Türkiyə qətiyyətli mövqeyilə Suriyada böyük zəfər qazandı

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzuyla əlaqəli yazısını təqdim edirik. (Gündəm analizi_52 (28.12.2018)

1114616
Türkiyə qətiyyətli mövqeyilə Suriyada böyük zəfər qazandı

               

19 dekabr 2018-ci il tarixində ABŞ prezidenti Donald Tramp ölkəsinin əsgərlərinin Suriyadan çıxacağını elan etdi. Bununla da Suriyadakı balans yenidən formalaşmağa başladı. Trampın bəyanatına səbəb olan prosesdə Türkiyənin səbatla yürütdüyü siyasəti diqqət çəkməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə istiqamətli hərbi əməliyyat elanından sonra Türkiyə Silahlı Qüvvələri və Türkiyənin Suriyada birgə hərəkət etdiyi Milli Ordu əməliyyat üçün hazırlıqlara sürət qazandırdı. Türkiyənin Hava Qüvvələri İraqdakı PKK-ya qarşı əməliyyat həyata keçirdi. Suriya-İraq sərhədinə yaxın Sincar dağı ilə birlikdə Mahmur düşərgəsindəki Karakacak dağındakı terror düşərgələrinin vurulması Türkiyənin qətiyyətli mövqeyinin göstəricisidir.

Dekabrın 14-də prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında Tramp Amerika əsgərlərini Suriyadan çıxarma qərarını bildirdi.  Telefon danışığı çərçivəsində Tramp Ərdoğandan DEAŞ-a qarşı mübarizənin Türkiyə tərəfindən təhvil alınmasını istədi və Ərdoğan da bu istəyi qəbul etdi.

ABŞ-ın Suriyadan geriçəkilmə qərarını elan etməsi Amerika qurumlarında Suriyada və qlobal miqyasda reaksiya doğurdu. ABŞ-ın Müdafiə naziri Ceyms Mattis və DEAŞ ilə mübarizə üzrə xüsusi nümayəndə Brett Mekqurk istefa verdi. ABŞ-ın geriçəkilmə qərarı YPG/PKK mənsublarının qərarı tənqid edərək “Kürəyimizdən bıçaqlandıq” demələrinə səbəb olmuşdur.

ABŞ prezidenti Trampın Suriyadan geriçəkilmə qərarının Suriyadakı mövcud vəziyyəti ciddi mənada dəyişəcəyi gözlənilir. Amerika əsgərlərinin Suriyadan çıxması ilə yaranacaq boşluğun kimin tərəfindən doldurulacağı Suriyanın gələcəyi üçün xeyli əhəmiyyətli olacaq. Amerika əsgərinin çıxması Türkiyənin YPG/PKK-ya qarşı əməliyyat keçirməsinin qarşısındakı maneəni götürdükdə, həmin zamanda Rusiya və İranın dəstəklədiyi Əsəd rejimininYPG ilə razılıq əldə edərək Amerika əsgərlərinin çıxdığı bölgələrdə yerləşdirilməsi mümkün ola bilər. PKK qurulduğu gündən bəridir Əsəd rejimilə əlaqədədir. Bununla yanaşı Suriyadakı hərbin başlandığı dövrdə Əsəd rejimi Türkiyə sərhədində üç bölgəni YPG-yə təhvil vermişdi. Digər tərəfdən iki tərəf arasında keçirilən görüşlərdə YPG-nin özünə yer qazanması ilə birlikdə muxtar bölgə yaradılmasını istəmiş və bu istək Əsəd rejimi tərəfindən rədd edilmişdir. ABŞ əsgərlərinin çıxması ilə Əsəd rejiminin YPG-yə qarşı tələbləri artacaq və bu vəziyyət iki tərəfin Türkiyə qarşısında  razılaşmasını çətinləştirəcək. Həmçinin Rusiya və İranın YPG ilə Əsəd rejimi arasındakı bir razılaşmaya necə yanaşacağı əhəmiyyətli olacaq.

YPG- Əsəd rejimi arasında ehtimal olunan bir razılaşmanın qarşısını almaq adından Türkiyə ABŞ ilə Amerika əsgərlərinin Suriya geriçəkilmə prosesinin koordinasiya məsələsini həll etməlidir. ABŞ prezidenti Trampın sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada Amerika əsgərlərinin Suriyadan çıxma prosesinin yavaş olacağını və Türkiyə ilə yüksək səviyyədə koordinasiyanın olacağını ifadə etməsi boşalan yerlərin başqa qüvvələr tərəfindən doldurulmasının qarşısının alınması üçün əhəmiyyət kəsb edir.

 

 



Әlaqәli Xәbәrlәr