"Moro: parlaq günlərə doğru”

Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı, professor Küdrət Bülbülün  "Moro: parlaq günlərə doğru” adlı analitik yazısını təqdim edirik.

1139279
"Moro: parlaq günlərə doğru”

Həftənin analizi_06_2019

 Filippinin cənubunda Mindanao adasında yaşayan Moro müsəlmanları bəlkə də bəşəriyyət tarixinin ən uzun müddət davam edən kədərə qərq olmuş coğrafiyasıdır. 1500-cü illərdə hökm sürən kədərlə, qanla, zülmlə, ölümlə qol-boyun olmuş bu proses hazırda müəyyən bir ümidə üz tutmuş vəziyyətdədir. Morolu uşaqların göz yaşlarının dayanması, qaranlıq günləri arxada buraxıb, anasız-atasız qalmadan gələcəyə ümidlə baxa bilmələri üçün üfüqdə güclü bir işıq görünür.

Moro  Türkcə danışılan coğrafiyada gündəlik dualarda Fələstin, Eritreya, Cammu və Kəşmir kimi məzlum coğrafiyalarla birlikdə səsləndirilən bir bölgədir. Moro ilə geniş kütlələr bəlkə də daha çox Saleh Mirzəbəyoğlunun o təsirli şeri “Parlaq döyüşçüləri-Moro dastanı” ilə tanış olmuşdur. Lakin artıq Moro müsəlmanlarını fərqli bir gələcək gözləyir.

Söhbəti 21 yanvarda keçirilən referenduma gətirməmiş Moronun qısa tarixinə nəzər salaq:

Moronun tarixi

İslamın Filippindəki adalara daxil olması Uzaq Şərqdəki digər bölgələrə gəlməsindən və yayılmasından fərqlənmir. Morolular da müsəlman tacirlər vasitəsilə İslamla tanış olublar və müsəlmanlıq zaman ərzində yayğınlaşıb. Müsəlmanlar 1500-cü illərədək öz dövlətləri daxilində əsrlərlə yaşamağa davam ediblər. Moroda müsəlmanlarla ispanlar arasında toqquşma 1521-ci ildə başlayıb. Əndəlüsün məğlub olması ilə toqquşmanın Filippinə yayıldığı və o zamandan bu günədək dəyişik tərzlərdə təqribən 500 ildir davam etdiyi söylənə bilər.  

1900-cü illərdə Filippinin cənubunun təqribən hər tərəfində əksəriyyətdə ikən, assimilyasiya və demoqrafik quruluşu dəyişmə cəhdləri səbəbindən müsəlmanlar müxtəlif bölgələrdə azlıq statusunda olublar. Əvvəl ispanlar, 20-ci isrin ilk yarısında bölgəni idarə edən ABŞ və daha sonra Filippinin izlədiyi siyasətlərlə müsəlmanlar ölümə və köçə məhkum edilib. 2016-cı ildəki Cotabotoya səfərim zamanı ev-eşiklərindən edilmiş insanların, quruda yerləşmələrinə də icazə verilmədiyi üçün çaylar üzərində saldıqları qayıq daxmalarda necə yaşamağa məhkum edildiklərini yerindəcə gördüm.

Morolu müsəlmanlar 1960-cı illərdə artıq özlərinə istiqamətli məhv etmə siyasətlərinə qarşı təşkilatlı müqavimət hərəkatı başladıblar. Fərqli dövrlərdə fərqli təşkilatlar daxilində bu müqavimətlərini davam etdiriblər. Müqavimətlərə əsaslı olaraq İslami Azadlıq Cəbhəbi lideri Səlamət Haşim və onun 2003-cü ildə vəfatından sonra isə Hac Murad İbrahim Filippin ilə keçirilən danıqışları davam etdirib. 40 il davam edən və 120 min adamın həlakına, 2 milyon insanın köç etməsinə səbəb olan vətəndaş müharibəsinin sona çatması üçün Filippin hökumətilə Moro İslami Qurtuluş Cəbhəsi (MILF) arasında 2012-ci ildə bir çərçivə razılaşması imzalanıb. 2014-cü ildə sülh prosesinə müşahidə edilməsi məqsədilə “Müstəqil müşahidəçi heyəti” təşkil edilib. Filippinin hazırda prezidenti olan Duterte 2014-cü ildəki seçki kampaniyasında Moroda bir muxtar bölgə yaradacağına dair vəd vermişdi.

Referendum nəticələri və mənası

2019-cu il yanvarın 21-də keçirilən referendumda Moro müsəlmanlarının muxtariyyəti 80% qəbul edildi. Bundan sonra 80 üzvlü “Bangsamoro keçid avtoritet” təşkil ediləcək.

Bir növ məclis olaraq xidmət edəcək bu avtoritet 2022-ci ilə qədər Bangsamoro rəhbərliyini icra edəcəkdir.

Referendumun qəbul edilməsi ilə bölgədə toplanacaq vergilərin 75% yerli hökumətə, 25% isə mərkəzi hökumətə məxsus olacaq.

Təbii resurs gəlirlərinin 75% -i regionda olacaq, 25% isə mərkəzi hökumətə veriləcək.

Bangsamoroda müsəlmanlar Filippindən ayrı olaraq bölgədə İslam hüququnu qura, İslam hüququnu öz aralarında tətbiq edə biləcəklər. Moroda xristianlar Filippin Dövlət Qanununa tabe olacaqlar

Moro müsəlmanları daxili işlərindən tamamilə müstəqil olacaq və xarici işlər və təhlükəsizliyə görə Filippin hökumətindən asılı olacaq.

Moro müsəlmanlarının ehtiyacı

Sülh prosesinin dəstəklənməsi: Dünyanın harasında olmasına baxmayaraq sülh proseslərini davam etdirmək çətindir.  Baş vərənlər, tərəflər arasında davam edən sülh danışıqlarını ilk mərhələsinə gətirmə təhlükəsinə sahibdir. Həmin səbəbdən bölgədə sülh və dinclik istəyən tərəflərin beynəlxalq ictimaiyyətin Filippindəki bu prosesə verəcəyi dəstək böyük əhəmiyyət daşıyır. Filippin prezidenti Rodriqo  Dutertenin Banqmoraya yaxın bir bölgədən olması, uşaqlıq illərini bu bölgədə və morolular ilə yaxın münasibət içində keçirməsi sülh prosesi üçün əhəmiyyətli fürsətdir. Bu çərçivədə prosesin davam etməsi üçün Dutertenin dəstəklənməsi, təşviq edilməsi əhəmiyyət kəsb edir. Prosesin DEAŞ əlilə pozulmaması üçün diqqətli olunmalıdır.

Humanitar yardımla kifayətlənməmənin zərurəti: 500 ildir azadlıq mübarizəsi aparan, bu yolda ciddi itkiləri olan bir ictimaiyyətin humanitar yardımlara ehtiyacı mübahisə olunmaz məsələdir. Yuxarıda sözünü apardığımız səfərdə bölgədə 26 beynəlxalq təşkilat olduğu, İslam aləmindən isə sadəcə Türkiyədən İnsani Yardım Vəqfinin olduğunu öyrənmişdim. Bölgəyə istiqamətli humanitar yardımlar şübhə yoxdur ki, artırılmalıdır.

Moro müsəlmanları muxtariyyət prosesində humanitar yardımlardan daha çox dəstəyə ehtiyacı vardır. İllər uzunu həyatını davam etdirə bilmək üçün ümumilikdə toqquşmaya üz tutmuş bir ictimaiyyət bu prosesdə bir idarə qurula bilməsi üçün idarə təcrübəsinə təcili ehtiyacı olacaqdır. Siyasi sistem, dövlət maliyyəsi, bələdiyyələr, mərkəz bürokratiyası, universitet təhsili, məhkəmə kimi sahələrdə keyfiyyətli insanlar və təcrübələri bölüşmək istəyəcəktir. Moro müsəlmanlarının səhv idarə və keyfiyyətsiz adamlara görə 500 illik mübarizələrinin məhv olmaması üçün bütün dünyadan Moro könüllülərinin üzərinə bu sahədə daha çox iş düşür. 

Universitetlərin səhiyyə sahəsində və muxtar idarənin yaranmasında ehtiyac duya biləcək hüquq, dövlət idarəsi, bələdiyyələr kimi sahələrdə fakültə olmasa da peşə məktəbləri açması müxtəlif problemlərin həllinə quruluş baxımandan töhfə verəcəkdir.

Türkiyənin qlobal sülhə dəstəyinin qiyməti: Morodakı sülh danışıqlarını davam etdirmək məqsədilə Türkiyənin də daxil olduğu beynəlxalq komissiya quruldu. Bu komissiyadan başqa bir də müşahidə heyəti yaradıldı. Beş nəfərdən ibarət bu heyətdə də Moro müsəlmanlarının istəyilə Türkiyədən bir qeyri-hökumət təşkilatı var. İnsani Yardım Vəqfindən Hüyeyn Oruçun iştirak etdiyi heyət sülh prosesini izləyir.  Türkiyə vətəndaşları elə çox fərq etməsə də sahib olduğu tarix, təcrübə və qlobal etirabına görə qlobal sülh və dincliyə ən çox töhfə verə biləcək ölkələrdən biridir. Bu dəstək sadəcə dövlət vasitəsilə deyil, Filippin nümunəsində də olduğu kimi qeyri-hökumət təşkilatları və universitetlər vasitəsilə də vəriləcək biləcək bir dəstəkdir.

Moroda 500 illik mübarizə nəticəsində əldə edilənlər xeyli qiymətlidir. Hər kəsin itirdiyi toqquşma muhitinin keçmişdə qalması, referendum nəticəsinin Moro müsəlmanları, Filippin və insanlığa dinclik gətirməsi, morolu uşaqların gələcəyə daha etimadla nəzər saya bilmələri üçün bu prosesin davam etməsinə hər kəs öz töhfəsini verməlidir.



Әlaqәli Xәbәrlәr