Türkiyə-Qırğızistan əlaqələri

Qırğız heykeltraşlar tərəfindən qoyan dörd metr hündürüyündəki Manas heykəli ötən günlərdə İstanbul Sütlüce Parkında təntənəli mərasimlə açıldı.

795904
Türkiyə-Qırğızistan əlaqələri

Türklərin atalarından olan Manas dastanına məxsus heykəl qısa müddət əvvəl İstanbulda açıldı, ayrıca Manas dastanı da tam mətn olaraq Türkiyə türkcəsində nəşr olundu.  Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb.

Qırğız heykeltraşlar tərəfindən qoyan dörd metr hündürüyündəki Manas heykəli ötən günlərdə İstanbul Sütlüce Parkında təntənəli mərasimlə açıldı. Manas yalnız Türklər üçün deyil dünya tarixi və ədəbiyyatı baxımından da çox əhəmiyyətli bir fiqur. Dünyada Manas dastanı qədər böyük həcmli, müqəddəs kitablar kimi əzbərlənən bir başqa dastan yoxdur.

Manas heykəlinin açılış mərasimində Qırğızıstanın  baş naziri Soroonbay Ceenbekov, Qırğızıstanın Ankara səfiri İbragim Junusov, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Kadir Topbaş və müxtəlif qeyri-hökumət təşkilatları üzvləri iştirak etdi. Beləcə İstanbul iki Türk mənşəli xalqın bir-birini daha yaxından tanımasına imkan yaradacaq bir əsər qazandı. Bu heykəlin açılışı iki ölkənin mədəni əlaqələrini daha da gücləndirəcək.

Manas yalnız yaxşı bir döyüşçü deyil, eyni zamanda Qırğız xalqına doğru yolu göstərən rəhmli bir hökmdar olaraq da tanınıb. Bu görə də bütün Türk mənşəli xalqlar Manasa hörmətlə yanaşır. İstanbul Türk Dünyasının ən əhəmiyyətli şəhərlərindən biridir. Bu şəhərdə Manas heykəlinin açılması Türk Dünyası üçün böyük əhəmiyyət daşıyır. İstanbulda yaşayanlar hər zaman Manas heykəlini gördüklərində Qırğız xalqını xatırlayacaq. Heykəl iki Türk mənşəli xalqın dostluq simvolu olaraq yaşayacaq.

Manas heykəlinin açılışı ilə eyni vaxtda Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Qırğızıstan Prezident İdarəsinin əməkdaşlığı ilə Manas dastanı Türkiyə türkcəsində nəşr olundu. Kitab 2017-ci ildə anadan olmasının 150-ci ildönümü qeyd olunan, məşhur Manasçı Sabımbay Orozbakovun şərhi ilə yazılan Manas Dastanının bütövlükdə ilk Türkce tərcüməsidir. Orozbakov Manas Destanını xarakter və mövzu zənginliyi cəhətdən olduqca əhatəli və geniş bir şəkildə nəzərdə tutaraq təqdim edir. Bu əhəmiyyətli nəşr Qırğızıstan ilə Türkiyə arasındakı mədəni əməkdaşlığın inkişafını göstərməsi baxımından da əhəmiyyət daşıyır.

Ən köhnə Türk dastanlarından olan Manas Türk mifologiyasından və bozkır mədəniyyətindən dərin izlərə sahibdir. Misra sayı baxımından isə iranlı Firdovsinin “Şahnamə”, finlərin “Kalevala”, almanların “Nibelungen”, hindlərin “Ramayana”,  sabiq yunanların “İliada” və Odisseya kimi dastanlarından daha uzundur. Manas 500 min misra ilə dünyanın ən böyük dastanı. Manas dastanı eyni zamanda məzmunu və dili ilə yalnız Qırğız xalqına deyil, bütün Türk xalqlarının mədəniyyətinə aid məlumatları köçürməsi baxımından da əhəmiyyətli bir sənəd xüsusiyyətindədir.

Türkiyə 16 dekabr 1991-ci ildə Qırğızıstanın müstəqilliyini tanıyan ilk ölkə oldu. İki ölkə arasında 29 yanvar 1992-ci ildə diplomatik əlaqələr quruldu. 1992-ci il ərzində qarşılıqlı olaraq Bişkek və Ankarada səfirliklər açıldı. İki ölkə arasında mədəni sahədə əməkdaşlıq, iqtisadi sahədə çox yaxın işlər görülür. Yenə Qırğızıstanda iki ölkənin ortaq Türk-Manas Universiteti fəaliyyətlərini davam etdirir. Bununla da iki ölkə arasındakı əlaqələr davamlı olaraq inkişaf edir. Türkiyə hər sahədə Qırğızıstan ilə olan əlaqələrini daha daha inkişaf etdirməkdə qəti qərarlıdır. Qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyi istina deyil.

Türkiyə ilə Qırğızıstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsində qarşılıqlı güclü iradə ilə hər sahədə müsbət yolda irəliləyir. Türkiyə bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə Qırğızıstanın təşkilatlanmasına dəstək verir. İki ölkə arasında başda siyasi, iqtisadi-ticarət, hərbi, mədəniyyət-təhsil, səhiyyə, nəqliyyat sahələrində olmaqla çox şaxəli əlaqələr, 200-dən çox müqavilə və protokoldan ibarət geniş bir hüquqi zəmin çərçivəsində davam etdirilir.

Qırğızıstan Rəhbərliyi başda Türk Şurası olmaqla Türk dünyası  daxilindəki təşkilatlanmalarda iştirak edir və dəstək verir. Türkiyə Orta Asiya coğrafiyasında demokratik sahədə islahatlarını reallaşdıran Qırğızıstanın sabitliyinə və inkişafını davam etdirməsinə böyük üstünlük verir. Bu çərçivədə siyasi və təşkilatlanma ilə əlaqəli islahatlar prosesi başladığı gündən bəridir Qırğızıstana hər səviyyədə dəstək təmin edir. Ancaq Türkiyənin Qırğızıstandan bu günlərdə daha bir gözləntisi var. Fetullahçı Terror Təşkilatının (FETÖ) Orta Asiyada ən sıx fəaliyyət göstərdiyi ölkə Qırğızıstandır. Türkiyə bu fəaliyyətlərin qarşısının alınmasını arzu edir. Bu nöqtədə Qırğızıstan qardaşlıq nəyi tələb edirsə onu etməli və ölkəsindəki FETÖ təşkilatlanmasının qarşısını almalıdır.



Әlaqәli Xәbәrlәr