Türkiyə iqtisadiyyatı üçüncü rübdə nə qədər inkişaf etdi?

Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün məqaləsini təqdim edirik. (Türkiyənin iqtisadi perspektivləri_49 (13.12.2018)

1106371
Türkiyə iqtisadiyyatı üçüncü rübdə nə qədər inkişaf etdi?

  Türkiyə iqtisadiyyatı 2018-ci ilin üçüncü rübündə 1,6 faiz inkişaf etdi.  

  İyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü rübdə Türkiyə iqtisadiyyatı valyuta məzənnəsinin sürətli hərəkətliliyilə əlaqədar olduqca çətin prosesə girdi. Bu dövrdə ölkə iqtisadiyyatının qarşı-qarşıya qaldığı hücumlar həm valyutada hədsiz dalğalanmaya, həm də faiz nisbətlərinin artmasına təkan verdi. Məzənnə və yüksək faizin inflyasiya göstəricilərinə təsirilə Türkiyəni təkrar asılı vəziyyətə gətirmək iqtisadiyyata yönələn hücumların son məqsədi idi. Bütün bunlara baxmayaraq, həmin dövrdə iqtisadiyyatda 1,6 faiz irəliləyişin olması uğurlu bir nəticədir.

  Bu uğurun arxasında mühüm faktor ötən ilin sentyabrında açıqlanan Yeni İqtisadiyyat Proqramıdır. İstər daxili bazar, istərsə də beynəlxalq arenada Türkiyəyə qarşı yaradılması istənilən mənfi təəssürat Yeni İqtisadiyyat Proqramının qoyduğu real, şəffaf və proqnozlu yol xəritəsilə aradan qaldırıldı və Türkiyə iqtisadiyyatının üç illik yeni yol xəritəsi ictimaiyyətə elan edildi.

  Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün məqaləsini təqdim edirik.

  Türkiyə iqtisadiyyatı 2018-ci ilin iyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü rübdə 1,6 faiz artdı. İnkişaf söylənilən proqnozlardan aşağı olsa da, məhdud irəliləyiş təmin edildi. Ümumi Daxili Məhsul şərçivəsində aqrar sahənin əlavə dəyərində 1, sənaye sektorunda isə 0,3 faiz artım oldu. Əlavə dəyər inşaatda 5,3 faizə düşdü, xidmətlər sektorunda isə 4,5 faiz çoxaldı. Yəni xidmət sektoru istisna olmaqla, digər sahələrdə artım məhdudlaşdı.

  Bu dövrdə inkişafın ən mühüm mənbəyi xaricdən gələn tələbatın olması idi. Təmiz xarici tələbatın böyüməyə 6,7 ballıq töhfəsi olduğu halda, rezerv dəyişiklikləri inkişafa 5,6 bal həddində mənfi təsir etdi: mal və xidmət ixracında 13,6 faiz artım, idxalda isə 16,7 faiz azalma baş verdi.

  Üçüncü rüb göstəricilərindəki hərəkətliliyə əsasən 2018-ci il proqnozlarına bütövlükdə baxıldığı zaman aydın görünür ki, xarici tələbatdakı güclü töhfə davam etdikcə mümkün daralma məhdud bir təsir yaradacaq.

  Tarazlanma, dəyişiklik və intizam anlayışları üzərində qurulmuş Yeni İqtisadiyyat Proqramı Türkiyə iqtisadiyyatına qarşıdakı üç illik perspektivdə bir yol xəritəsi yaradıb.

  Tarazlanma üçüncü rüb inkişafı ilə birlikdə artıq faktiki olaraq başlanmış sayılır. Bu proses inkişafın daha məhdud çərçivədə həyata keçirilməsini təmin edəcək və iqtisadiyyatın öz dinamikası ilə yenidən hərəkətə keçməsi, yəni əsl potensialına çatması üçün mühüm bir mərhələ olacaq.

  Qarşıdakı dövrdə iqtisadiyyatda tarazlanma və sonra toparlanma Türkiyə iqtisadiyyatının əsas dinamikasını aşkara çıxaracaq. Bu proses Türkiyə iqtisadiyyatının yüksək davamlı inkişaf impulsunu tutması üçün önəmli amildir.

  Bu müddət ərzində valyuta məzənnəsində tarazlanmanı yaratmaqda məqsəd həm faizlərdə aşağıya doğru hərəkət, həm də görülən tədbirlər nəticəsində inflyasiyada əhəmiyyətli qırılmanı təmin etməkdir. Beləliklə, valyuta-inflyasiya-faiz halqası aradan qaldırılmış olacaq. Yeni İqtisadiyyat Proqramında da nəzərdə tutulduğu kimi, cari kəsir məsələsi də ölkə iqtisadiyyatında problem olmaqdan çıxacaq və yüksək inkişaf rəqəmlərini yaxalayacaq.



Әlaqәli Xәbәrlәr