Texnologiya festivalı

Türkiyənin gələcəyi üçün texnologiya yarışlarının əhəmiyyətilə dair Türkiyə Hərbi İş Həmkarlar İttifaqının Təlim-təhsil şöbəsinin müdiri Tarkan Zenginin məqaləsini təqdim edirik.

1067463
Texnologiya festivalı

  Türkiyə 2018-ci ilin sentyabr ayında müdafiə sənayesi, kosmos, aviasiya və ümumilikdə texniki sahəni əhatə edən iki mühüm tədbir keçirdi. Birincisi, 20-23 sentyabr, yəni 4 gün boyu Türkiyənin önəmli layihələrindən biri olan və 3-cü Hava Limanında təşkil edilən "Teknofest İstanbul" tədbiri idi, ikincisi isə 27-30 sentyabr tarixlərində İstanbulun Atatürk Hava Limanında keçirilən "İstanbul Airshow". Maraqlıdır ki, iki tədbirin olduğu məkanlardan biri yaxın vaxtlarda bağlanacaq Atatürk Hava Limanı, digəri isə açılacaq 3-cü Hava Limanıydı. Türkiyənin bir həftə aralığı ilə iki mühüm tədbiri keçirməsi aviasiya və kosmos sahəsində götürdüyü məsafənin göstəricilərindən biridir. Tədbirlərə yerli xalq və xüsusən, gənclərin marağı gələcək adına olduqca ümidverici oldu.

  Türkiyənin gələcəyi üçün texnologiya yarışlarının əhəmiyyətilə dair Türkiyə Hərbi İş Həmkarlar İttifaqının Təlim-təhsil şöbəsinin müdiri Tarkan Zenginin məqaləsini təqdim edirik. 

  Aviasiya, Kosmos və Texnika Festivalı olan “Teknofest İstanbul” Türkiyədə ilk dəfə idi təşkil olunurdu. Festival İstanbul Böyükşəhər Bələdiyyəsi və T3 Fondunun rəhbərliyi altında keçirildi. Festivalın açılışında çıxış edən T3 Fondu Himayədarlar Nümayəndə Heyətinin rəhbəri Selcuk Bayraktar dedi:

  "Bu gün qurduğumuz xəyalın həqiqət olduğu gündür. Bu gün milli texnologiyanın görüntüsü günüdür. Bu günü on minlərlə, yüz minlərlə gənclə paylaşdığımız bir gündür. Bu gün çıxdığımız yolda artıq “təkbaşına deyilik” sözlərini göstərən bir gündür.”

  Sonra S.Bayraktar T-3 Fondunun struktur məqsədini açıqlayaraq bunları söylədi: “Milli Texnologiya Təqaüd Proqramı vasitəsilə təqaüd, Texnologiya Komandaları Proqramı çərçivəsində isə universitetlərin texnoloji qruplarına infrastruktur, avadanlıq, nəqliyyat və texniki dəstək vermək istəyirik. T-3 Fondunun ən mühüm hədəflərindən biri də 2023-cü ilə qədər 1001 texnoloji komanda və 1001 layihəni dəstəkləməkdir.”

  Texnofest yarışları. Çox sayda avtomobil və məhsulun nümayiş olunduğu bu festivalda iştirak pulsuz idi. Aviasiya, kosmos və texnologiyaya marağı artırmaq və fərqlilik yaratmaq məqsədilə keçirilən festivala 4 gündə rekord sayda adam gəldi, 550 min nəfər. Türkiyənin Gənclər və İdman Nazirliyi də 42 rayondan 10 min gəncin iştirakını təmin etmişdi.

  14 müxtəlif kateqoriya üzrə texnologiya müsabiqəsi və yarışlar keçirildi. Gənclər yarışlarda olduqca böyük maraqla iştirak edirdi.

  Festivalda bu yarış və müsabiqələr oldu:

  • Orta məktəb, lisey və universitet tələbələri üçün Bəşəriyyətin Xeyrinə Texnologiya yarışı.
  • Lisey, universitet tələbələri və daha üst yaş üşün Pilotsuz Uçan Aparat müsabiqəsi.
  • İnsansız Sualtı Sistemlər müsabiqəsi.
  • Model Təyyarə müsabiqəsi.
  • Robotaksi müsabiqəsi.
  • Robotlu Fəth 1453 müsabiqəsi, Raket yarışı, Süni İntellekt yarışı, PUA Dəstəkli İnsansız Quru Maşını müsabiqəsi. Döyüş PUA-ları müsabiqəsi. Universitet və üst yaş qrupu üçün Model Peyk müsabiqəsi və sair.

  Bütün bu texnologiya müsabiqələrində 750-dən çox komanda və 2000-dən artıq iştirakçı yarışdı.  

  Yarışlarda gənclər ümidverici uğurlar göstərdilər. Türkiyənin texnoloji bir cəmiyyətə çevrilməsi və bu sahədə öz məhsulunu yaratması məqsədilə təşkil olunan festivalda gənclərin marağı və yarışlarda qazandıqları müvəfəqiyyət vacib amil idi. Çünki bu, texnologiya məkanında gənc liderlərin ortaya çıxacağı deməkdir.

  Festivalda Türkiyənin aviasiya sahəsində yerli-milli məhsulları yaxından göstərildi. Həyəcanlı və nəfəs kəsən görüntülər göz oxşayır, qurur yaradırdı: “Türk ulduzları”, “Solo türk”, paraşütçülər komandası, 129 “ATAK” vertolyotu, TB-2 silahlı PUA-ları, havada sərbəst uçuş təcrübəsi göstərən şaquli külək tuneli platforması, İstanbul Liseylərarası Model Təyyarə yarışı, o cümlədən, Türkiyənin ilk peşəkar milli akrobat pilotu Əli İsmət Öztürk və qızı - ölkənin yeganə qadın akrobat pilotu Semin Öztürk Şenerin uçuşları böyük maraqla qarşılandı.

  Festivalda həmçinin Dünya Drone Çempionatı, İstanbul Haker Kiber Təhlükəsizlik müsabiqəsi, “Take-Off”  Beynəlxalq Təşəbbüs Zirvəsi, dünyanın ən sürətli 7 uçağının yarışdığı "Yarışların yarışı", reaktiv təyyarə, vertolyot və akrobatika uçuşları, THY səyahət proqramçılığı, planetlər gümbəzi (planetaryum), paraşütdən tullanma, vertolyot və təyyarələr sərgisi, modelləşdirmə tətbiqləri, texnologiya və tədris emalatxanaları kimi mühüm fəaliyyətlər də var idi.

  Gələnlər çox sayda hərbi və mülki hava vasitələrini yazından görmə imkanı qazandılar, sahələrdə ANKA, Milli Müharip təyyarəsi, T-625 vertolyotu, Göktürk-2 peyki, Hürjet reaktiv təlim və yaxın dəstək təyyarəsi, Hürkuş yeni nəsil təlim təyyarəsi və ATAK hərbi vertolyotunu maraqla izlədilər. Festivalda seminarlar da təşkil olunmuşdu ki, burada yerli və xarici məruzəçilər texnologiya sahəsində gələcəyin inkişaf və ehtiyacları barədə çıxışlar etdilər.

  Ərdoğandan mühüm mesajlar.

  Türkiyə prezidenti xanımı Əminə Ərdoğanla birlikdə 22 sentyabrda Texnofest yarışlarına gəldi. Seçilən gənclərə mükafatlarını təqdim edən Rəcəb Tayyib Ərdoğan burada gəncliyə müdafiə sənayesi və texnologiya sahəsində etmək lazım olanlarla bağlı mühüm mesajlar verərək dedi:

  "Bu gün həqiqi müstəqilliyin birinci şərti texnologiyanı hazırlayan, istehsal və ixrac edən ölkə olmaqdır. Hər bir yenilik kimi texnoloji proseslərin də ilk mərhələsi xəyal etməkdir. “Qırmızı alma” dediyimiz üfüqün arxasındakı hədəflərimiz həmişə yenilənir. Xəyalları tərk edincə geriləməyə başlayırıq. Biz isə Türkiyə üçün nə etdiksə, xəyallarımızın ardınca qaçdığımız üçün qazandırdıq. Bu gün təhlükəsizlik anlayışının mənası çox dəyişib. Əgər fiziki təhlükəsizliyə kiber təhlükəsizlik, rəqəmsal sənaye və yerli proqramlarla nəzarət etmirsənsə, demək, özün özünü aldadırsan. Yerli texnologiya ilə bağlı görülən bütün işləri dəstəkləyirik. Gənclərin üfüqünü açmaqda qərarlıyıq. Son illər yaşadığımız hər hadisə müstəqilliklə texnoloji və müdafiə sənayesi arasındakı əlaqənin bir-birinə sıx bağlı olduğunu  təkrar-təkrar göstərir. Biz də yerli və milli texnologiyamızı inkişaf etdirərək müstəqilliyimizi möhkəmləndirməliyik. Bu, ölkəmizin varlığını davam etdirməsi üçün çox vacibdir”.



Әlaqәli Xәbәrlәr