Qərbə dair necə bir mövqe tutmalı?
Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Qərbə dair necə bir mövqe tutmalı?” yazısını təqdim edirik. (Qlobal perspektiv_30 (25.07.2018)
Son iki əsrdir ki, Qərbdən uzaq cəmiyyətlərin az qala hamısı və ya bir hissəsində qərbləşmə prosesi gedir. Bu vəziyyət əsasən Qərb və onun mədəniyyətinin bu prosesdə əldə etdiyi basqın xarakterdən irəli gəlir. Qərblə mübarizələrində məğlub olan cəmiyyətlər həll olaraq müəyyən nisbətdə qərbləşməyə tabe olurlar.
Qərbdən uzaq cəmiyyətlərin Qərbə məğlub olmasının səbəbi, şübhəsiz, yalnız Qərbdəki proseslər deyil. Şərqdə cəmiyyətlərin öz tarix və mədəniyyətlərini dövrün tələbinə görə yenidən qura, adət və ortaya çıxan ehtiyacları, qarşı-qarşıya qaldıqları təhdidləri dəf edə bilməməsi mövcud vəziyyətin bəlkə də ən əhəmiyyətli səbəbidir. Bu cəmiyyətlərin özlərinə dair özünəməxsus yeriş, ontoloji baxış, epistemolojik bir qavrayışla axtarışlarını davam etdirmələri lazımdır ki, bundan sonrakı əsrlərdə varlıqlarını davam etdirə bilsinlər.
Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Qərbə dair necə bir mövqe tutmalı?” yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.
Cəmiyyətlərin axtarışları, şübhəsiz, davam edəcəkdir. Amma həyat gedir. Qərbdən uzaq cəmiyyətlərə "əvvəl özlərini yeniləşdirsinlər, sonra Qərblə əlaqəyə girsinlər" deyilə bilməz. Şərq onsuz da bir tərəfdən bu səylərini davam etdirir, digər tərəfdən labüd olaraq şərq, qərb, şimal və cənubla əlaqələrini davam etdirmək məcburiyyətindədir. Həyat dayandırıla bilməz çünki. Burada öz ontoloji mövqeyini dəqiqləşdirmədən Qərbdən uzaq cəmiyyətlərin Qərb və onun mədəniyyətilə necə münasibət quracağı, Qərbə dair necə bir vəziyyət alacağı sualı doğur.
İslam mədəniyyəti kimi böyük mədəniyyətlər dünən ortaya çıxan köksüz mədəniyyət deyil. Şərq uzun əsrləri aşan, fərqli cəmiyyətləri bir arada yaşadabilmə təcrübələri ilə hazırda onsuz da öz dəniz fənərinə malikdirlər. Bu dəniz fənərləri bu gün üzləşdikləri problemlərin həllini aydınladır. O ki qaldı bir din kimi İslama, o, həyatın içinə girmiş, uzun bir zamana yayılmış şəkildədir.
Qərbdən uzaq cəmiyyətlər öz köklərindən çox istiqamətli yeniliklər istehsaletmə səylərini davam etdirərkən Qərbə dair necə mövqe tutmalıdırlar? Bu sualın cavabını tapmaq dünən də vacib idi, amma bu gün daha əhəmiyyətlidir.
Qərbin son iki əsrdə bütün dünyaya təsiri artıb. Bu gün qərbli olmayan cəmiyyətlərdən on milyonlarla insan Qərbdə yaşayır. İçərisində yaşadıqları məkanla Qərb cəmiyyətləri arasında quracaqları əlaqə həyati dərəcədə əhəmiyyətlidir.
İstər işğal siyasəti olsun, istər assimilyasiya, Qərbdə yaşayan qeyri-qərblilər üçün Qərb ziddiyyəti olduqca yayğındır. Qərbin işğal və ya assimilyasiya siyasətinə məruz qalan insanlar qarışıq hisslər yaşayır. Bu ziddiyyət yalnız qərblə məhdudlaşmır, həyatın bütün sahələrini əhatə edir. Anti-qərbçi, anti-modernist, anti-kapitalist, anti-qlobal münasibətlər hər yerdə özünü göstərir. Ziddiyyət hissi bəzən insanların Yaradana vermədikləri bir gücü qarşı olduqları obyektə verməyə qədər uzanır. Yəni müasirliyə, qloballaşmaya, qərbə, sionizmə, bütün dünyanı çəkib-çevirməyə ilahi bir güc lazım gəlir.
Şübhəsiz, Qərb və mədəniyyətinə qarşı çıxmağa çox səbəb var. Səhv olan özünə inamla aparılan qiymətləndirmədən sonra özünə deyil, topdan satan ticarətə qarşı çıxmaqdır. Bəlkə bir çarəsizlik, məğlubiyyət, mühasirə, acizlik hissləri içərisində hər şeyə qarşı olma ilahi gücü fərdləri rahatlada, hətta kütlələrə, xüsusən, gənclərə cazibədar görünə bilər. Amma yenə ziddiyyət üzərindən çox şey dağılar, çünki hər nəyin antisi və özünəməxsus iddia ilə heç nə qurula bilməz. Bir insanın qarışıq ideologiya, baxış üzərində özünü əks etdirməsi yenə özünə zidd bir şeyi müəyyən etməsi, formalaşdırması deməkdir. Ziddiyyət üzərindən özünü tanımaq isə təslim olmaqdır.
Hər dəfə təpki vermək, ziddiyyətin üzərinə getmək ürəyi rahatlatsa da, ona qarşı mühasirəni dərinləşdirir, həyatdan, dünyadan və həqiqətlərdən daha çox ayırır. Ziddiyyət və mühakimə əks olunan şeyin doğru və mümkün əməkdaşlıq imkanlarını da ortadan qaldırdığı üçün çözümsüzlük və çarəsizliyi daha da dərinləşdirir. Bu, ətrafdakı digər yerləşənlərə də təsir edir. Həşşaşilərlə xaçlılar arasındakı münasibət, radikal cərəyanlarla Qərbin kəşfiyyat qurumlarının əlaqəsi bu vəziyyətin konkret nümunələridir. Halbuki bu gün ehtiyac duyduğumuz məğlubiyyət psixologiyası ilə hər şeyə qarşı çıxmaq, hər şeyi inkar etmək deyil, özünə inamlı şəkildə məsələlərin üzərinə getməkdir. Ziddiyyətin quyusuna düşmədən ağıllı və özünə inamlı şəkildə hər iki tərəflə əlaqə yaratmaq lazımdır.
Məsələyə bu cür yanaşarkən "Qərb qarşısında" deyil, "Qərbə dair" məntiqi kömək olur. Çünki "Qərb qarşısında" ifadəsi bir ziddiyyəti ifadə edir. Ziddiyyət üzərindən formalaşan hər hansı mövqe insanı öz yolundan döndərər, qarşı olduğu şeyin qətiyyətinə itaət etdirər.
Digər tərəfdən, "Qərb qarşısında" bir mövqe axtarışı təbii olaraq Qərbi mərkəzə çəkəcək. Halbuki Qərbdən uzaq cəmiyyətlərin öz inanç və mədəniyyətlərini mərkəzə alacaq bir mövqe tutması lazımdır. Bizimçünsə düşüncə tərzimizi təbii olaraq İslam və mədəniyyəti, öz tariximiz və ənənələrimiz müəyyən etməlidir.