D-8 IX Zirvə Toplantısı: yaranması və əhəmiyyəti

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında Türkiyə, İran, Pakistan, Banqladeş, Malaziya, İndoneziya, Misir və Nigeriya liderləri ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə başçısı R.T.Ərdoğanın xüsusi dəvətilə iştirak edib

837054
D-8 IX Zirvə Toplantısı: yaranması və əhəmiyyəti

  İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısı oldu. Lütfi Kırdar Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən Toplantı oktyabrın 20-də gerçəkləşdi. Hörmətli dinləyicilər, “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında (26.10.2017_43) D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısı və bunun bölgəyə təsirləri barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IV Zirvə Toplantısında Türkiyə, İran, Pakistan, Banqladeş, Malaziya, İndoneziya, Misir və Nigeriya liderləri ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvətilə iştirak edib.

Əvvəlcə bunu xatırladaq ki, D-8 təşkilatı üçün ilk addım Türkiyənin təklifi və İran, Pakistan, Banqladeş, Malaziya, İndoneziya, Misir və Nigeriyanın birgə iştirakıyla 22 oktyabr 1996-cı ildə İstanbulda keçirilən İnkişafda Əməkdaşlıq Konfransında atıldı. Bundan təxminən 7 ay sonra – 15 iyun 1997-ci ildə İstanbulda keçirilən Hökümət Başçıları Zirvə Toplantısında D-8 təşkilatı rəsmən quruldu. Təşkilatın bayrağında 6 ulduz var ki, bunlar təşkilatın 6 əsas prinsipini əks etdirir:

  1. Müharibə deyil, sülh;
  2. Qarşıdurma deyil, dialoq;
  3. İkili standart deyil, ədalət;
  4. Üstünlük deyil, bərabərlik;
  5. İstismar deyil, əməkdaşlıq;
  6. Təzyiq deyil, insan haqları, azadlıq və demokratiya.

  İstanbulda keçirilən Sammitdə Türkiyə Cümhuriyyəti D-8 təşkilatının dövri sədrliyini Pakistandan təhvil aldı.

  Bu il D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısı təşkilatın 20 illik yubileyinə təsadüf etdi. Tədbirin devizi “Əməkdaşlıqla İmkanları Çoxaltmaq” idi.

  Sammitdə iştirak edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan zirvə toplantısının sonunda yekun nitqi söylədi. Türkiyə lideri “İranda D-8 universiteti qurulacağı”, “üzv ölkələr arasındakı 100 milyard dollarlıq ticarət həcminin 500-ə çıxarılması”, bu prosesdə “xarici deyil, yerli pullardan istifadə edilməsi”, bir “mübadilə sisteminin yaradılması”, “D-8-də qərarvermə mexanizminin sadələşdirilməsi”, “üzv ölkələrin sayının 20-yə çıxarılması” başlıqları ilə çıxış etdi.

  D-8 ölkələri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvləridir. Bunlar İslam Əməkdaşlıq Təşkilatı daxilində də texnoloji və iqtisadi inkişaf səviyyələri, ticarət potensialları və əhalilərinin sayına görə fərqlənən ölkələrdir.

  D-8 Cənub dialoqu çərçivəsində inkişaf etməkdə olan ölkələr arasında yaradılan, iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün qurulan nümunəvi təşkilatdır. Məqsədi inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında mövqelərini yaxşılaşdırmaq, ticarət əlaqələrini şaxələndirmək, üzv ölkələrə yeni imkanlar yaratmaq, beynəlxalq səviyyədə qərarvermə mexanizmlərində yer almaq və xalqlarının həyat səviyyəsini yüksəltməkdir. Prinsipləri və əhatə etdiyi coğrafi məkan etibarilə regional olmaqdan daha çox qlobal proses xüsusiyyətlərinə malik D-8 təşkilatına üzvlük nizamnaməyə uyğun olaraq inkişaf etməkdə olan bütün ölkələrə açıqdır.

  D-8 çərçivəsində əməkdaşlıq əsasən sektorlara görə aparılır. Məsələn, Türkiyə sənaye, səhiyyə və ətraf mühit, Banqladeş kənd təsərrüfatı, İndoneziya yoxsulluqla mübarizə və insan resursları, İran elm və texnologiya, Malaziya maliyyə, bankçılıq və özəlləşdirmə, Misir ticarət, Nigeriya enerji, Pakistan isə kənd təsərrüfatı və balıqçılıq sahəsində əməkdaşlıq fəaliyyətini koordinasiya edir. Hədəf D-8 təşkilatına üzv ölkələrin dünya iqtisadiyyatında varlığını gücləndirməkdir.

  2016-cı il məlumatlarına görə, D-8-in büdcəsi qlobal ümumilli məhsulun daxili hasılatının (GSYİH) 5 faizini təşkil edir. Bu, iqtisadi böyüklüyün təxminən yarısı ən həcmli iki üzvə düşür. Qrupun ən yüksək ümumilli məhsulunun daxili hasılatı üzrə birinci yerdə İndoneziya (932 milyard $), ondan sonra Türkiyə (858 milyard $), Nigeriya (400 milyard $), İran (400 milyard $) və Misir (336 milyard $) gəlir. Son üçlükdə isə Malaziya (296 milyard $), Pakistan (284 milyard $) və Banqladeş (221 milyard $) yer alır.

  D-8 üzvlərinin iqtisadiyyatlarının daimi gücləndirilməsi üçün investisiya, məhsuldarlıq artımları, rəqabətə davamlı şərait və islahatlara ehtiyacı var. Bu baxımdan hər bir ölkə üçün düzgün iqtisadi siyasəti dizaynla yanaşı səmimi və səmərəli beynəlxalq əməkdaşlıq əlaqələri də həlledici əhəmiyyətə malikdir. D-8in İstanbul Sammiti Türkiyənin Avrasiya regionu və bu bölgəyə yaxın olan ölkələrlə strateji əməkdaşlığının artırması və münasibətlərini inkişaf etdirməsi baxımından son dərəcə mühüm tədbir idi.



Әlaqәli Xәbәrlәr