Son qala İdlib

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun həmin mövzu ilə əlaqəli dəyərləndirməsi...

1053234
Son qala İdlib

Rusiya və İranın dəstəyilə Əsəd rejimi Suriyanın müxtəlif bölgələrinə nəzarəti hərbi yollardan ələ keçirdi. Suriyadakı hərbi müxalifət və bölgədə yaşayan dinc vətəndaşların  Homs, Quta, Dera və digər bölgələrdən çıxarılıb İdlibə yerləşdirilməsindən sonra, İdlib həm hərbi həm də mülki müxalifətin son qalasına çevrildi. Müharibədən əvvəl 700 minə yaxın əhalisi olan İdlibdə 3 milyona yaxın dinc vətəndaşın olduğu bildirilir. Astana danışıqları çərçivəsində elan edilən 4 deeskalasiya bölgəsi arasında mövcudluğunu davam etdirən son bölgə İdlibdir. Astana prosesi çərçivəsində Türkiyə Silahlı Qüvvələri İdlibdə cəbhə xətti boyunca 12 patrul nöqtəsi yaradıb.

Astana prosesi çərçivəsində İran, Rusiya və Türkiyə arasında keçirilən zirvə toplantılarından biri də Tehranda təşkil edildi. Toplantının Rusiya və Türkiyə rəsmilərinin məlumatları olmadan canlı yayımlanması ilə bütün dünya prezident Ərdoğanın bölgədə atəşkəs təmin edilməsi və humanitar böhranın qarşısının alınması üçün göstərdiyi fövqəladə səylərini gördü. Tehran görüşündə atəşkəs elanı Rusiya və İranın etirazları qarşısında mümkün olmasa da tərki-silah üçün çağırış edildi. Həmçinin Türkiyənin qətiyyətli mövqeyinə görə İdlibə mümkün ola biləcək hərbi əməliyyat təxirə salındı və sahədə addımlar atılması üçün vaxt qazanıldı.

İdlibin gələcəyi üçün alternativ ssenarilər var. Rusiya və müttəfiqləri Türkiyənin nəzarət məntəqələrindən geri çəkilib, İdlibə geniş miqyaslı əməliyyat qəbul etməsi üçün təzyiq edirlər. Türkiyə isə alternativ ssenarilər təqdim edir. Bunlardan biri Türkiyəyə dəstək olan müxalifətin təsir dairəsini genişlədib Heyət Təhrir uş Şam və digər etimad etdiyi qrupların azı şimaldan çəkilib cənuba keçməsidir. Türküstan İslam Partiyası və Huraş ed Den kimi qrupların da aradan qaldırılması digər alternativlərdən biridir.

Müxalifətin tamamilə ərazilərə olan nəzarətinə mane olmaq mümkün olan bir humanitar böhranın qarşısının alınması, PKK/YPG-nin prosesdən istifadə etməsi və siyasi qazancların əldə edilməsinə mane olunması önəmli qələbə olacaq. İdlibdə ehtimal olunan əməliyyat konteksində PKK-nın Suriya qolu da fəal rol oynayır. Xüsusilə İrana bağlı milis qüvvələri və Huzbullahın sahədə Suriya Demokratik Qüvvələrinə bağlı silahlılara təlim keçdiyi məlumdur. Onların da əməliyyata daxil olma barədəki planları da eləcə. Əgər onlar da əməliyyatın bir hissəsi olsa, Afrinə bir cəbhə açıb, yenidən Afrini ələ keçirmək barədə planları var. Yenə Tel Rifatda bununla əlaqəli olaraq ayrı planları mövcutdur. Münasibətilə bütün bu risklər qarşısında Türkiyənin fəal rəftar etməsi və mümkün olan planlara icazə verməməsi lazımdır.

Nəhayət Tehran görüşündən sonra Soçidə Türkiyə və Rusiya prezidentləri ayın 17-də görüş keçirdilər və İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəldilər.

Rusiya prezidenti Vladimir Putin Soçidə prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra dedi ki, baş tutan görüşdə biz bu vəziyyəti ətraflı şəkildə nəzərdən keçirdik və cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq qərarına gəldik.

Bildirildi ki, zonaya Türkiyə bölmələrinin səyyar keşikçi qrupu və Rusiya hərbi polisi nəzarət edəcək.

Türkiyə prezidentinin təklifi ilə oktyabrın 10-dək bütün müxalifət qruplaşmalarının ağır silahları, tankları, reaktiv yaylım atəşi sistemləri, topları və minaatanları zonadan çıxarılacaq.



Әlaqәli Xәbәrlәr