Zeytun Budağı Hərəkatının mümkün siyasi nəticələri

Zeytun Budağı Hərəkatının Şimali Suriyada ortaya qoyduğu yeni güc tarazlığı Suriya böhranının siyasi həll mərhələsinə necə təsir edəcək?

940197
Zeytun Budağı Hərəkatının mümkün siyasi nəticələri

  Türkiyənin Afrin bölgəsindəki YPG varlığını aradan qaldırmağa yönəlmiş Zeytun Budağı Hərəkatı sona çatdı. Hərəkatın ilk ayı nisbətən çətin keçsə də, sərhəd bölgəsindəki YPG müqavimətinin qırılması ilə birlikdə sürət qazandı və qısa müddətdə Afrini əhatə etməsilə tamamlandı. Bu prosesdə YPG-lilər kəndləri boşaldaraq Afrinin şəhər mərkəzinə doğru geri çəkildi. Gözlənilirdi ki, onlar burada növbəti döyüşə hazırlaşır. Ancaq bunun əksinə, YPG şəhər mərkəzində də heç bir müqavimət göstərmədi və Afrin, demək olar ki, qarşıdurmasız Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu tərəfindən nəzarətə alındı.

  Zeytun Budağı Hərəkatının hərbi ölçüsülə bağlı müzakirələr gedir: Afrinin Türkiyə nəzarətinə keçməsi, bundan sonra Suriya böhranının gedişi, Türkiyənin YPG ilə mübarizəsi, Suriyada Türkiyə-ABŞ rəqabəti və ya əməkdaşlığına mümkün təsirlər, YPG-nin milli və beynəlxalq ittifaqlarla əlaqələri necə olacaq?

  Zeytun Budağı Hərəkatının Türkiyə üçün ən əhəmiyyətli nəticəsi hərbi daşındırmanın təsisi oldu. Fərat Qalxanı Hərəkatı ilə müqayisədə daha çətin bir məkanda və daha çox hərbçi ilə mübarizə aparmaq məcburiyyətində qalan TSQ qısa müddətdə və az itki verərək əməliyyatı başa çatdırdı. Hərbi gücünü ortaya qoyan və bu iradəni göstərən Türkiyənin artıq Münbiç və Fəratın şərqində YPG ilə mübarizədə əlinin güclənəcəyi açıq-aşkar görünür.

  ABŞ TSQ qarşısında heç bir müqavimət göstərməyən YPG-ni hara qədər və necə qoruyacağı barədə sorğu-sual içinə girdi. Bu yeni vəziyyət ABŞ-ı bu seçim qarşısında qoydu. Birincisi, Türkiyəyə Münbiç məsələsində bəzi güzəştlərə getmək. İkinci variant isə bunun tərsi: Münbiçdə YPG-yə təmin etdiyi müdafiə sistemini gücləndirmək. ABŞ-ın ikinci variantı seçəcəyi ehtimalı daha yüksəkdir. Çünki ABŞ Afrində özünü qorumağı bacarmayan YPG-nin Münbiçdə də qala bilməzsə, təşkilatını uduzacağını bilir. YPG isə Münbiçlə bağlı Türkiyə və ABŞ uzlaşarsa, İran-Suriya hökuməti ittifaqına yönəlməyi düşünə bilər.

Ərəb əhalinin YPG-yə reaksiyası.

  Zeytun Budağı Hərəkatı YPG-nin Münbiç və Fəratın şərqində ərəblərlə əməkdaşlığını kövrək hala gətirəcək.

  YPG-nin Suriya Demokratik Qüvvələri tərkibində ərəblərlə yaratdığı ittifaqlar onsuz da mənfəət və ərəb tayfalarının yerli təhlükəsizliklərini zəmanətə almaq marağına əsaslanır. YPG-nin ərəb əhalinin sıx olduğu bölgələrdə legitimliyi o qədər də yoxdur.

  Münbiç Suriya böhranının əvvəlindən bu yana rejim müxalifi olaraq önə çıxmış bir şəhərdir və hazırda Azad Suriya Ordusu içində münbiçlilər əksəriyyət təşkil edir. Bu səbəbdən YPG-nin Zeytun Budağı hərəkatı ilə ortaya çıxan zəifliyi Münbiçdə də hissləri dəyişdirəcək. Onsuz da uzun zamandır Münbiçdə xalqın bir hissəsi YPG əleyhinə mitinqlər keçirir. Yaxınlarda isə bu hadisələr daha da inkişaf edə bilər.

  Münbiçdə YPG-yə qarşı hərəkətə keçmək fürsəti tapan qruplar Türkiyənin Münbiç məsələsində ciddi olduğunu görmək və ona görə mövqelərini müəyyənləşdirmək istəyir. Bu baxımdan da Zeytun Budağı Hərəkatı Türkiyənin hərbi gücünü göstərmək iradəsinə malik olduğunu ortaya qoymaq və YPG-nin heç bir müqavimət göstərə bilməyəcəyini sübut etmək baxımından əhəmiyyətlidir. Beynəlxalq təzyiqlərin də Türkiyəyə mane ola bilməyəcəyi ortayadır.

  YPG-nin Afrində itirməsi qədər itirmə şəkli də mühüm əhəmiyyət kəsb edir. Zeytun Budağı Hərəkatının ilkin mərhələsini saymasaq, demək olar ki, heç bir müqavimət göstərməyən, döyüş iradəsi qalmayan və şəhər mərkəzini belə qaçaraq tərk edən bir təşkilat görüntüsü ortaya çıxıb. Bu vəziyyət YPG içindəki suriyalı faktorları da özlərini PKK-nın regional hədəflərinə qurban etməmək barədə fikirləşməyə sövq edə bilər. Bunun təbii nəticəsi qarşıdakı dövrdə YPG içində PKK kadrları və suriyalı faktorlar şəklində bir parçalanmanın ortaya çıxmasıdır. Bu məsələni dəstəkləyən bir fakt da Afrinin mərkəzində YPG-nin necə hərəkət etməsilə bağlı PKK-lılarla təşkilatın yerli üzvləri arasında yaranan fikir ayrılığıdır. PKK başçıları son günə qədər Afrində müqavimət göstərmək çağırışı edir, Afrindəki terrorçular (Kandil kadroları) müharibə variantını seçir, yerli hərbiçilər isə buna tabe olmayıb qaçmağa üstünlük verir.

Rusiya-Türkiyə əməkdaşlığı daha da arta bilər.

  Zeytun Budağı Hərəkatının Şimali Suriyada meydana qoyduğu yeni güc tarazlığı Suriya böhranının siyasi həll mərhələsinə təsir edəcəkdir. TSQ ilə birlikdə Suriya müxalifəti də şimalda getdikcə güclənən bir aktyor kimi önə çıxır.

  Zeytun Budağı Hərəkatının İdlibdə sona çatması üçün yeddinci müşahidə məntəqəsi yaradılıb. 12-ci müşahidə nöqtəsi başa çatan kimi İdlibdə müxalifətin nəzarəti təmin edilmiş olacaq. Beləliklə, Cerablusdan Cisr Şugura qədər uzanan bir sahədə Azad Suriya Ordusu regionu ortaya çıxacaq. Türkiyə qoruması altındakı bu sahə siyasi həll masasında rejimin güzəştə getməyə daha açıq olmasını təmin edəcəkdir. Afrindən sonra Suriyadakı Rusiya-Türkiyə əməkdaşlığının da güclənməsini gözləmək olar.

  Türkiyə ABŞ və Münbiç məsələsində razılıq əldə etməzsə, mərhələli şəkildə bu şəhərdə təzyiqini artıracaq. Afrin prosesindən sonra Türkiyənin YPG ilə mübarizəsində atdığı addımlar Rusiyanın dəstəyini ala bilər. Çünki artıq hədəfdə olan YPG bölgələri, eyni zamanda, ABŞ-ın nüfuz zonalarıdır. Rusiya Suriya hökuməti və İranla yanaşı, Suriyanın şərqində ABŞ-la get-gedə qarşıdurma vəziyyəti alan rəqabət içindədir. Rejim tərəfdarı olan qüvvələr Deyr Zor bölgəsində bir neçə dəfə SDG bölgələrinə müdaxilə etmək istəsə də, ABŞ-ın sərt cavabı ilə qarşılaşıb. Ancaq Türkiyənin Münbiç üzərində təzyiqi artırması ABŞ-ın daha çox düşməsinə səbəb olacağı üçün ona qarşı olan dövlətlər tərəfindən də müsbət qarşılana bilər.

  YPG-nin Afrini itirməsilə Rusiyaya hərbi asılılığı qalmadı və təşkilat tamamilə ABŞ-ın qoruması altına keçdi. YPG Zeytun Budağı Hərəkatına yaşıl işıq yandırmasına görə Rusiyanı da cavabdeh sayır. Rusya-YPG münasibətlərində bu sınma ehtimalı da Türkiyənin Rusiya ilə əməkdaşlığını gücləndirə, Türkiyə-ABŞ gərginliyini artıra bilər.

  Rusiya Afrin məsələsində Türkiyəyə qarşı böyük təsdiqedici bir şəkil alıb. Ancaq eyni vəziyyəti Suriyadakı müttəfiqləri İran və rejim üçün söyləmək mümkün deyil. Məsələn, İran Afrin məsələsindəki mövqeyinə görə Rusiyaya qarşıdır. Bunun ən aydın ifadəsi Zeytun Budağı Hərəkatı davam edərkən Suriya hökuməti tərəfdarı və İran dəstəkli milis qüvvələrinin YPG-yə dəstək üçün Afrinə girməsidir. Yəqin bu addım Rusiyanın təsiri baş tutmadı.

  Rusiyanın Türkiyə və İran arasında tərəfsiz qalması hərbi üstünlüyü əlində saxlayan Türkiyəni önə çıxardı və Türkiyə YPG-lilərlə yanaşı, ona dəstək verən İran (şiə) milislərini də hədəfə aldı. Bu səbəbdən İranın həmləsi tamamilə boşa çıxdı.

  Rusiyanın bu davranışında Türkiyə ilə Suriya xaricində davam etdirilən əməkdaşlığın rolu mühümdür. Yəqin Rusiya Suriyada güclənən İrana qarşı Türkiyənin tarazlayıcı gücünə ehtiyac duyur. Çünki Afrindəki mənzərənin bir bənzəri də İdlibdə yaşanır. İdlibdə nəzarət məntəqələri qurmaq üçün irəliləyən Türkiyə ordusu İran dəstəkli milislərin hücumlarına məruz qalarkən Rusiyanın Türkiyə müşahidə məntəqələrinin yaradılmasını dəstəklədiyi görünür.

Suriyanın şimalında yeni güc tarazlıqları.

  Zeytun Budağı Hərəkatının nəticələri yəqin ki, İran və Suriya hökumətinin qayğılarını daha da artıracaqdır. Artıq Türkiyə Azad Suriya Ordusu ilə birlikdə Hələbdəki rejim bölgələrinə belə təzyiqi artıracaq mövqeyə gəldi.

  Astana prosesilə əlaqədar tərəflər arasında qarşıdurma olacağı gözlənilməsə də, heç bir tərəf bir-birinin niyyətinə güvənmir. İran, xüsusilə, özünə bağlı milis qüvvələrinin nəzarətindəki Nubul və Zəhra yaşayış yerlərinin təhdid altına girdiyi fikrinə düşə bilər.

  İran və Suriya hökumətinin YPG/PKK ilə bağlı rəftarında təşkilatın bundan sonra Münbiç və Fəratın şərqində necə bir yol təqib edəcəyini müəyyənləşdirəcək. Əslində mövcud vəziyyət - Türkiyənin Münbiç və Fəratın şərqində təzyiqini artırması bu aktyorlar tərəfindən müsbət qarşılanmalıdır. Ancaq ABŞ başqa təhdid olaraq gördüyü Azad Suriya Ordusu ilə bir araya gəlməyəcək.

  Münbiç və Fəratın şərqində ABD-YPG ittifaqının davamı Türkiyə-İran koordinasiyası üçün zəmin hazırlaya bilər. Və ya İran və Suriya hökuməti YPG-ni öz tərəflərinə çəkmək istəyər. Bu işbirliyi Afrində edildi.

  ABŞ-ın Suriyada əsas təhdid olaraq gördüyü şiə (İran) milislərin YPG üzvlərilə birlikdə fotoşəkil paylaşması artıq ABŞ-da bəzi şübhələr doğurur. ABŞ YPG-ni Münbiçdə də qoruya bilməzsə, təşkilatın İranın təsirinə düşəcəyi ehtimalını anlayır. Bu vəziyyət Türkiyə-ABŞ yaxınlaşmasını təmin edə bilər.

  Türkiyə mövqeyini necə təyin edəcəyi barədə qəti fikirdədir: YPG ilə birlikdə hərəkət edən hər dövləti təhlükə olaraq qiymətləndiriləcək.

 

  Oydun Orhan, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzində (ORSAM) mütəxəssis.



Әlaqәli Xәbәrlәr