PYD/YPG-nin insan hüquqları pozuntuları

Pozuntular beynəlxalq insan hüquqları təşkilatları tərəfindən hazırlanan hesabatlarda öz yerini tutmuşdur.

899904
PYD/YPG-nin insan hüquqları pozuntuları

 

PKK/KCK terror təşkilatı qurulduğu gündən bugünədək Türkiyənin Şərq və Cənubi-Şərqi Anadolu bölgələrində yaşayan vətəndaşları təzyiq və zorakılıqla (kəndlərə basqın, suiqəsdlər, məcburi köçə tabe tutma, müsadirə, qorxutma, və s.) təşkilatı dəstəkləmə strategiyası izləyir. Təşkilatın Suriyadakı qolu olan PYD/YPG də həmin strategiyanı Suriyada yaşayan xalqa tətbiq edir.

PYD/YPG terror təşkilatı bölgədə yeganə hakim qüvvə olmaq məqsədilə orada yaşayan Türklər, kürdlər, ərəblər, yezidilər kimi etnik ünsürlərə qarşı etnik təmizləmə daxil olmaqla ciddi bəşəri cinayət işləyir. Həmin pozuntular beynəlxalq insan hüquqları təşkilatları tərəfindən müşahidə edilmiş və bunlar hesabatlarda öz yerini tutmuşdur. Bölgədən PYD/YPG terror təşkilatının zorakılığına görə yerli əhalidən insanlar təzyiqlə köçə etdirilib. PYD/YPG-nin zülmündən qaçanların seçimi suriyalılara açıq qapı siyasətinə və təhlükəsiz ölkə kimi Türkiyə olmuşdur. PYD/YPG-nin bu səviyyədəki insan hüquqları pozuntularına baxmayaraq təşkilatın (sözdə) DEAŞ ilə mübarizə edən tək təşkilat təbliğatına məruz qalan və terror təşkilatına xarici dəstək təmin edən beynəlxalq qüvvələrin söz mövzusu insan hüquqları pozuntularına göz yumduğu müşahidə olunmuşdur. DEAŞ ilə (sözdə) mübarizə adı dalında əldə edilən silah-sursatın çoxundan bölgədə yaşayan Türklər, kürdlər və ərəblər kimi xalqları təşkilat qarşısında qorxutmaq məqsədilə istifadə edilmişdir.

Misal üçün Suriya İnsan Hüquqları Təşkilatı (SNHR) tərəfindən 2016-cı ilin yanvar ayında yayılan hesabatda PYD/YPG-nin nəzarətindəki bölgələrdə etnik təmizləmədən keflərinə görə insanları həbs etmə, təzyiqlə əsgərə aparma, köç etdirməyə qədər bir çox insan hüquqları pozuntularının olduğu qeydə alınıb. Hesabatın yayımlandığı tarixədək 51-i uşaq, 43-ü qadın və işgəncə altında həyatını itirən 16 nəfər daxil olmaqla azı 407 dinc vətəndaşın PYD/YPG tərəfindən öldürüldüyü ifadə edilmişdir.¹

İnsan Haqları Təşkilatının (HRW) 2014-cü il iyun ayında yayımladığı “Under Kurdish Rule: Abuses in PYD-Run Enclayes of Syria” başlıqlı başqa hesabatında da; PYD/YPG terror təşkilatının siyasi baxımdan özünə rəqib kimi gördüyü şəxslərə qarşı saxlama, qaçırma və öldürmə kimi faktları tətbiq etdiyi vurğulanıb. Xüsusilə PYD-yə müxalifət olan partiyalardan Suriya Kürd Demokrat Partiya ilə Yekiti və Azadi üzvlərinə qarşı pis rəftar və kefləri istədikləri kimi həbs etmə qərarlarının olduğu hesabatda qeyd olunub.¹

PYD/YPG-nin etnik təmizləmə də daxil insan haqları pozuntularına nümunələr versək;

Müxalifətə qarşı ölüm cəzalarının həyata keçirilməsi

Suriyada alternativ təşkilatlanmaya icazə verməyən terror təşkilatı PYD/YPG müxalifətə qarşı ölüm cəzaları həyata keçirdi.  

PYD/YPG terror təşkilatı edam cəzalarına 2011-ci il oktyabr ayında Suriyada müxalifətdəki kürdlərdən təşkil tapan Gələcəyin Partiyasının lideri Mişel Temo¹-ya istiqamətli sui-qəsdlə başladı. Terror təşkilatının rejim ilə birlikdə addım atdığı və ölüm cəzalarının terror təşkilatı vasitəsilə həyata keçirildiyi düşünülür. Bu vəziyyətə bölgədəki kürdlərin ümumiyyətinin reaksiyası sərt oldu.

PYD/YPG-nin bu sui-qəsdindən sonra müxalifətə istiqamətli hücumlar davam etdi. Tayfa lideri Abdullah Bedro və Suriya Kürdləri Demokratik Birlik Partiyasının Hələb üzrə məsul şəxsi Şərzad Hac Rəşid terror təşkilatının sui-qəsd əməliyyatları nəticəsində öldürüldü.

Həmçinin Suriya Kürdüstan Demokrat Partiyasının sədri Salah Bədrəddin terror təşkilatının təzyiqinə görə Almaniya üzərindən Ərbilə qaçmaq məcburiyyətində qaldı.

Suriyada vətəndaş müharibəsindən əvvəl 12 kürd qrup var idi. Hazırda isə sadəcə PKK/PYD var. Yüz minlərlə kürd göstərilən təzyiq səbəbindən PKK/PYD-nin nəzarətindəki bölgələrdən köç etməyə məcbur oldu. Türkiyəyə 350 min suriyalı kürd sığınıb və hazırda Türkiyədə yaşayır. Bununla yanaşı Amudədə 2013-cü il iyun ayının 27-də PYD/YPG əleyhinə keçirilən aksiyada PYD/YPG-li terrorçular nümayişçilərin üzərinə atəş etdi və üç gündə 8 nümayişçi həyatını itirdi.

Tutulan və ya həbs olunan şəxslərə qarşı pozuntular

Terror təşkilatının polis təşkilatı kimi adlandırdığı “Asayiş” tərəfindən edilən pozuntular insan hüquqları təşkilatlarının hesabatlarında öz yerini tutub. Həbs edilən şəxslərin tutulduqları zamanda işgəncə və pis rəftara məruz qaldığı, əksəriyyətinin bu zamanda həyatını itirdiyi dəqiqləşdirildi. HRW-nin hesabatına görə, Afrində həbs edilən Hannah Hamdos bir müddət sonra öldürüldü, lakin PYD/YPG tərəfindən başını divara çırparaq öldüyü irəli sürüldü. 2014-cü ilin fevralında Serə Kaniyədə baş verən digər hadisədə isə 24 yaşındakı Raşwan Ataş bir “Asayiş” mənsubu tərəfindən öldürüldü.

Hesabata görə, 2012-2014 illəri arasında bölgədə 9 ədəd üstü açılmayan qətl və itkin düşmə hadisəsi baş verməsi və bu insanların hamısının PYD/YPG əleyhinə olmaları da təhlükəsizlik qüvvələrinin öz istəklərinə görə hərəkət etdikləri barədə şübhə doğurur.

QADINLARA VƏ UŞAQLARA QARŞI ZORAKILIQ

PYD/YPG terror təşkilatı Suriyada nəzarətini ələ keçirdiyi bölgələrdəki hakimiyyətini qorumaq, etiraz edən xalqı qorxutmaq və tərəfdaş qazanmaq məqsədilə qadınlara və uşaqlara qarşı tez-tez zorakılığa üz tutur.

 PYD/YPG-nin bu rəftarları SNHR-nin 2016-cı il yanvar ayında yayımladığı hesabatda da öz yerini tutdu. Hesabatda 2011-2016-cı illər arasında 42 qadının PYD/YPG-li terrorçular tərəfindən öldürüldüyü sübuta yetirildi. Bu  qadınlardan Hələbə bağlı Say Ghoul kəndində yaşayan Nabiya Əl Salah 2015-ci il avqustun 14-də PYD/YPG-li terrorçular tərəfindən Rakka-Tel Aybad yolunda 3 dəfə güllənərək öldürüldü.

Hesabatda diqqət çəkən digər nümunə isə budur ki, Tarfa Halil əl Hasud 58 yaşında idi. Həyat yoldaşını öldürən PYD/YPG-lilərdən gizlənməyə cəhd edərkən öz evindəki pəyədə öldürüldü. Ayrıca hesabata görə, PYD/YPG yanvar 2014-oktyabr 2015 arasında Haseke, Kamışlı, Afrin kimi bölgələrdə "məcburi əsgərlik" adı arxasında 88 qadını saxladı.

ETNİK TƏMİZLİK VƏ MƏCBURİ  KÖÇ ETDİRİLMƏ

PYD/YPG terror təşkilatı güclü olduğu bölgələrdə çox sayda Ərəb və Türklə yanaşı Süryani, Erməni və s. etnik qruplar da var. Ələ keçirdiyi torpaqlarda hakimiyyəti ələ keçirməyə cəhd edən terror təşkilatı bölgədə yaşayan insanları məcburi köçə tabe tutur. Bəzi yaşayış məntəqələrini dağıdaraq demoqrafiyanı dəyişir.

Suriyadakı İnsan Hüquqları Təşkilatının (SNHR) hesabatında  Hasəkədə təqribən 100 Türkmən ailənin zorakılıq və təzyiqə məruz qaldığı vurğulandı. Türkmənlər ilk mərhələdə ölkənin fərqli yerlərinə köç etmək məcburiyyətində qaldıqlar və sonra çətin şərtlər səbəbindən Türkiyəyə sığındılar.[1]

SNHR tərəfindən 2016-cı il yanvar ayında hazırlanan hesabatda PYD/YPG-nin yaşayış məntəqələrinə girərək, buraları qarət etdikləri, kürd əhalinin olmadığı yerlərdə etnik təmizləmə törətdikləri, evlərin yandırılıb qarətləndiyi və insanların köç etdirildiyi vurğulandı. Hesabata görə, əksəriyyəti ərəb on minlərlə insan PYD/YPG tərəfindən ev-eşiyindən edilmiş, onlarla kənd yerlə-yeksan edilmişdir. Bütün bu baş verənlərin Roma Müqaviləsinin 8-ci maddəsinə görə müharibə cinayəti qəbul edildiyi, insanlığa karşı işlənmiş cinayət olduğunun və sabit beynəlxalq insan hüquqları pozuntusu mənası daşıdığı vurğulanmışdır. SNHR tərəfindən hazırlanan hesabata görə, 9 yaşayış məntəqəsi tamamilə dağılmış və sakinləri ev-eşiyindən edilmişdir, 19 kənd isə hissələr halında dağıdılmış, istənməyən insanlar buralardan sürgün edilmiştir. Bununla yanaşı  PYD/YPG terror təşkilatı ələ keçirdiyi kəndlərdə etnik təmizləmə məqsədilə təhdid və şiddət vasitəsilə kürd olmayan əhalini yerindən etməkdədir. SNHR tərəfindən hazırlanan hesabata görə, azı 49 yaşayış məntəqəsindən on minlərlə insan sürgün edilmiştir.

PYD/YPG terror təşkilatı 2015-ci il may ayının 26-da Hasəkənin cənubundakı 26-dan artıq kənddə yaşayan insanlara bu kəndləri boşaltmaları üçün 24 saat müddət verdiyini elan etmişdir. Bu kəndlərdən birində yaşayan bir şahidin hesabatda yer tutan ifadəsinə görə, PYD/YPG-li terrorçuların kəndə gəlmələrindən başlayaraq ərəblərə istiqamətli təcavüzkar hücumlar artmış, (sözdə) Kürdüsdanda ərəblər və Türkmənlərin yerinin olmadığı söylənmiş və bir çox ev terrorçular tərəfindən yandırılmışdır. Hesəbatda yer tutan digər bir nümunədə isə, 2015-ci il fevralında Hasəkədə yaşayan 100 Türkmən ailəsinin səbəbsiz saxlanılmalar və müxtəlif işgəncələrlə ev-eşiklərindən edilməsilə əlaqəlidir. Bu ailələr evlərini tərk edərək Türkiyəyə sığınmışdır. Beynəlxalq Əfv Təşkilatının (Amnesty) 2015-ci il oktyabr ayında şahidlərin ifadələri peyk görüntüləri və mütəxəssislərin müşahidələrinə əsaslanaraq yayımladığı “Gedəcək başqa yerimiz yox” (We Had Nowhere Else to Go) başlıqlı hesabatda da  PYD/YPG terror təşkilatının törətdiyi etnik təmizləmə, sürgün və təxribat cinayətləri ortaya qoyulmuşdur.

Tel Hamis ərazilərində yerləşən Ərəb kəndi Hüseyniyedə aparılan tədqiqatlar və təxribatlardan sonra geridə qalan kəntlilərlə keçirilən görüşlər hesabatda yer alıb. Kəndin iyun 2014- iyun 2015 tarixlərindəki vəziyyəti peykdən şəkilmiş şəkillərlə müqayisəli olaraq ortaya qoyulmuş və 225 mənzilin olduğu kəndin bir ildə 94 faizi yıxılmış, sadəcə 14 binanın dağılmadığı müəyyən edilmişdir. Beynəlxalq Əfv Təşkilatı üzrə ekspert Lema Fakih:  “PYD/YPG, sakinlərin evlərini və kəndləri tamamilə yerlə-yeksan edərək, sakinlərini qanuni heç bir hərbi zəminə əsaslanmadan ev-eşiyindən edərək müharibə cinayəti kimi qəbul edilən hücumlarla beynəlxalq  insan hüquqlarını həyasız şəkildə tapdalayır.

AZYAŞLI ƏSGƏRLƏR

PYD/YPG terror təşkilatı Suriyada həyata keçirdiyi terror aktları çərçivcəsində nəzarətini ələ keçirdiyi ərazilərdə öz hakimiyətini qurmaq məqsədilə çox sayda uşağı öz sıralarına cəlb edir, toqquşmalarda ön cəbhələrdə onlardan istifadə edir.

Müxtəlif beynəlxalq müqavilələrdə (1949 Müharibə zamanı dinc sakinlərin qorunmasına dair Cenevrə müqaviləsi, Cenevrə müqavilələri, Cenevrə müqavilələrinə əlavə protokol, 1989 BMT Uşaq haqları müqaviləsi və Uşaq hüquqları müqaviləsi əlavə protokol) hazırlandığı kimi azyaşlıların müharibələrə qatılması qadağandır. Ancaq PYD/YPG-nin bu qərarı pozması müxtəlif beynəlxalq qurum və təşkilatların hesabatlarında öz əksini tapmışdır. 

BMT Müstəqil Suriya Araşdırma Komissiyasının 16 avqust 2013-cü il tarixində yayımladığı hesabatda Afrin və Hasəkədə PYD/YPG-nin 12 yaşındaki qız və oğlan uşaqları öz sıralarına cəlb etmişdir[2].

ABŞ-ın iyun 2016-cı ildə yayımladığı İnsan alveri hesabatında PYD/YPG terror təşkilatının 15 yaşdan aşağı uşaqlar daxil olmaqla oğlan və qız uşaqlarını təşkilat mənsubu kimi təmin etməyə, onlardan istifadə etməyə və onları təlim düşərgələrinə aparmağa davam etdiyi qeyd edilib.  Həmin hesabata görə, aprel 2015-ci il tarixdə Afrində terror təşkilatı tərəfindən 16 yaşında bir qız uşağı ailəsinin etirazlarına baxmayaraq PYD/YPG tərəfindən qaçırılıb[1].

İnsan Hüquqları Təşkilatının 2014-cü ildə yayımladığı "Kürd İdarəsi Altında" (Under Kurdish Rule) başlıqlı hesabatda PYD/YPG-YPJ-nın 18 yaşdan aşağı uşaqları təşkilata üzv etdiyi, döyüşdürdüyü qeyd edilib. Təşkilatın əlində 59 uşağın yer tutduğu bir siyahı olduğu və bu uşaqlardan 10-nun 15 yaşdan aşağı olduğu ifadə edilmiştir.

 

[1] https://www.state.gov/j/tip/rls/tiprpt/2016/

 

[1] http://sn4hr.org/wp-content/pdf/english/Violations_by_the_Kurdish_Self_Management_Forces_en.pdf

[2] http://www.ohchr.org/EN/HRBodies/HRC/.../A.HRC.28.69_E.doc%20%C3%96nbellek%20Benzer

[3] http://edition.cnn.com/2013/11/29/world/meast/syria-children-refugees-report/index.html

[4] https://www.state.gov/j/tip/rls/tiprpt/2016/



Әlaqәli Xәbәrlәr