Fransa: Artıq siyasət ümid yolu deyilsə?

Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Artıq siyasət ümid yolu deyilsə?” adlı analitik yazısı.

1152973
Fransa: Artıq siyasət ümid yolu deyilsə?

Həftənin analizi_09_2019

Qərbli ölkələrdə siyasətə olan maraq azalmaqda davam edir. Ənənəvi siyasi partiyalar, mərkəzi sağ və mərkəzi sol yönümlü yanaşmalar getdikcə mənasını itirir. İrqçi partiyaların gücü artır. Yeni və köksüz formalaşmalara seçkilərdə reğbət göstərilə bilir. 2017-ci ildə keçirilən seçkilərdən Makron bir partiyası olmadan “Yürüş” (En Marche) hərəkatı ilə ölkənin prezidenti seçildi. Aydın olur ki, fransız seçicilərinin yürüşü bununla da məhdud deyil. “Sarı jiletlilər” hərəkatı ilə davam edir.

Prof. Küdrət Bülbül bu həftəki məqaləsində Fransa vasitəsilə Qərbli ölkələrdə siyasətə getdikcə azalan maraq və bunun yaradacağı mümkün olan böhranlar, təhlükələr və təhdidlərə toxunaraq dəyir: “Avropada seçkilərdə iştirak etmə nisbəti seçicilərin siyasətə marağının getdikcə azaldığını dəqiq şəkildə ortaya qoyur. Avropa Parlamenti seçkilərində iştirakçı nisbəti 1979-cu ildən indiyədək 65 faizdən orta hesabla 40 faizə düşüb. Fransada isə bu nisbət bir qədər daha aşağıdadır. Fransadakı 2017-ci ildəki prezident seçkilərində iştirak etmə nisbəti 65 faiz oldu. Bu nisbət 1969-cu ildən bəridir ən aşağı səviyyədir. İlk turda “Yürüş” hərəkatının lideri Emmanuel Makron səslərin sadəcə 23 faizini qazandı. Radikal Sağçı Milli Cəbhə lideri Marine Le Pen isə sadəcə iki bal aşağı səslə  21 faiz səs yığaraq Makrondan sonra ikinci yeri tutdu. İkinci tura qalan bu siyasi xadimlər arasından Makron seçkidə iştirak edən 65 faiz seçicinin 66 faizinin səsini götürərək prezident seçildi. İfrat sağ yönümlü Le Penin  səs nisbəti isə 34 faizdə qaldı.

Türkiyədə 2018-ci ildəki prezident seçkilərində isə iştirak edənlərin nisbəti 87 faizə çatdı. Türkiyədə səs nisbətlərinin xeyli yüksək olması, kütlələrin siyasətə, siyasi partiyalara olan ümidinin göstəricisi olaraq da görülə bilər.

Siyasətlə maraqlanmamağın səbəbləri...

Qərbdə seçkilərdə iştirak edənlərin nisbətinin aşağı düşməkdə davam etməsi bəzi siyasi elm adamlarının fikrincə rifahın artması ilə izah edilir. Bu izah müəyyən nisbətdə mövzuya aydınlıq gətirir. Rifah səviyyəsindəki ifrat artım siyasətdən gözləntini azaldacağı üçün siyasi iştirakı da aşağı sala bilər. Lakin ümumilikdə Qərbli ölkələrdə və xüsusi olaraq isə Fransadakı vəziyyət rifahın artması ilə izah oluna bilməz. Qərbli ölkələrin qloballaşma proseslərindən kifayət səviyyədə qazanc əldə edə bilmədiklərindən qloballaşma əleyhinə üz tutduqları, iqtisadiyyatlarının getdikcə məhdudlaşdığı məlumdur. İrqçi partiyaların səs nisbətini artırmaqda davam etməsi, artan küçə nümayişləri bu vəziyyətin rifahın artması ilə izah edilə bilməyəcəyinin göstəricisidir.

Geniş kütlələrin seçimlərinin ilkin planda tutulmaması, daralan iqtisadiyyata yönəldilmiş həll yolları axtarışlarının ümid vəd etməməsi, artan irqçilik səbəbilə fərqli olanın həyat sahəsinin məhdud olmaqda davam etməsi, siyasilərə istiqamətli artan sui-istifadə halları siyasətə rəğbət göstərilməməsinin səbəblərindəndir.

Əsas prinsiplərini itirən siyasət: Edam həftəsində müqəddəs sayılan Sisi

Daxili və xarici siyasətdəki əsassız, nizamsız və məsnədsiz açıqlamalar da şübhə yoxdur ki, siyasətə yönəldilmiş yox olan ümidin səbəbləri arasında qəbul edilə bilər. Xarici siyasət baxımından Aİ və Aİ-yə üzv ölkələr sıxlıqla başqa ölkələrdəki demokratiya kəsirlərindən, insan haqları pozuntularından bəhs edirlər. Halbuki eyni ölkələrin liderləri dinc vətədaşlardan 9 cavanın hələ həyatlarının baharında ikən edam edildiyi həftə Misirdə qiyamçı general Sisinin ev sahibliyində Aİ-Ərəb zirvə yığıncağı keçirməkdən imtina etmədilər. Bu liderlərdən də Sisiyə yönəldilmiş bir tənqid olmadı. Bu vəziyyətdə Aİ və Aİ-yə üzv ölkələrin xarici siyasətdəki tənqidlərinin inandırıcı olmasından söhbət gedə bilərmi? Xarici siyasət baxımından belə siyasətlərdən seçici necə bir prinsip, ümid, əsaslı mövqe gözləyə bilər?

Fransa cəhətdən nəzər saldıqda isə, bir tərəfdən ksenofobiya, İslamfobiya və anti-semitizm səbəbindən azadlıq sahələri getdikcə daraldıqda, digər tərəfdən də ən təməl ifadə azadlığının belə anti-semitizmin tərkib hissəsinə daxil edilməsi, sionizm  tənqidinin cəzalandırılması cəhdləri azadlıq sahələrini daha da məhdud edir”.

Prof. Kudrət Bülbül məqaləsində davam deyir:

Artıq siyasət ümid yolu deyilsə...

Fransada yerləşmiş mərkəzi sağ və sol yönümlü partiyaların mənasını itirməsilə Makron iqtidara gəldi. “Sarı jiletlilər” hərəkatı eyni ənənəni davam etdirir. İndiyədək 10-dan artıq ölüm, minlərlə yaralı və həbs etmə halları ilə davam edən “Sarı jiletlilər”in nümayişlərinin azalıb azalmadığı bu məqalənin mövzusu deyil. Bu aksiyaların bir siyasi akta çevrilib çevirilməyəcəyi də eləcə. Amma siyasətin seçki qutusunda müəyyən edilməsinə azalan və küçə hərəkətlərinə artan maraq ənənəvi siyasi partiyaların çox ciddi bir məna və etimad böhranı ilə qarşı-qarşıya olduğunu göstərir. Xüsusidə Fransa, ümumilikdə isə Avropa siyasəti bu baxımdan ciddi qeyri-müəyyənlik və etimadsızlıq mühitilə qarşı-qarşıyadır. Siyasətə olan etimad nisbəti azalmaqda davam edir. Bu etimadsızlıq mühiti Avropanın gələcəyi və Avropa ilə birlikdə dünyanın gələcəyi baxımından ciddi təhdiddir. Avropa siyasətinin böhranı olaraq görülə biləcək bu vəziyyət Avropanı ciddi qeyri-müəyyənliklə qarşı-qarşıya qoyur. İrqçi partiyaların artmaqda davam edən səsləri və seçki qutusundan kənarda axtarışlar demokratiyaların gələcəyi cəhətdən də ciddi riskdir. Fransa nümunəsində olduğu kimi ifrat sağ yönümlü partiyalar ikinci tura qalan partiyalardan biri ola bilər. Seçici ikinci turda bu partiyalara qarşı birləşə bilirlər. Lakin mərkəzi sağ və sol partiyaların sayının azalması ilə irqçi partiyaların qarşısını ala biləcək imkanlar zəifləyir. Fransız səlahiyyətlilər əgər siyasətlərin ictimaiyyətləri üçün yenidən bir məna və ümid daşımasını istəyirlərsə imperialist ənənənin davamı olaraq daimi olaraq başqa ölkələri tənqid etməkdən, bu ölkələri diqqət mərkəzində saxlamaqdan təcili əl çəkib öz torpaqlarında baş verənlərə qulaq asmalıdırlar. Fransa ictimaiyyəti legitim və qanuni gördüyü siyasət vasitəsilə bir dəyişmə ümidini tamamilə itirsə Fransanı çox yaxşı bələd olduqları və qürur duyduqları, çox insanın ölümünə səbəb ola biləcək, hazırdakı qurğuları yerlə-yeksan edə biləcək olan, qorxuram ki, yeni bir “ziyalanma” prosesi gözləyir”.



Әlaqәli Xәbәrlәr