Bakı-Tbilisi-Qars dəmir yolu və əhəmiyyəti

Bakı-Tbilisi-Qars dəmir yolu beynəlxalq xəttində sərnişinlər ilk olaraq sentyabr ayından səfərə çıxa biləcəklər.

778575
Bakı-Tbilisi-Qars dəmir yolu və əhəmiyyəti

  Avrasiyanın mühüm nəqliyyat layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu yoxlama səfərlərinə başladı. Biz “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında elə bu Bakı-Tbilisi-Qars dəmir yolu və əhəmiyyətindən danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

   Türkiyə Nəqliyyat naziri Əhməd Arslan, Azərbaycan, Gürcüstan və Qazaxıstanın nazir və digər rəsmi nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Qarsdan Gürcüstana ilk səyahəti gerçəkləşdirdilər, yəni layihə çərçivəsində ilk sərnişin daşıması reallaşdırıldı. Amma ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu beynəlxalq xəttində bütün sərnişinlər ilk olaraq sentyabr ayından səfərə çıxa biləcəklər.  

  İnsanların, ticarət mallarının, xidmətlərin və sərmayənin dünyada sərbəst dövran etdiyi bir zamanda yaşayırıq. Buna görə məhsuldar və alternativli beynəlxalq nəqliyyat şəbəkələrini inkişaf etdirmək sürətlə artan dünya ticarətinin ehtiyaclarını qarşılamaq bir zərurət halına gəlib. Beynəlxalq bazarlarda artan rəqabət, istehsal olunan malların dünya bazarlarına cazibədar qiymətlərlə satışı zamanında daşıma tələb edir. Bu baxımdan iqtisadiyyatda daşıma sektorunun dəyəri istehsal sektoru qədər əhəmiyyətlidir.

  Baki-Tbilisi-Qars yeni dəmir yolu üç ölkənin ərazisindən keçir, ümumi uzunluğu 838,6 km.-dir. Azərbaycan Respublikası ərazisində uzunluğu 503 km., Azərbaycan sərhədindən Gürcüstanın Ahalkələk sərhədinə qədər 230 km., Gürcüstan sərhəddindən (Ahalkələk) Türkiyə sərhədi Kartsaxiyə qədər 26,3 km., Oradan (Kartsaxi) Qarsa qədər məsafəsi isə 75,6 km.-dir. Qatar Azərbaycanın paytaxtı Bakıdan çıxıb Gürcüstanın paytaxtı Tiflisə gedir. Tiflisin 23 km. cənubundan qərbə doğru – Ahalkələk sərhədinə çatır. Buradan da cənuba enən xəttlə Türkiyənin Qars şəhərinə çatır.

  Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə arasında sərnişinlərə və yük daşımalarına xidmət edəcək.

Amma xətt Qazaxıstan və Türkmənistanla Türkiyə arasındakı daşımalar üçün də alternativ rol oynayır.

  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsiylə ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşıması nəzərdə tutulur. Bu dəmir yolu bu üç bölgədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlılıq gətirəcək.

  Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin də münasibətlərini artıracaq.

  Bakı-Tbilisi-Qars və Marmaray kimi layihələrin inşa edilməsi, bununla Asiyadan Avropaya, Avropadan Asiyaya böyük həcmli yüklərin bir hissəsinin Türkiyədə qalması ölkə üçün uzun vədəli milyardlarla dolların gəlməsi deməkdir.

  Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasının bir məqsədi də bölgədə yeni bir enerji dəhlizi yaratmaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması planlaşdırılır. Buna əlavə olaraq Türkiyə ilə Orta Asiya ölkələri arasındakı mövcud nəqliyyat qurumları da böyük ehtimalla bu xəttdən faydalanmaq istəyəcək.

  Hal-hazırda Türkiyə ilə İran arasındakı yol müasir ehtiyaclara tam cavab verə bilmir. Van gölü və Saraksda gözləmələr qurunun bu yolundan uzaqlaşıb dəmir yoluna keçməyə vadar edəcək.

  Bakı-Tbilisi-Qars xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı iqtisadi əlaqələri daha da gücləndirəcək. Ermənistan üzərindən keçən və hələ də bağlı olan Qars-Gömrü-Tbilisi xətti isə istifadəsiz qaldığı üçün Ermənistanın vəziyyəti yaxşı olmayacaq. Azərbaycan isə, əksinə, Türkiyə ilə Orta Asiya ölkələri arasında quru yol baxımından daha artıq söz sahibi olacaq. Tranzit yüklərlə bağlı iddialı hədəflərdən biri olan Qazaxıstandan gələn marşrutların sayı artacaq. Bu aırada qonşularla dəmiryolu əlaqələrini gücləndirmək istəyən ölkələrdən biri də İrandır. 

  Bakı-Tbilisi-Qars sadəcə bir dəmiryolu layihəsi deyil, tarixi ipək yolunun təkrar canlandırma, bölgə ölkələriylə iqtisadi, ictimai və mədəni əlaqələri möhkəmləndirmə layihəsidir. Bu dəmiryolla Avropa da Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən Orta Asiya və Uzaq Şərq arasında dəmiryolu ilə sabit yük və sərnişin daşımalarını təmin edə biləcək. Beləcə, dəmiryolu daşımaçılığının gətirəcəyi etibarlı iqtisadi daşıma modeli Avrasiya bölgəsindəki ölkələrin ticarət həcmlərinin artmasına və zənginləşməsinə kömək olacaq.

  Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən ən çox qazanc Azərbaycanın payına düşür. Neft məhsulları ixracatçısı olan Azərbaycan idxalçı Türkiyəyə, Avropaya və digər bölgələrə dəmir yolu xətləri vasitəsilə bağlanmış olacaq.

  Türkiyə istər geo-strateji mövqeyi, istərsə də, Avrasiya ölkələri ilə olan dərin ortaq tarix və mədəni bağlarından qüvvət alaraq bölgə ölkələriylə əməkdaşlıq potensialını artırmaq üçün çalışır. Əməkdaşlıq layihələrinin artırılması Avrasiyanın təkcə regional əməkdaşlıq baxımından deyil, eyni zamanda, bölgənin beynəlxalq cəmiyyətə ən yaxşı şəkildə intreqrasiyası baxımından da əhəmiyyətlidir. Bölgənin iqtisadi inkişafını dəstəkləyən bu cür layihələr xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.



Әlaqәli Xәbәrlәr