İrana tətbiq olunan sanksiyalar və mümkün olan nəticələri

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzuyla əlaqəli yazısını təqdim edirik. (Gündəm analizi_45 (09.11.2018)

1083958
İrana tətbiq olunan sanksiyalar və mümkün olan nəticələri

ABŞ prezident Donald Trampın Obama dövründə 5+1 formatında keçirilən görüşlər nəticəsində imzalanan nüvə proqramına dair sazişdən təktərəfli çıxmasından sonra ABŞ-ın Xəzinə Nazirliyi İrana qarşı tətbiq olunacaq sanksiyaların ilk mərhələsini avqustun 7-də həyata keçirdi. İrana qarşı sanksiyaların ikinci mərhələsi isə ABŞ-ın Xəzinə Nazirliyinin elan etdiyi 180 günlük müddətin başa çatması ilə noyabrın 5-də start götürdü. ABŞ tərəfindən elan edilən sanksiyalar xüsusilə İranın enerji, nəqliyyat, logistik, siğorta şirkətləri kimi sahələri hədəf götürür.

ABŞ-ın ilk mərhələdə elan etdiyi sanksiyalar ilə İranın ABŞ dolları əldə etməsinə, dövlət istiqraz vərəqəsi satmasına, qızıl və digər qiymətli mədənlər ilə polad, alüminium, kömür kimi metallarla ticarət etməsinə, sərnişin təyyarəsi yaxud ehtiyat hissələrinin idxalına mane oldu. Sanksiyaların ikinci mərhələsində isə İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər qoyuldu. İqtisadiyyatı böyük miqyasda neftdən asılı olan İrandan neft və məhsullarının satışına qadağa qoyalacaq.

ABŞ prezidenti Trampın nüvə proqramı sazişindən təktərəfli çıxması ilə İrana qarşı sanksiyalar arasında önəmli başlıqlardan biri də dünya miqyasında banklar arasında elektron fond transfərinə imkan yaradan “SWİFT” sistemidir. ABŞ-ın sanksiyaları çərçivəsində “SWİFT” mərkəzindən yayılan məlumatda ““SWİFT” bir sıra İran banklarının sistemə daxil olmasını təxirə saldı” ifadəsi yer tutdu. İrana tətbiq olunan sanksiyaların digər hədəfi isə maliyyə qurumları oldu. Xarici maliyyə qurumların İran Mərkəzi Bankı və müəyyən maliyyə qurumları ilə fəaliyyətləri məhdud edildi. Həmçinin sanksiyalar çərçivəsində 700-dən artıq iranlı şəxs və qurumun qara siyahıya əlavə olunduğu ABŞ-ın Xəzinə naziri tərəfindən elan edildi. İrana qarşı həyata keçirilən bütün sanksiyalara baxmayaraq, Ağ  Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton “İrana hazırda tətbiq etdiyimiz sanksiyalardan daha çoxunu tətbiq edəcəyik. Sabiq prezident Barak Obama dövründə tətbiq olunan sanksiya səviyyəsilə məhdud qalınmayacaq.  

ABŞ tərəfindən elan edilən sanksiyaların müqəvvəti olaraq 8 ölkəyə şamil olunmayacağı bildirildi.  Çin, Hindistan, İtaliya, Yunanıstan, Türkiyə və Yaponiya, Cənubi Koreya və Tayvana müvəqqəti olaraq sanksiya şamil olunmayacaq. Bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğan verilən sual qarşısında deyib ki, bu sanksiyalar mövzusunda hər şey dəqiq deyil, amma bu sanksiyalar düzgün deyil. Çünki bizə görə bütün sanksiyalar dünyanın balansını pozmaq üçün atılan addımlardır. Bunlar beynəlxalq hüquqa da, diplomatiyaya da ziddir. Artıq dünya sülhə əsaslanan prosesi yaşamaq istəyir. Yəni imperialist bir dünyada yaşamaq istəmirik. İnsanların bu nöqtədə daha dinc, sülh və təhlükəsizlik içində yaşadıqları bir dünya istəlirik. Mənim imkanım və gücüm var, münasibətilə mən hər şəyi edərəm olmamalıdır. Hazırda atılan addımlarda Avropa İttifaqı (Aİ) və Aİ ölkələrinin deməli hamısına yaxını bu işə müsbət yanaşmır. Ölkələrin bu mövzudakı fikirləri fərqli yerdədir.

Həmçinin Türkiyənin İrandan enerji idxalına da diqqət çəkən Ərdoğan “Sanksiyalar mövzusunda bizim mövqeyimiz hər zaman məlumdur. Ayrıca neftlə əlaqəli mövzularda biz hər zaman deyirik ki, bunlar alternativi  olmayan şeylərdir, münasibətilə bu sanksiyaya qətiyyətlə əməl etmərik. Biz bu ölkədən hazırda 10 milyard kubmetr təbii qaz satın alırıq. Bu qazı almadığımız zaman, vətəndaşımız qışın ortasında donacaqdırmı? Biz belə bir qərara əməl də, qəbul da edə bilmərik” deyə vurğulayıb.

Oxşar şəkildə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı sanksiyalarının qeyri-qanuni və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq şəkildə pozduğunu söylədi.

Fransa, Çin və Almaniya da İrana qarşı sanksiyalara etirazlarını dilə gətirən ölkələr sırasındadır. Lakin ABŞ-ın dünya miqyasındakı gücü, hegemonluğu və təsiri səbəbindən etiraz edən ölkələrin əhəmiyyətli şirkətləri sanksiyalara əməl edəcəklərini bildirdilər.

 


Etiketlәr: #İran , #sanksiya

Әlaqәli Xәbәrlәr