İqtisadi Böyümənin Yeni Hərəkətverici Qüvvəsi Nə Olmalıdir?

Son 15 ildə Türkiyənin Ədalət və İnkişaf Partiyası hökuməti  dinamik, innovativ və islahatçı siyasət tətbiq edərək ölkəni idarə edir.

804262
İqtisadi Böyümənin Yeni Hərəkətverici Qüvvəsi Nə Olmalıdir?

Son 15 ildə Türkiyənin Ədalət və İnkişaf Partiyası hökuməti  dinamik, innovativ və islahatçı siyasət tətbiq edərək ölkəni idarə edir. Bu şərait Ədalət və İnkişaf Partiyasının həm siyasətdə, həm də iqtisadiyyatda sabitliyi təminetmə istiqamətindəki fəaliyyətində mühüm rol oynayır.

 1990-cı illərdəki iqtisadi qeyri -sabitlik və 2001-ci il iqtisadi böhranından sonra AK Partiya hökumətləri "nailiyyətlər xalqın həyatında əks olunmalıdır " şüarından çıxış edərək ölkəyə rəhbərlik etdilər. Makroiqtisadi göstəricilərdəki dəyişikliyə nəzər salındığında xalqın rifahına birbaşa təsir edən ən mühüm dəyişənin iqtisadi böyümənin olduğu müşahidə olunur.

 Bu mənada Türkiyə iqtisadiyyatının 2002-2016-ci illərdə 5,6%, 2010-2016-ci illərdə isə 6,7 % böyüməsi diqqət çəkir. Həmin illər ərzində Türkiyənin gündəminin nə qədər gərgin olduğu və nələrlə mübarizə aparıldığına da diqqət yetirilərsə, iqtisadi inkişafda bunlara baxmayaraq yüksək göstəricilərə nail olunduğu aydın şəkildə görülər.

2016-cı ilin iyulunda baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra belə Türkiyə iqtisadiyyatında eyni ildə 2,9 % böyümə müşahidə olundu.

Türkiyə  2017-ci ilin ilk rübündə həyata keçirdiyi 5 % böyümə nisbəti ilə bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi.

 Son illərdə həm ölkə daxilində, həm də xaricdə baş verən proseslər və bunların yaratdığı risk şəraitində realllaşdırılan kritik müdaxilələr  Türkiyə iqtisadiyyatında, istehsalda hər hansı bir axsamaya səbəb ola bilmədi və makroiqtisadi rəqəmlərdə böyümə davam etdi.

Türkiyənin 2019-ci ildə  prezitentlik sisteminə keçməsi  Türkiyə üçün  orta gəlir qrupundan yüksək gəlirli iqtisadiyyatlar qrupuna keçməsi üçün əhəmiyyətli bir fürsətdir. Eyni zamanda, ölkədə  çoxrəhbərliliyin  aradan qalxması, həm də sabitliyin təmin olunması ölkənin investorlar üçün mühüm və etibarlı liman olma imkanını həyata keçirəcək.

 Bu da Türkiyə iqtisadiyyatının davamlı inkişafı üçün xarici sərmayəyə olan tələbatın daha asan ödənilməsi, istehsal strukturunun dəyişməsi, yəni əlavə dəyəri yüksək olan məhsulların istehsalına keçilməsi və keyfiyyətli iş qüvvəsinin sayını artıracaq layihələrin tətbiq olunması  üçün vacib olan şəraiti yaradacaqdır. Dövlət maliyyəsindəki və bank sistemindəki irəliləyişlər də Türkiyə iqtisadiyyatı üçün sabit inkişafın yolunu açacaq.

 Ölkə iqtisadiyyatında qarşıya qoyulmuş məqsədlərə çatılması  üçün həm makro, həm də mikro səviyyədə uğurlar əldə olunmalıdır. Bu yolla mikro səviyyədəki hər bir irəliləyiş ölkənin iqtisadi artım rəqəmlərini gözləniləndən daha yüksək səviyyəyə çıxaracaqdır. Türkiyənin orta müddətli 2017-ci il və sonrası üçün hədəf seçdiyi iqtisadi artım göstəricilərinə nail olması bu şəraitdə əhəmiyyət kəsb edir.

 Digər tərəfdən, Avropada baş verənlər və bir sıra yeni  ölkələrə həyata keçiriləcək  ixrac ilə stabil iqtisadi inkişafın əldə olunması mühüm əhəmiyyət kəsb edir.

 Xüsusilə, əlavə dəyəri yüksək olan məhsulların istehsalının ixrac daxilindəki  payının artırılması  ilə həm iqtisadi böyümədə sabitlik təmin olunacaq, həm də Türkiyənin beynəlxalq səviyyədə rəqabət qabiliyyəti yüksələcək. Bundan başqa, istehsal texnologiyasının davamlı dəyişdiyi və inkişaf etdiyi bu şəraitdə Türkiyənin Elmi Tədqiqat və İnkişafa lazımi əhəmiyyəti verməsi və onun Ümumi Daxili Məhsul daxilindəki payını da artırması zəruridir.

 Digər tərəfdən, iş qüvvəsi bazarlarında adambaşına düşən əmək məhsuldarlığını artırmaq üçün professional işçi qüvvəsinə yatırımlar qoyulmalıdır.

 Xarici sərmayələrin artması üçün Türkiyənin etibarlı bir ölkə kimi imicinin möhkəmləndirilməsi ilə uzun müddətli sərmayləri cəlb etmək lazımdır.

İqtisadi böyümə üçün yeni bir strategiyanın ortaya qoyulması isə Türkiyə iqtisadiyyatının ən mühüm ehtiyaclarından biridir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr