Liderlər Türkiyə-ABŞ əlaqələrinin daşıdığı əhəmiyyəti vurğuladılar

Dövlət başçısı Ərdoğanın ABŞ-na səfəri Türkiyə ABŞ əlaqələrində yaranan ən ciddi böhranlarından birinin kölgəsində reallaşdı.

741246
Liderlər Türkiyə-ABŞ əlaqələrinin daşıdığı əhəmiyyəti vurğuladılar

Dövlət başçısı Ərdoğanın ABŞ-na səfəri Türkiyə ABŞ əlaqələrində yaranan ən ciddi böhranlarından birinin kölgəsində reallaşdı. Görüşdən əvvəl ABŞ mətbuatında Ərdoğan-Trump görüşünün heç də asan keçməyəcəyinə dair yozumlar yer tutdu. İstər yerli istərsə də xarici mətbuatda həssas bir dövrdən keçən Türkiyə-ABŞ əlaqələrində kritik durum olacağına və iki ölkə arasındakı münasibətlərin dayanma nöqtəsinə gəlib çıxacağına dair şərhlər yazıldı. Ancaq Ərdoğan-Trump görüşü bütün bu dəyərləndirmələri puça çıxardı. Prezident Trump qonağını qapıda qarşıladı və Ərdoğana bütün ali-cənablılığını göstərdi.  Yenə keçirilən mətbuat konfransında iki lider də Türkiyə-ABŞ əlaqələrinin daşıdığı əhəmiyyəti vurğulayaraq, iki ölkə arasındakı ziddiyyətli məsələlərə toxunmadılar. Münasibəti ilə vitrinə əks olunan görüş prosesinə nəzər saldıqda görüşün müsbət və uğurlu keçdiyini söyləmək mümkündür.

Səfərin kritik əhəmiyyətinə görə, cənab dövlət başçısı görüşə əsas mövzu başlıqları və önəmli nazir və idarəçilərdən ibarət heyətlə getdi. Müzakirə olunan mövzular sırasında hərbi, strateji, siyasi və iqtisadi əlaqələrdən terrorla mübarizəyə qədər Türkiyə-ABŞ əlaqələrinə mənfi təsir edən bir sıra məsələlər yer tutdu. Bu mövzuları işıqlandırmaq lazım gəlsə deyə bilərik ki, bunlar Suriya və Orta Şərq mövzuları, Türkiyənin tələb etdiyi hərbi silah-sursat, terrorla mübarizə, FETÖ məsələsi, YPG və terrorla mübarizə, DEAŞ-la mübarizə və Rakkaya edilməsi planlaşdırılan əməliyyatdır.

ABŞ-dakı görüşlərin nəticələrinə nəzər saldıqda həm dövlət başçısı Ərdoğanın istərsə də heyətdə olanların verdikləri bəyanatlardan və mətbuata əks edən yozumlardan məlum olduğu kimi səfərdən istənilən nəticə əldə edilə bilməmişdir. Xüsusilə FETÖ məsələsi və YPG terror təşkilatları ilə əlaqəli mövzularda ABŞ-ın fərqli düşündüyü dəqiq şəkildə ortaya çıxıb. Prezident Trump FETÖ məsələsinin hüquqi proses olduğunu irəli sürərək Türkiyənin tələblərinə mənfi yanaşmışdır. Ancaq bununla yanaşı FETÖ fəaliyyətlərini araşdırmaq üçün yeni komissiya qurulmasına dair vəd vermişdi. YPG məsələsində isə bu terror təşkilatının PKK-dan fərqli olduğu tezisindən hərəkət edilərək, ABŞ-ın DEAŞ-la mübarizə edilməsində və Rakkanın ələ keçirilməsində bu təşkilatla əməkdaşlığının davam etdiriləcəyi bildirilmişdir.

Bir cəhətdən nəzər saldıqda səfərin bir sıra müsbət nəticələrinin olduğu məlumdur. Əvvəl Türkiyə-ABŞ əlaqələri qeyri-müəyyənlik xüsusiyyət qazanmaqdan xilas olub. İki ölkə arasındakı münasibətlər böhranların tələsindən xilas edilərək, nəzarət altına alınmış və beləliklə Türkiyə ABŞ arasında yeni dövr başlanıb. 

Yeni dövrdə ikitərəfli ələqalərin stratəji tərəfdaşlıq səviyyəsinə çıxarılıb çıxarılmayacağını isə atılan siyasi və hərbi addımlar ilə bölgədəki vəziyyət müəyyən edəcək. Amma ən azından adi axarından çıxan Türkiyə-ABŞ əlaqələri yenidən normallaşdı. Bundan əlavə Türkiyənin istədiyi 100-dən artıq “Skorski” növ helikopter və insansız hava vasitələrinin satışı barədə prezident Trump köməklik göstərəcəyini bildirdi. Yenə iqtisadi əlaqələrin inkişaf etdirilməsi mövzusunda razılıq əldə olundu. YPG mövzusunda isə nə qədər də Türkiyə istədiyini əldə edə bilməsə də ABŞ-ın bu barədə təmkinli addım atması təmin edildi. Prezident Trump YPG-nin Türkiyəyə hücum etməməsi və bu təşkilata verilən Amerika silahlarından Türkiyəyə qarşı istifadə edilməməsi barədə zəmanət verildi. Bəlkə gələcəkdə YPG-yə verilən ağır silahların Rakka əməliyyatından sonra geri toplanması da təmin edilə bilər.

Nəticə kimi ABŞ-ın mənfəətləri çərçivəsində qlobal güc olaraq rolunu davam etdirə bilmək üçün regional güc olan Türkiyə ilə əməkdaşlığa ehtiyac vardır. Prezident Trumpun Soyuq Hərb dövründəki Türkiyə-ABŞ ittifaq əlaqələrini üstünlük təşkil edəcək şəkildə vurğulaması ABŞ-ın Türkiyəyə olan strateji ehtiyacından irəli gəlir. Türkiyə isə ABŞ kimi bir böyük dövlətin xüsusi olaraq Suriya və İraqda, ümumilikdə isə Orta Şərq coğrafiyasında təqib edəcəyi siyasət və strategiyaların mənfi təsiri və zərərlərindən özünü qorumaq və bunları ortaq mənfəətlərə çevirmək üçün ünsiyyət vasitələrini açıq tutmaq və normal  əlaqələri davam etdirməyə ehtiyacı var.



Әlaqәli Xәbәrlәr