Türkiyәnin İqtisadi Perspektivlәri- 52/2018

Türkiyә iqtisadiyyatı 2018-ci ildә ixrac mәsәlәsindә әhәmiyyәtli irәlilәyiş nümayiş etdirib.

Türkiyәnin İqtisadi Perspektivlәri- 52/2018

Türkiyә iqtisadiyyatı 2018-ci ildә ixrac mәsәlәsindә әhәmiyyәtli irәlilәyiş nümayiş etdirib. Oktyabr ayında Türkiyәnin ixrac hәcmi rekort sәviyyәyә çatıb. Türkiyәnin  ixrac mәsәlәsindәki hәdәflәrinә әmin addımlarla irәlilәdiyini söylәsәk sәf etmәrik.  İxracdan  әldә olunan gәlirin  2019-cu ildә dә davam etmәsi nәzәrdә tutulur. 2019-cu ildә cari kәsirin 3.3 % azalması gözlәnilir.

Әziz dinlәyicilәr, Yıldırım Beyazit Universitetinin Politologiya Fakültәsinin iqtisadiyyat kafedrasının professoru Әrdal Tanas Karagölün mövzu ilә bağlı şәrhini tәqdim edirik. 

Noyabr ayında ixrac hәcmi ötәn ilin eyni dövrü ilә müqayisәdә 9.5 % artaraq 15.5 milyard dollar olub. Belәliklә son 12 ayda ixrac hәcmi  7.8 % artaraq 168.1 milyard dollar tәşkil edib.

İxrac hәcminin  idxala görә daha böyük olması iqtisadiyyatın balanslı struktura nail olması baxımından әhәmiyyәtlidir.

İxrac hәcmindәn әldә olunan gәlirin davamlı olması üçün atılacaq hәr bir addım әhәmiyyәt kәsb edir.

2018-ci ildә hәyata keçirilәn layihәyә әsaslanan tәşviqlәr çәrçivәsindә cari kәsrin 19 milyard dollar azaldılması planlaşdırılırdı. Hәmin tәşviqlәrin  ixraca 6 milyard dollar töhvә verdiyini deyә bilәrik.

Digәr tәrәfdәn ixrac hәcmindә әldә olunan artımın davamlı olması üçün sәylәr göstәrilmәlidir.

Yüksək texnologiyalı məhsulların ixracını  artırmaq, brend olmağa əhəmiyyət vermək vә  gömrük prosesində yaşanan problemləri aradan qaldırmaq  2019-cu ilin әsas gündәmini tәşkil edәn mәsәlәlәrdir.

Bundan başqa  Türkiyәnin ən mühüm xarici ticarət tərəfdaşı olan Aİ ölkələrinə edilәn ixracın  son dərəcə əhəmiyyətli olduğunu qeyd etmək lazımdır.

Qarşıdakı dövrdə  2018-ci ilin sonunda ixrac hәcmindә yaranan müsbət meylin davamlı olması üçün sәmәrәli nәticәlәr әldә edilmәlidir.

Avqust ayında mәzәnnәdәki dinamikadan sonra hәyata keçirilәn Yeni İqtisadiyya Proqramı çәrçivәsindә tarazlanma dövrü başladı. Hazırda bu proses müvәffәqiyyәtli şәkildә hәyata keçirilir.

2019-ci ilin ixrac hәcmindә yeni rekordların əldə edildiyi il olması üçün bu gün atılacaq hər bir konkret addım әhәmiyyәtlidir.



Әlaqәli Xәbәrlәr