Səlimiyyə məscidi

Hörmətli oxucularımız  bu proqramda sizə  Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ‘‘ustalıq əsərim’’ adlandırdığı Edirnədəki Səlimiyyə məscidi haqqında danışacağıq.

Səlimiyyə məscidi
Səlimiyyə məscidi
Səlimiyyə məscidi

Səlimiyyə məscidi

              

Hörmətli oxucularımız  bu proqramda sizə  Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ‘‘ustalıq əsərim’’ adlandırdığı Edirnədəki Səlimiyyə məscidi haqqında danışacağıq.

Qanuni Sultan Süleyman və Hürrəm Sultanın oğlu Sultan II Səlimin Memar Sinana tikdirdiyi bu məscid türk və İslam memarlığının ən mühüm əsərlərindən biridir. Məscid 2011-ci ildə YUNESKO-nun mədəni İrs sıyahısına daxil edilib.

Sultan II Səlim məscidin inşası işlərini həyata keçirmək üçün 80 yaşlı Memar Sinanı yanına çağırır və heç bir xərcdən çəkinmədən Ədirnədə onun adını daşıyan bir məscid tikilməsini tapşırır.

Memar Sinan qısa müddətdə padşahın verdiyi tapşırığı yerinə yetirmək üçün Edirnəyə gedir. 1568-ci ildə məscidin inşası başlayır və 1574-cü ildə Sultan II Səlimin vəfat etməsindən dərhal sonra ibadətə açılır.

Memar Sinanın İstanbuldakı şah əsərləri ‘‘Şahzadəbaşı’’ və ‘‘Süleymaniyyə’’məscidləri onun memarlıqdakı qabiliyyətlərini sübut edən sənət inciləridir. Memar Sinan Ser Mimaranı, yəni Dünya memarlarının şahı adına sahibdir.

Memar Sinan Səlimiyyə məscidini inşa edərkən əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində rast gəlinməyən bir texnikadan istifadə edib. Məscidin sütunlarını və başlıqlarını qədim Misir mədəniyyətinin lotus bəzəklərindən təsirlənərək yaratmışdı.

Məscidin həyətinin ortasında yerləşən su bulağı Memar Sinanaın inşa etdiyi digər bulaqlardan çox fərqlənir. Belə ki, bulağın altına yerləşdirdiyi kiçik hovuzlara düşən su dəstəmaz alanların üzərinə sıçramır.

Bu gün də öz mövcudluğunu qoruyan minbər Türk-İslam sənətinin şah əsərlərindən biri sayılır. Mərmərin üzərində təsvir edilən bəzəklər ilk günkü kimi öz gözəlliyini goruyur. Məsciddəki moizə köşkü də diqqəti cəlb edən məkanlardandır.

Məscidin qümbəzləri 43 metr yüksəkliyində və 32 metr deametrindədir. Qübbə 8 sütuna söykənən bir təməl üzərinə oturdulub. Mәsciddә 6000 min nәfәr dini vәzifәsini yerinә yetirә bilәr.  Beləliklə, Memar Sinan əsrlər boyu öz mövcudluğunu qoruya biləcək bir şah əsər yaradıb.

Məscidin nəzərə çarpan xüsusiyyətlərindən biri də sadə olmasıdır. Qırmızı və ağ rəngin harmoniyası diqqətli nəzərlərdən qaçmaz. Məscidin göyə ucalan dörd minarəsi İslam dünyasının qələm incəliyində və gözəlliyində ən gözəl nümunələrdən olmağa davam edir.

Minarələrin balkonlarına üç ayrı pilləkənlərdən qaxmaq olur. Azan oxumaq üçün fərqli balkona çıxan vaizlər bir-biri ilə qarşılaşmır.

Səlimiyyə məscidi Edirnənin siluetinə hakim bir mövqedə yerləşir. Məscidi hər il həm ölkə daxilindən, həm də xaricindən minlərlə turist ziyarət edir.

Memar Sinan öz həyatından bəhs etdiyi əsərində "Bəndə Allahın qarşısında qüsursuz olmamalıdır" deyərək mükəmməl inşa etdiyi məscidə şüurlu olaraq bir qüsur əlavə edir.  Memar Sinan öz əsərinə şüurlu olaraq bir qüsur əlavə edəcək qədər fəzilət sahibi idi.

Səlimiyyə məscidi Memar Sinan üçün böyük əhəmiyyət kəsb edirdi. O, ‘‘Gələcəkdə bu işin mütəxəsisləri mənim əsərlərimi xeyir duaları ilə anacaqlar’’ deyə söyləyirdi və sənətkarın bu fikri sözün həqiqi mənasında bugün də özünü doğrultmaqdadır.

Әziz oxucularımız bir gün yolunuz Edirnәyә  düşsә burda mövcud olan mәdәni әsәrlәrә dә baş çәkmәnizi tövsiyә edirik.



Әlaqәli Xәbәrlәr