyə mətbəxində şirniyyatın yeri bambaşqadır. Keçmişdən bu günümüzə qədər həm xalq arasında, həm Osmanlı saraylarında şirniyyatın yeri xüsusi olub. Verilən ziyafətlərdə, edilən şənliklərdə, mübarək gün və gecələrdə, bayramlarda şirniyyat hər evdə önəmlidir.  

  Türkiyə mətbəxində südlü və meyvəli şirniyyatlar daha çox sevilir. Çünki bunlar həzmi asanlaşdırır, kalorisi aşağıdır, həm də xərci daha uyğundur.

  Türkiyədə tez-tez bişirilən, üstəlik hazırlanması paxlava və şirəli digər şirniyyatlara görə daha asan olan kəşkül südlü şirniyyatı var. Bu gün biz sizə Osmanlı dövründən bəri hazırlanan və sevilərək yeyilən badamlı keşkül pudinqinin ləvazimatını söyləyir və bişirilmə qaydasını təqdim edirik.

  Kəşkül şirniyyatını hazırlamaq üçün bizə nələr lazımdır?

  • 1 litr süd,
  • 1 su stəkanı şəkər,
  • 1 stəkan çəkilmiş badam,
  • 2 xörək qaşığı nişasta,
  • 2 xörək qaşığı rəndələnmiş quru hind qozu,
  • 1 yumurtanın sarısı,
  • yarım çay qaşığı vanel,
  • qat-qat kəsilmiş badam və ya püstə.

  Ləmazimat əlinizin altındadırsa, artıq kəşkül şirniyyatını hazırlamağa başlaya bilərik.

  Əvvəl bir qazana süd, şəkər, yumurta sarısı, hindistan qozu və çəkilmiş badamı töküb yaxşıca qarışdırın, sonra qazın üzərinə qoyun. Qaynaya qədər qaışdırın.

  Bu arada nişastanı 3 qaşıq suda həll edin, sonra onu qaynayan südlü qarışığa yavaş-yavaş tökməklə qarışdırmağa davam edin. Tündləşənə yaxın bişən kəşkülü qazın üzərindən götürün və kiçik kasalara töküb soyumağa qoyun. Tam soyuduqdan sonra üzərinə halqa-halqa kəsilmiş badam və ya püstəni səpin.

  Artıq Türkiyə mətbəxinin kəşkül şirniyyatı hazırdır: süfrəyə verə və nuşi-canla yeyə bilərsiniz.   

 



Әlaqәli Xәbәrlәr