Təbillər PKK üçün çalır

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun əməkdaşı (SETA) tədqiqatçı-yazıçı Can Acunun analitik yazısı

Təbillər PKK üçün çalır

 

Türkiyənin Fərat çayının şərqinə hərbi əməliyyat keçirməsi məsələsində  Münbiçin rolü böyükdür. Xüsusilə, Afrin əməliyyatından sonra Münbiç və Fərat çayının şərqi domino effekti ilə ön plana çıxdı. Türkiyə hərbi mənada da Münbiçə doğru hərəkət etməyə başlamışdı. ABŞ bunu gördüyü üçün Türkiyə ilə masaya oturmaq məcburiyyətində qaldı və bir yol xəritəsi müəyyən olundu. Bu yol xəritəsində birgə nəzarətlər, YPG-nin ağır silahları buraxaraq, Fərat çayının şərqinə çəkilməsi və Münbiçdə yerli tayfalardan ibarət bir məclisin yaradılması nəzərdə tutulurdu. Lakin ABŞ-ın bu məsələdə Türkiyəyə qarşı aldadıcı siyasət yürütməsi ilə YPG hələ də bölgədə qaldı. Yaranmış vəziyyət Türkiyənin ABŞ-a olan etibarını ciddi mənada sarsıtdı. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ştatlara olan baxışının yeni bir məzmun almasına səbəb oldu. Türkiyə “ əgər mən diplomatiya yolu ilə ABŞ ilə birlikdə YPG təhdidini azalda bilmirəmsə və hərbi müstəvidə hərəkətə keçmək məcburiyyətindəyəmsə, nə qədər gözləsəm, bu, daha baha başa gələcək”məntiqiylə hərəkətə keçdi.

ABŞ Suriyadakı rəsmi mövcudluğuna bir neçə səbəb gətirir. Bunlar: DEAŞ ilə mübarizə aparmaq, daha sonra DEAŞ-ın ortaya çıxmasını qarşısını almaq, İranı bölgədən çıxarmaq və Əsəd rejimini bölgədən uzaqlaşdırmaqdır. Türkiyə isə ABŞ-a alternativ olaraq bunları ortaya qoyur: PKK hegemoniyası ilə ərəb əhalisinin çoxluq təşkil etdiyi bölgələrdə sabitlik necə təmin ediləcək?

Göründüyü kimi, regionda sabitlik mövcud deyil. Hələ də İranla əməkdaşlıq edən PKK vasitəsilə İrana qarşı necə bir nüfuz mühiti yaradılacaq?

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlaması ilə Türkiyənin Fərat çayının şərqini PKK / YPG terror təşkilatından azad etməyə yönələn əməliyyat rəsmi olaraq elan edildi. Prezidentin açıqlamasından sonra bölgədə bir sıra canlanmalar oldu. Burada Suriyada əməliyyata yol açan proses, Amerika Birləşmiş Ştatlarının Suriya siyasəti və Türkiyənin Amerika Birləşmiş Ştatlarına təqdim etdiyi alternativlər əhəmiyyət kəsb edir.

Əsəd rejimi və illərlə onunla işləyən YPG bölgədən necə uzaqlaşdırılacaqlar? 2011-ci ildən sonra  Eyn əl Ərəb, Afrin və Qamışlı bölgələrini və çox sayda silahı YPG-yə Əsəd rejimi vermişdi. ABŞ müəyyənləşdirdiyi üç hədəfi PKK vasitəsilə əldə edə bilmir. Türkiyə isə ABŞ-a alternativ olaraq PKK kimi bir terror təşkilatının birgə aradan qaldırılmasını, Suriya müxalifətinin qanuni yolla yaratdığı Suriya Müvəqqəti hökumətinə tabe olan ərəblər, Türkmənlər və kürdlərdən ibarət Milli Ordu ilə birlikdə Fəratın şərqində sabitliyin təmin edilməsini təklif edir. ABŞ gizli bir gündəmi olmadığı təqdirdə, bu təklifə müsbət baxmalı idi. Lakin Türkiyənin ABŞ-a təqdim etdiyi çıxış yolunu ABŞ-ın rədd etməsi bu dövlətin Suriyadakı həqiqi məqsədlərinin nə olması ilə bağlı əhəmiyyətli suallar doğurur.

Ümumi mənada, Türkiyənin Fəratın şərqinə istiqamətlənmiş əməliyyatının əsas səbəbini Amerika Birləşmiş Ştatlarının Suriya siyasətinin Türkiyənin təhlükəsizliyini təhdid etməsi, ABŞ-ın Türkiyə ilə diplomatik sahədə əldə etdiyi razılaşmalara riayət etməməsi və Türkiyənin təqdim etdiyi alternativləri qəbul etməməsi, Türkiyənin Amerika Birləşmiş Ştatlarının Suriya siyasətinin məqsədləri istiqamətindəki narahatlıqlarının artırması təşkil edir. Türkiyə öz taleyini öz əlinə alaraq, Fərat çayının şərqini PKK / YPG terror təşkilatından təmizləmək istiqamətində əzmlə irəliləyir.

 

 

 



Әlaqәli Xәbәrlәr