"Millət, zillət ve siyasǝt”

Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Millət, zillət ve siyasǝt” adlı analitik yazısını təqdim edirik.

"Millət, zillət ve siyasǝt”

Həftənin analizi_08_2019

Siyasi sistemlər içərisində mövcud olduqları ictimaiyyətlərlə uyğunlaşdıqları və onların seçimlərini hakimiyyətə daşıdıqları nisbətdə ölümsüz olurlar. Siyasi sistemlərin ictimai tələblərə, dəyişikliklər qarşısında həssas olması ictimaiyyətə olan faydanı artırır və bu faydanı daimi hala gətirir. İctimai seçimləri nəzərə almayan, dəyişikliklər qarşısında müqavimət göstərən siyasi sistemlərin isə nə qədər də güclü olarsa olsun uzun müddət mövcudluqlarını davam etdirə bilmələri qeyri-mümkündür.

Siyasi sistem cəhətdən İslam dünyası da daxil olmaqla Qərbdən başqa ictimaiyyətlərin ən əsas problemi Millətin seçimlərinin siyasətə kafi dərəcədə əks etdirilməməsidir.

Siyasi sistemlər ictimai tələblərə kifayət qədər açıq deyillər. Bu vəziyyət bir müddət sonra əlaqədar siyasi sistemlərin ictimaiyyətləri tərəfindən qanuni görülməməsilə nəticələnir.

Qərbdə olmayan cəmiyyətlərin ikinci əsas problemi siyasi sistemlərin öz daxilində qanuni bir dəyişiklik və ümumi bir dəyişiklik etməyə imkan verməməsi, həmin səbəbdən siyasi qüvvələrin dəyişməməsidir.

Hakimiyyətə gələnin daimi olmasıdır. Siyasi hakimiyyətlər öz cəmiyyətləri tərəfindən qanuni qəbul edilsələr gücün dəyişdirilməsi və transformasiyası tələbləri çox vacib olmaya bilər.

Hazırda ictimaiyyətlərinin qanuni gördüyü bəzi krallıqlar bu vəziyyətə nümunə kimi göstərilə bilər. Amma bu vəziyyətin nümunələri yox deyilə biləcək səviyyədə azdır. Bu nümunələrdə də ictimaiyyətin siyasi hakimiyyətlərdən məmnuniyyət səviyyəsini ölçə biləcək yaxşı bir sistem də bəhs mövzusu deyildir. Həmin səbəbdən bu günün dünyasında demokratiya, ictimai legitimliyi də məmnuniyyəti də ölçə biləcək ən uyğun sistem olaraq görülə bilər.

Millətsiz iqtidarlar

Bu iki vəziyyəti birlikdə təmin edən siyasi sistemlər ən yaxşı siyasi sistemlər kimi görüldükdə, hər iki durumu da təmin edə bilməyən sistemlər hər halda ən pisidir. Bir tərəfdən ictimai seçimlərə tamamilə qapalı ikən, digər tərəfdən siyasi sistemin, iqtidarın dəyişməsinə icazə vermədiyi sistemlər ictimaiyyətləri üçün çox ağır nəticələrə gətirib çıxaran sistemlərdir.

Həm ictimaiyyətləri tərəfindən qanuni görülməyən həm də siyasi iqtidarın dəyişməsinə icazə verməyən siyasi sistemləri başda Orta Şərqdə olmaqla, müxtəlif ölkələrdə nümunələrini görmək mümkündür. Millətinə əsaslanmayan, arxalarında güclü bir milli iradə olmayan siyasi iqtidarlar bu kəsiri daxili və xarici başqa iqtidarlarla bölüşmək məcburiyyətində qalırlar. Daxildəki və xaricdəki bu anti-demokratik qüvvələr isə öz mənfəətləri cəhətdən bu vəziyyətin daimi olması üçün əllərindən gələni edirlər. Orta Şərq də daxil, müxtəlif ölkələrdə demokratiyaların deyil, diktatorların daha daimi olmasının ən əhəmiyyətli səbəblərindən biri də budur. Hakimiyyətin qanuni yollardan dəyişməsinə də icazə vermədiyi üçün belə iqtidarlar ictimaiyyətləri üzərində nüfuzları artmaqda davam edən, davam etdirilə bilməsi gündən-günə azalan, daxildə daha çox hərbi ünsürlərə arxalanan, xaricdə isə davamlı qlobal imperialist ölkələrin dəstəyilə hakimiyyətini davam etdirə bilən iqtidarlara çevrilirlər.

Türkiyənin qəyyumluq təcrübəsi

Yaxın dövrdə bir siyasi sistem dəyişikliyi etdiyi üçün Türkiyə təcrübəsi yuxarıda izah edilmək istənilən şəyin daha yaxşı başa düşülməsinə töhfə verə bilər. Türkiyə keçən il keçirdiyi referendum ilə parlament sistemindən prezident üsul-idarəsinə keçdi. Parlament sisteminin yaxşı tətbiq edildiyi  dünyada şübhə yoxdur ki, başqa ölkələr vardır.  Amma Türkiyə təcrübəsində parlament sistemi millətin seçimlərini iqtidara daşıyan yox, daxili və xarici qəyyumluq seçimlərinə daha həssas bir sistemə çevrilmişdir. Qısa müddətli koalisiyaya ehtiyac duyan siyasi iqtidarlar daxili və xarici vasitəçilərə qarşı mövcudluğunu ortaya qoya bilməmiş, millətdən aldıqları təmsil səlahiyyətini onlarla bölüşmək məcburiyyətində qalmışlar. Ölkə xaricindən olan dəstəklərlə hər on ildən bir həyata keçirilən hərbi xuntalar yaxud da çevriliş cəhdləri qanuni, bürokratik və oliqarxiya bu anti-demokratik vəziyyətlərin iztirablı xatirələrdir. Türkiyə həyata keçirdiyi siyasi sistem dəyişikliyilə, artıq daxili və xarici vasitəçilər üçün daha çətin, öz milləti üçün daha rahat idarə edilə bilən ölkə olmuşdur. Prezident üsul-idarəsi sistemində dövlət başçılarının ancaq iki dövr seçilə biləcəyi əsası da qəbul edilmişdir. Beləliklə Türkiyənin siyasi sistemi ictimai təcrübələrə həssas yanaşma və siyasi iqtidarların dəyişməsinə icazə vermə meyarlarına daha çox cavabdeh hala gəlmişdir. Yeni sistemdə Türkiyədə siyasətin əfəndisi artıq millətdir deyilə bilər.

Siyasi iqtidarların dövlət/hökumət başçılarının sərhədsiz deyil, müəyyən müddət üçün seçilməsi böyük əhəmiyyət kəsb edir. Heç bir problem tək bir səbəbdən asılı ola bilməz. Lakin başda Orta Şərqdə olmaqla, zülmkar bir çox ölkədə sadəcə bu qayda olsa da, sadəcə bu qayda bir çox problemi həll edə biləcək xüsusiyyətdir. Misal üçün Suriyada belə bir qayda olsaydı Əsədin vəzifə müddəti başa çataq və Suriyada problemin əhəmiyyətli bir hissəsi həll ediləcək idi.

 “Dinsizliklə bəlkə, amma zülmlə əbədiyaşar olmaq mümkün deyil”

Afrika, Uzaq Şərq və xüsusilə Orta Şərqdə mövcud olan zülmkar rejimlər, nə qədər də güclü olsalar uzun müddət daimi ola bilməyəcəklər. Başqa ölkələrdəki fərd-dövlət əlaqələrinin çox yaxından məlum olduğu kimi qlobal ünsiyyət və informasiya dövründə ictimai seçimləri nəzərdə tutmayan heç bir iqtidar uzun müddətli ola bilməz. Belə iqtidarlar nə qədər də güclü olsalar da keçmişdə də uzun müddətli hakimiyyətdə qala bilməyiblər.  Monqollardan, Səliblərdən bu günə nə gəlib çıxıb? Düz də həmin səbəbdən min il əvvəl yazdığı Siyasətnamə kitabında Böyük Selcuk dövlətinin baş vəziri Nizamülmülk “Dinsizliklə bəlkə, amma zülmlə əbədiyaşar olmaq mümkün deyil” deyir.

Söhbətin əvvəlində Qərbin xaricindəki ictimaiyyətlərin ən əhəmiyyətli problemlərinin, siyasətin ictimai seçimlərə və dəyişikliyə əsaslı olaraq yürüdülməməsi olduğunu vurğulamışdıq. Qərbli ictimaiyyətlərdəki bəlkə də ən əsas problem siyasətin  getdikcə millət tərəfindən təsdiqlənən irqçi partiyalar vasitəsilə yürüdülməsidir. Qərbdə artaraq davam edən iqtidarı bölüşmə irqçi partiyaların Avropa və dünya üçün nə qədər ciddi təhdid yaratdığı isə başqa məqalənin mövzudur.



Әlaqәli Xәbәrlәr