Türkiyənin dostluq körpüləri-02/2019

TİKA nə iş görür?

1122962
Türkiyənin dostluq körpüləri-02/2019

Türkiyənin dostluq körpüləri bölümündə Yunus Emre İnstitutu, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Qızıl Aypara Cəmiyyəti və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) kimi dünya miqyasında müxtəlif ölkə və bölgədə dəyişik sosial-mədəniyyət layihələrini həyata keçirən təşkilatlarımızdan bəhs edirik. Həmin çərçivədə ilk hissədə TİKA-nın tarixinə dair ümumi məlumat verdik. Bu həftə və  gələcək həftə isə TİKA-nın fəaliyyətlərindən bəhs edəcəyik.

Vəqf mədəniyətinin bir halqası olan TİKA dünyanın ən uçqar yerlərinə çatdırdığı yardımlarla Türkiyənin humanitar və vicdani mövqeyini konkret şəkildə ortaya qoyur.

Orta Asiyadan Balkanlara, Afrikadan Latın Amerikasına və Cənubi Asiyaya qədər geniş bir coğrafiyada inkişafa yönəldilmiş iqtisadi, sosial, mədəniyyət sahələrində müxtəlif layihələr həyata keçirərək Türkiyənin təcrübəsini dostları ilə bölüşür.

TİKA indiyədək ölkə xaricində həyata keçirilən 25 minə yaxın inkişaf layihələrilə xəstəxanalar, məktəblər, yollar tikərək, yüz minlərlə məzlumun ehtiyacının ödənilməsinə imkan yaratmışdır.

Türkiyənin bu ölkələrlə olan dostluq əlaqələrinin güclənməsinə və münasibətlərin güclü səviyyəyə çatmasına da TİKA töhfə verir.

Həyata keçirilən layihələrin müxtəlifliliyi təhsil, səhiyyə, mənzil, ana-uşaq sağlamlığı, kənd təsərrüfatı və heyvandarlıq, nəqliyyat, istehsalat, iş imkanı yaratma kimi müxtəlif sahələri əhatə edir. Bütün bu layihələrin əsasında isə dost ölkələrin öz təbii sərvətlərindən təsirli şəkildə istifadə edə biləcəkləri  korporativ və bəşəri gücə qovuşmasına dəstək olmaq və uzun müddətdə ədalətli tərəfdaşlığa əsaslanan əməkdaşlığı inkişaf etdirmək məqsədi dayanır.

Son üç ildə (2015-2017) Balkanlardan Orta Asiyaya, Orta Şərqdən Afrikaya qədər müxtəlif coğrafiyada 250-yə yaxın müştərək mədəniyyət və tarixi irs olan əsərlər TİKA tərəfindən təmir etdirilərək istifadəyə verildi.

Somali, Fələstin, Pakistan, Qırğızıstan, Moldova və hələ bir çox ölkədə TİKA tərəfindən tikilən xəstənalarda yüz minlərlə xəstə müalicə olunur.



Әlaqәli Xәbәrlәr