Avrasiyada nəqliyyatı asanlaşdırma layihələri

Bu layihələr reallaşarkən qarşımıza bəzi risklər və imkanlar çıxır.

783762
Avrasiyada nəqliyyatı asanlaşdırma layihələri

  Avrasiya bölgəsində nəqliyyatı yüngülləşdirmək istiqamətində bir çox böyük layihə var. “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında (4 avqust 2017) Avrasiyada nəqliyyatı asanlaşdırma layihələri və Türkiyənin bu layihələrə töhfələri barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Son illər dünyada iqtisadi inkişafın ağırlığı qərbdən şərqə keçir. Bu mənada Avrasiya bölgəsinin əhəmiyyəti daha da artır. Bununçün nəqliyyatı və əməkdaşlığı gücləndirməyi hədəfləyən bir çox layihələr işlənilir. Bu layihələr xüsusilə enerji və nəqliyyat sahələrini əhatə edir. Avropa İttifaqı, ABŞ, Rusiya, Çin, Türkiyə bu işlərdə maraqlıdır.

  Avropa İttifaqı üçün bu layihələrin fərqli bir ölçüsü var. İttifaq alternativ nəqliyyat xəttləri axtarır və Rusiyaya olan enerji asılılığını azaltmağa çalışır. Bu baxımdan Avropa İttifaqı yenilənən enerji təşviq proqramlarını həyata keçirməyə başlayıb və Orta Asiya ölkələrinə də təklif etdiyi layihələr bu məzmundadır. Bu çərçivədə İpək Yolu İqtisadiyyat Qurşağı və 21-ci əsr Dəniz İpək Yolu iki mühüm qlobal layihədir. Layihə Asiya ilə Avropa bazarlarını bir-birinə bağlamağı nəzərdə tutur. Bu məqsədlə Türkiyənin də üzv olduğu İpək Yolu Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı qurulub. Beləliklə, bölgə ölkələri və bölgədə aktiv rol almaq istəyən digər ölkələrin maddi resursları tək dam altında toplanmanmağa başlayır.

  Türkiyə bu layihələr üçün çox strateji bir mövqedədir. Ona görə dəstəyini açıq şəkildə bildirib və layihələrə qoşulub. Bu layihələrdən mühümü Avrasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu (BTK), Marmaray və İpək Yolu Orta dəhlizidir. Bu layihələr təkcə Türkiyə və Asiya üçün deyil, Avropa üçün də çox əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Marmaray Çindən İngiltərəyə qədər kəsilməz nəqliyyat xəttlərini təmin ediləcək. Bu sırada Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəməri da Türkiyə üçün çox əhəmiyyətli xammal nəqliyyat xətləridir.

  Bakı-Tbilisi-Qars dəmir yolu bölgə üçün həm də yeni enerji dəhlizi yaratmaq deməkdir. Azərbaycanın neft məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması planlaşdırılır. Buna əlavə olaraq, Türkiyə ilə Orta Asiya ölkələri arasında mövcud tıxaclar böyük ölçüdə azalacaq.

  Avrasiyadakı iqtisadi əlaqələrin də artmasına səbəb olacaq Bakı-Tbilisi-Qars sadəcə bir dəmir yolu deyil, tarixi ipək yolunu təkrar canlandırma, bölgə ölkələriylə iqtisadi, ictimai və mədəni əlaqələri möhkəmləndirmə layihəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa və Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən Orta Asiya və Uzaq Şərqə sabit yük və sərnişin daşımaları təmin ediləcək. Beləliklə, dəmiryolu nəqliyyatının gətirəcəyi etibarlı iqtisadi daşıma modeli Avrasiya bölgəsindəki ölkələrin ticarət həcmlərinin artmasına və zənginləşməsinə kömək olacaq.

  Bu layihələr reallaşarkən qarşımıza bəzi risklər və imkanlar da çıxır. Əfqanıstanda qeyri-sabitlik, gömrük tətbiqləri və qaydasızlıq, Xəzər dənizinin hüquqi statusu problemi görünən risklərdir. Hal-hazırda bölgədəki texniki və hüquqi infrastruktur tam inteqrasiyanı təmin edə bilməyəcək səviyyədədir. Türkiyə hüquqi infrastruktur probleminin həll edilməsi üçün 2009-cu ildə Bakıda gömrük işlərilə bağlı təşkil edilən zirvə toplantısında Karvansaray Layihəsi təklif etdi, müsbət qarşılandı. Karvansaray Layihəsi gömrük tənzimləmələrini sadələşdirilməyi nəzərdə tutur. Bu layihə hazırda sınaq (pilot) tətbiqi mərhələsindədir. Bütün bu cəhdlər uğurla nəticələnərsə, regionun inkişafına dəstək olacaq, iqtisadi sahədə əməkdaşlıq və ticarət həcmlərini artıracaq. Bununla həm də Avropa və Asiya arasında çox saylı iqtisadi əlaqələr inkişaf edəcək.

  Dünyadakı yeni proseslər Avrasiyaya qlobal siyasət və iqtisadiyyatda get-gedə ağırlıq qazandırır. Buna görə Avrasiya ölkələrinin cəhdləri və möhkəm bölgə mexanizmlərinin qurulması çox vacibdir. Türkiyə bütün bunlarla bağlı əlaqələndirici rolunu boynuna götürür. Bu layihələr həm də bütövlükdə türk dünyası üçün böyük əhəmiyyətə malikdir. Çünki bu layihələrlə Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan kimi türk respublikaları bir-birləriylə əlaqələri ən yüksək səviyyələrdə davam etdirmiş olacaqlar.



Әlaqәli Xәbәrlәr