Nəticəsiz qalan Kıbrıs müzakirələri və səbəbləri

Əslində düşünülürdü ki, problemin həllinə yaxınlaşılıb.

775038
Nəticəsiz qalan Kıbrıs müzakirələri və səbəbləri

  İsveçrənin Krans-Montana şəhərində təşkil edilən Kıbrıs müzakirələrindən hər hansı bir müsbət nəticə çıxmadı. Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü (20 iyul) buraxılışında Kipr müzakirələrindən danışırıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Kipr məsələsi dünyanın uzun müddətdir həll edilə bilməyən problemlərindən biridir. Aralıq dənizinin ortasında yerləşən bu strateji ada qlobal məsələ olaraq son günlər təkrar dünya mediasının gündəmindədir.

  Xatırladaq ki, 2005-ci ildə Annan Planı referenduma aparıldı. Bu proses müvəffəqiyyətsizliklə nəticələndi. Türkiyə tərəfi Annan Planına “bəli” desə də, yunanlar “xeyr” dedi. Buna baxmayaraq, Avropa İttifaqı yunanları mükafatlandırdı: Cənubi Kipri İttifaqa üzv qəbul etdi.

  Əslində düşünülürdü ki, problemin həllinə yaxınlaşılıb. Son dəfə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Kipr üzrə şəxsi müşaviri Espen Bart Eydenin nəzarətilə 28 iyunda Kıbrıs müzakirələri təkrar başladı. Təxminən on gün gərgin müzakirələr getdi, amma uğursuzluqla başa çatdı.

  Görüşlərdə verilən qəti-məxfilik qərarına Türkiyə, Şimali Kipr Türk Respublikası və İngiltərə uydu. Amma Yunanıstan və Cənubi Kipr Türkiyə tərəfinin təkliflərinə əlavələr də edərək mətbuata sızdırdılar və beləcə Türkiyəni təhrik etməyə çalışdılar. Bundan başqa, yenə Cənubi Kipr tərəfi konfrans davam edə-edə BMT-nin məxfilik qərarı verdiyi sənəd və məlumatları BMT və Türkiyədən əvvəl öz mətbuatında təhrif edərək yazdı.

  Türkiyə tərəfi psixoloji üstünlüyü ilk gündən əlində saxladı. Təklifləri sızdırmadan yalnız BMT Baş katibi Antonio Quterreslə paylaşdı. Media üzərindən döyüşmə deyil, Baş katib və BMT ilə uzlaşma strategiyası izlədi. Bu dəfə müzakirələrdən bir razılaşma çıxacağıyla bağlı böyük bir ümid var idi. Çünki təkcə Kıbrıs, Türkiyə və Şimali Kipr hökumətləri deyil, 1960-cı il qurulma andlaşmasının qarantisi olan Türkiyə, Yunanıstan və İngiltərə də illərdən sonra bir araya gəldi və BMT Baş katibinin nəzarətinə İsveçrədə görüşdülər. Amma bu danışıqlar son anda Cənubi Kipr rəhbərliyinin anlaşmadan caymasıyla çökdü.

  Kıbrıs probleminin həlli üçün ən böyük maneə Cənubi Kiprin Türkiyənin qaranti rolundan imtina etməsi və Adadakı əsgərlərini geri çəkməsilə əlaqədar müraciətlərdə hələ də israr etməsidir. Amma bu mövzu Türkiyənin qırmızı xəttidir. Çünki Kıbrısda yaşanan təcrübələr oradakı türklərin ancaq Türkiyə qarantiyası və hərbi varlığı ilə təmin edilə biləcəyini göstərir. Xatırladaq ki, 1974-cü ildə Kıbrıs müqavilələrinə zidd olaraq Enosis tərəfdarları çevriliş etdi və türklər qətl olundu. Buna baxmayaraq, digər qarant ölkə olan İngiltərənin səsi çıxmadı. Digər tərəfdən, Avropa İttifaqının da Bosniya, Kosova və Ukrayna kimi yaxın ərazilərdə baş verən hərbi qarşıdurma və qırğınların qarşısını almaqda bacarıqsızlıq və istəksizliyi ortadadır. İrqçi yunanların törədə biləcəyi hər hansı hərəkət qarşısında tək gerçək daşındırıcı güc Türkiyənin qarantiyası və Kıbrısdakı hərbi varlığıdır. Beynəlxalq cəmiyyət həqiqətən Kiprdə uzun müddətli sülh istəyirsə, yunanları bu mövzuda razı salmalıdır.

  Kipr adası Türkiyənin cənubunda olan və sahillərinə ən yaxın bir adadır. O, strateji mövqeyi, nəqliyyat xətti və zənginlikləri baxımından Aralıq dənizinin ən mühüm nöqtələrindən biridir. Rusiyanın Aralıq dənizinə qarşı hərəkətliliyi artmışkən, bütün dünya bölgəyə strateji mövqe olaraq baxdığı halda Türkiyə Kıbrısdakı haqqlarından geri çəkilməməlidir. Türkiyə London və Zürih müqavilələrindən vaz keçmək niyyətində deyil.  

  Kıbrıs probleminə BMT parametrləri daxilində də həll yolu axtarmaq cəhdləri boşa çıxdı. Artıq bütün tərəflərin qəbul edə biləcəyi yeni siyasət hazırlanmalıdır. Türk əsgərinin də olacağı, Türkiyənin zəmanəti ilə davam edəcək, hər hansı torpaq və mülkiyyətin güzəştə gedilməyəcəyi, prezident üsuli-idarəli bir müqavilə qəbul edilməyəcəksə, Türkiyəni danışıqlara məcbur etməyin mənası yoxdur. Bu da var ki, 34 ildir yaranan Şimali Kipr Türk Cümhuriyyəti hələ tanınmayıb və bu yolda da lazım olan adımlar atılmalıdır.

  28 iyunda BMT-də son Kıbrıs müzakirələrinin uğursuz nəticələnməsi dünyanın sonu deyil. Türklər Kıbrısda onsuz da şərəfli bir cəmiyyət olaraq yaşamağın yollarını tapacaq və buna nail olacaqlar.

                                   

 



Әlaqәli Xәbәrlәr