“Türkiyənin Suriyadakı son həmlələri”

"Gündəmə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) əməkdaşı Can Acunun “Türkiyənin Suriyadakı son həmlələri” mövzulu analitik yazısı...

982944
“Türkiyənin Suriyadakı son həmlələri”

Suriyadakı gərginliyi azaltmak və tərəflər arasında sülhün təmin edilməsi məqsədilə qurulan Astana mexanizmi öz işini davam etdirir. Türkiyə, Rusiya və İranın zaminliyində olan proses çərçivəsində müəyyən edilən gərginliyi azaltma bölgələrinə istiqamətli olaraq Suriya rejimi, Rusiya və İran hücumlarını davam etdirib bölgələri ələ keçirməsinin nəticəsində xüsusilə İdlib bölgəsi əhəmiyyət qazanmışdı.

İdlib bölgəsi digər gərginliyi azaltma bölgələrinin əksinə birbaşa Türkiyə ilə həmsərhəddir. Bu da Türkiyənin əlini gücləndirən önəmli faktördür. Həmçinin rejim qüvvələrinin mühasirədə saxlanılan bölgələrdəki suriyalı müxalifləri İdlib və “Fərat qalxanı” əməliyyatı bölgəsinə təxliyyə etməsi İdlibi hərbi müxalifətin qalasına çevirən faktlardan biridir. Astana prosesi çərçivəsində qəbul edilən gərginliyi azaltma bölgəsi olaraq İdlib digər bölgələrlə müqayisədə fərqlənir. Türkiyənin 12, Rusiyanın 10 və İranın 7 müşahidə nöqtəsi qurduğu İdlib bölgəsində toqquşmaların ciddi mənada qarşısı alınıb. Xüsusilə Türkiyənin qurduğu müşahidə nöqtələri rejim qüvvələrinin suriyalı müxalifətə qarşı hərbi olaraq irəliləməsinə mane olan divar vəzifəsini ifa edir.

Türkiyənin bölgədə qurduğu müşahidə nöqtələri operativ mənada müxtəlif çətinliklər də yaradır. Türkiyənin öz sərhədindən birbaşa bölgəyə daxil olması böyük üstünlük olsa da İdlib bölgəsindəki radikal ünsürlərin və rejim casuslarının ehtimal olunan hücumları Türkiyənin sülhün təmini üçün öhdəsinə götürdüyü vəzifəni çətinləşdirir. Bu çərçivədə bir nəqliyyat zamanı Türk konvoyuna dayandığı yerdə bombalı maşının partladılması ilə zərər yetirildi. Aradabir rejim qüvvələri və İranın istiqamətləndirdiyi xarici şiə milislər tərəfindən Türk əsgərinə təcavüz məqsədli atəş açılmışdır. Türkiyənin Suriyadakı toqquşmaların qarşısını almaq üçün öz əsgərini cəbhə xəttinə yerləşdirməsi Türkiyənin bölgədəki hərbi dayandırmaq məqsədli iradəsinin açıq göstəricisidir.

Türkiyə bir tərəfdən Astana prosesi ilə Əsəd rejimi və Suriya müxalifəti arasındakı hərbi dayandıraraq insanların həlak olmasına mane olub, tərəflər arasında müzakirələrin və keçid prosesinin yolunu açdıqda, digər tərəfdən isə Suriyadakı xaosdan istifadə edən terror təşkilatlarına qarşı mübarizəni davam etdirir. “Fərat qalxanı” əməliyyatı ilə DEAŞ terror təşkilatını özünün sərhəd məntəqəsindən təmizləyən Türkiyənin iki əməliyyatda yerli suriyalı qüvvələr ilə birgə hərəkət etməsi, həm Türkiyənin bölgədəki təsir dairəsini artırmadığını həm də bölgədə müstəmləkəçilik siyasətilə hərəkət etmədiyini göstərir.

Türkiyə terrorla mübarizə apararkən, digər tərəfdən də qonşu ölkəsi Suriyada sülhün və dincliyin təmin edilməsi məqsədilə addımlar atır, digər tərəfdən özünün milli təhlükəsizliyini təmin edir. Bu minvalda “Fərat qalxanı” əməliyyatından sonra DEAŞ terror təşkilatının Türkiyə daxilindəki terror hücumları və hücum təşəbbüsləri azalmışdır. Həmin şəkildə “Zeytun budağı” Hatay və Amanos dağları bölgəsindəki PKK terror təşkilatlarının hücumlarını və hücum təşəbbüslərini bitirmə nöqtəsinə gətirib çıxardı. Lakin Türkiyənin terrorla mübarizəsi digər bölgələrdə davam edir. İraq daxilində davam edən əməliyyatla yanaşı Suriyanın şimalındakı PKK/YPG mövculduğuna istiqamətli olaraq da əhəmiyyətli addımlar atılır. ABŞ-ın YPG ilə müttəfiqliyini israrlarla davam etdirməsi, bölgədəki terrora son qoyulmasına mane olduqda, həmin zamanda da Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Türkiyə və ABŞ arasında YPG və xüsusilə Münbiç bölgəsinin gələcəyilə əlaqəli müzakirələr uzun müddətdir davam edir. ABŞ Münbiç bölgəsini ələ keçirərkən Türkiyəyə YPG-nin bölgədən çəkiləyəci vədini yerinə yətirmədi və YPG-ni qoruyub qalxan oldu. Bu da iki NATO müttəfiqi olan ölkə arasındakı əlaqələri gərginləşdirdi. ABŞ-ın Dövlət katibi Reks Tillersonun Türkiyəyə gəlib Münbiç məsələsini Türkiyəli həmkarı ilə müzakirə etməsindən sonra iki ölkə arasında prinsipial olaraq razılıq əldə edilmişdi.  Sonra isə Trampın Tillersonun vəzifəsinə son qoyaraq yerinə Mayk Pompeonu təyin etməsi prosesin müvəqqəti olaraq dayanmasına səbəb oldu. arici işlər naziri Mövlud Çavuşoğlunun keçən günlərdə verdiyi açıqlama istiqamətində iki ölkə arasında Münbiç məsələsi üçün əsasda razılıq əldə olundu və detalların qarşıdan gələn prosesdə dəqiqləşdirilməsi planlaşdırılır. Çavuşoğlunun açıqlamasından sonra yerli mənbələrin çatdırdığı məlumatlara görə YPG silahlıları bölgəni tərk etmək üçün hazırlaşmağa başlayıb. Nəticədə Türkiyə və ABŞ arasındakı razılaşma çərçivəsində YPG Münbiçi tərk edərək Fəratın şərqinə keçəcək, Türkiyə və ABŞ bölgədəki təhlükəsizliyi birlikdə təmin edəcək və iki ölkə birlikdə Münbiçin yerli idarəetmə orqanlarını və polis qüvvələrini formalaşdıracaq. Nə qədər də Türkiyə və ABŞ arasında Münbiç probleminin həllində addım atılsa da Fəratın şərqindəki YPG terror mövcudluğu iki ölkə arasında Suriya zəminində problemlərin sona çatmayacağını göstərir. Lakin Münbiçdə Türkiyə və ABŞ-ın birgə hərəkət etməsi iki NATO müttəfiqi olan ölkə arasındakı ünsiyyət, koordinasiya və etimadı artıracaq. Münbiç probleminin həllində razılıq əldə edi bilən iki ölkənin Suriyanın digər bölgələri üçün də razılıq əldə etməsi mümkündür.

 



Әlaqәli Xәbәrlәr