Türkiyә mәtbәxi

Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

1123267
Türkiyә mәtbәxi

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti bölümü  ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Bu proqramda halvadan söhbәt açacağıq.  Halvadan danışarkən istər istəməz bütün şərq göz qabağına gəlir. Türk əfsanələri, nənələrimizin nağılları, şirin uşaqlıq dövrü xatırlanır. Halvadan danışanda bir də itkilər dә yada düşür. Halva şirniyyat növüdür. Üyüdülmüş qoz ləpəsi, un və şәkәr tozundan hazırlanır.

 

Әrzaqlar:

3 xörәk  qaşığı kәrә yağı

2 xörәk qaşığı duru yağ

1 su stәkanı un

1 su stәkanı şәkәr

2 stәkan su

 

Hazırlanması:  

İlk növbәdә bir tavaya kәrә yağını qoyun. Kәrә yağı әridikdәn sonra duru yağı әlavә edin. Әriyәn yağa unu tökün vә qovurun. Unun rәngi qızılı olanadәk govrulmalıdır. Un qovrularkәn başqa bir qabda hazırladığımız şәrbәti una az-az  әlavә edin vә qarışdırın. Nuş olsun!!!!


Etiketlәr: #Halva

Әlaqәli Xәbәrlәr