“Dəniz yosunu”nu “Yaxın Şərqin bataqlığı”na döndərdilər (Qlobal perspektiv_03)

Qüds itirilsə?.../Prof.Dr.Kudret Bülbül

890329
“Dəniz yosunu”nu “Yaxın Şərqin bataqlığı”na döndərdilər (Qlobal perspektiv_03)

Qlobal perspektiv_03 (17 yanvar 2018)

  Qüds. Müsəlman, xristian və yəhudilərin bu müqəddəs şəhəri müsəlmanların ilk qibləsidir. Həzrət Peyğəmbərin Meraca yüksəldiyi şəhərdir Qüds. Şair Sezai Karakoçun ifadəsilə desək, "Qüds göydə düzəldilib Yerə endirilən şəhərdir".

  Yavuz Sultan Səlimin 1516-cı il fəthindən sonra 1917-ci ilə qədər Qüds tam 4 əsr - 401 il Osmanlı imperiyası içərisində fərqli dinlərdən olan bütün insanların sülh və əmin-amanlıq içində yaşadığı şəhər olub.

  “Dəniz yosunu” adlandırılan bu şəhər əsrlərlə, Məkkə və Mədinə də daxil olmaqla, Yaxın Şərqə, Yaxın Şərqdən də dünyaya əmin-amanlıq iqliminin yayıldığı yerlərdən biri olub. Bu gün isə Qüds İsrailin qan gölünə çevrilib və baş verən digər hadisələrlə yanaşı, “Yaxın Şərqin bataqlığı”na dönüb.  

  Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər fakültəsinin dekanı, professor Kudret Bülbülün Qüdsdə baş verən son proseslərlə bağlı analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Amerika Birləşmiş Ştatlarının Qüds qərarı və reaksiyalar.

  ABŞ-ın Qüdsü təktərəfli olaraq İsrailin paytaxtı elan etməsi bütün dünyanı ona qarşı birləşdirdi. Birləşmiş Millətlər Təşkilatında Amerikanın açıq, kobud və nalayiq təhdidlərinə baxmayaraq, bütün ölkələr bu qərara qarşı bir mövqe nümayiş etdirdilər. BMT Təhlükəsizlik Şurasında ABŞ 14 ölkə qarşısında tək qaldı. Yalnız Baş Assambleyada ABŞ-ın yanında 8 ölkə oldu.

  İslam Dünyası, Avropa İttifaqı ölkələri, Afrika, Latın Amerikası, Uzaq Şərq ölkələri nadirən rast gəlinən bir şəkildə birlikdə hərəkət etdi.

  ABŞ və İsraildə də olmaqla, demək olar ki, bütün ölkələrdə insanlar bu qərara etiraz etdilər. Bəşəriyyət sanki bir fikirdə birləşdi.

  Qüds mövzusunda bura qədər bir çox məsələdə razılaşmayan müsəlman ölkələri belə bir araya gəldi. Avropa İttifaqı və müsəlman ölkələri ortaq bir fikir ətrafında birləşdi.

  Bu məsələdə İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi Türkiyənin aparıcı rolunu unutmaq olmaz. Ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı liderləri, Rusiya prezidenti Vladimir Putin, Roma Papası və digər rəsmi şəxslərlə müzakirələr aparması ortaq mövqe nümayiş etdirmək baxımından son dərəcə vacib idi.

  ABŞ-ın Qüds qərarı, güman edirik ki, Fələstin məsələsində qlobal bir dönüş yaranmasına təkan verər. Bu qərara qarşı qlobal anlaşma Fələstində etnik təmizliyin qarşısının alınmasına və regionda haqq əsaslı bir yanaşmanın olmasına vəsilə olar.

  Dünya müqavimət göstərməsəydi, nə olardı?

  ABŞ-ın Qüds qərarı şər kimi görünən işlər arasından xeyirin də çıxa bilmə ehtimalını yüksəltdi.

  Dünya müqavimət göstərməsəydi, Türkiyənin mərhum Baş naziri Nəcməddin Ərbakanın da bir zaman söylədiyi kimi, İsrail qonşu ölkələrin torpaqlarını da mənimsəyən, Dəclə və Fərat çaylarına qədər uzanan, region və bəşəriyyət üçün yaratdığı təhdid ideya üzərində "Böyük İsrail" yaratmağa davam edəcəkdi.

  “Ərzi vəd olunmuş” düşüncəsi arxasınca qaçan və özlərinin seçilmiş irq olduğunu düşünən sionist yəhudilərin yarada biləcəyi təhdidi, yəqin ki, irqçi və faşist olmayan yəhudilər də anladı.

  Adolf Hitlerin almanların "ən üstün irq" olduğuna dair nasizm ideologiyası bəşəriyyət üçün necə bir bəla oldu, heç kim unutmayıb. ABŞ-ın Qüds qərarına dirənilməsəydi, bənzər bir "seçilmiş irq" ideologiyası daha çox cəsarət tapacaqdı.

   Qüds qərarına qarşı Avropa İttifaqı və İslam ölkələrinin birgə reaksiyası, son zamanlar getdikcə gərginləşən İslam və Qərb münasibətini bir az yumşaltdı.

  ABŞ-ın Qüds qərarına qarşı dirənilməsəydi, haqlının deyil, güclünün hakim olduğu bir dünya anlayışı daha çox artacaqdı. Məzlumların haqsızlıqlar önündə müqavimət göstərmə gücündə  böyük yara olacaqdı.

  Qüds mövzusunda qlobal cəhd göstərilməsəydi, öyrəşilmiş çarəsizlik daha da artacaq, gələcəyə ümidlər çox qaralacaqdı.

  Bu qərara bəşəriyyət sadəcə tamaşa etsəydi, İsrail əsgərlərinə qarşı qəhrəmancasına vuruşan fələstinlilərin üzünə baxmağa heç kimin üzü olmamalıydı.

  Nasizm təkrar gəlməməli, yəhudi nasizmi əngəllənməlidir.

  Bugünkü nəticə kifayətdirmi? Əlbəttə, xeyr. Çünki Qüds düşsə, bir az əvvəl sadaladığımız müsbət dəyərlər də tərsinə çevrilər.

  Almaniya nasizmi bəşəriyyətə çox ağır bədəllər ödətdi. Dünya ölkələri və xalqları bu dəfə yəhudi nasizmilə təkrar eyni faciələri yaşamamalıdır.

  Göründüyü kimi, Qüds ancaq yəhudi, xristian və müsəlman deyil, bir bəşəriyyət və taleyüklü insanlıq məsələsidir.  



Әlaqәli Xәbәrlәr