Bu mövzunun hər il gündəmə gətirilməsinin arxasındakı əsas səbəb nədir?

Hər il aprel ayının son həftəsində eyni səhnələrə şahidlik edirik.

727522
Bu mövzunun hər il gündəmə gətirilməsinin arxasındakı əsas səbəb nədir?

Hər il aprel ayının son həftəsində eyni səhnələrə şahidlik edirik. Belə ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş verən hadisələrlə əlaqəli müxtəlif dövlətlər, təşkilatlar, şəxslər tərəfindən açıqlamalar, bəyanatlar verilir.

Erməni olan yaxud da erməni tezislərindən  müdafiə edən şəxslərin böyük əksəriyyəti tarix intizamına mənsubdur və  hadisələri soyqırım kimi dəğərləndirir. Türk olan yaxud Türk tezislərindən müdafiə edənlərin də böyük hissəsi mövzusunu tarixi perspektivdən dəğərləndirir və Köçürülmə və Məskunlaşma qanununun tətbiq edilməsinin soyqırım olmadığını bildirir. İllər əvvəl baş vermiş hadisələrin başa düşülməsi üçün tarixi perspektiv önəmlidir.  Ancaq “soyqırım” məfhumu beynəlxalq hüquq sahəsinin içində yer tutur. Münasibətilə tarix nizamı içindən gələn şəxslərin yaxud siyasətçilərin mövzuya dair düşüncə irəli sürməsi mövzunun analizində əskik cəhətlərinin qalmasına səbəb olur. Mövzu haqqında açıqlama yayanlar öz dünyagörüşlərinə görə müxtəlif miqdarlarda ölümlə nəticələnən hadisələri soyqırımı kimi dəğərləndirirlər. Halbuki  soyqırım beynəlxalq bir cinayət kimi ancaq hüquq tərəfindən dəyərləndirilə bilər. Soyqırım mövzusunda ilk önəmli nizamlama 260 nömrəli BMT Baş Assambleyasının qərarı istiqamətində 1948-ci ildə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması sazişinin (Soyqırım sazişi) qəbul edilməsi ilə ortaya çıxıb.

Ermənilər Osmanlı imperiyasının torpaqları üzərində əvvəl muxtariyyət sonra müstəqil dövlət qurmaq üçün siyasi və silahlı fəaliyyətlər apardılar. Münasibətilə siyasi qrup xüsusiyyətindədirlər. Buna görə əlaqəli sazişin ikinci maddəsi tərəfindən qorunan dörd qrup arasına girmirlər. Dövrün Osmanlı hökumətində sazişin ikinci maddəsində axtarılan  yox etmə qəsdinin olduğuna dair bir iradə/ ifadə yoxdur. Yox etmə niyyətini sübuta yetirəcək yazılı və şifahi sənədlər olmadığından əlavə bütün sənədlər ermənilərin qorunmasını və rahat şəkildə məskunlaşmalarını nəzərdə tutur. Ölən ermənilərin sayı soyqırımın varlığını sübuta yetirməkdən çox uzaqdır. Erməni ölümlərinin önəmli hissəsinin Köçürmə və Məskunlaşma qanununun tətbiq edilməsindən savayı başqa səbəplərdən mənbələndiyi məlumdur.  Həmin səbəblərdən bölgədə qeydə alınan  dinc Türk vətəndaşlarının ölüm halları daha yüksəktir. Bu cəhətdən Köçürülmə və Məskunlaşma qanunu; sazişin 2/c maddəsi çərçivəsində gizli  yaxud da vasitəli bir soyqırım deyildir.

Bu şərtlərdə Köçürülmə və Məskunlaşma qanunu (və tətbiqi) sazişə görə soyqırım deyildir. Köçürülmə və Məskunlaşma qanunu ( arxasındakı hərbi səbəblər də nəzərə alındıqda) sazişə əsasən soyqırım deyildir. Köçürülmə və Məskunlaşma qanunu sazişə görə (arxasındakı hərbi səbəblər də nəzərdə tutulduqda) hüquq cəhətdən “insanlığa qarşı cinayət” kateqoriyasına girmir. Çünki Köçürülmə və Məskunlaşma qanununun tətbiqi zamanı Roma statusu 7-ci maddədə axtarılan şərtlər yerinə yetirilmədi. Yəni erməni əhaliyə qarşı cinayət təşkil edən tətbiqlərin əksəriyyətinin birlikdə işləndiyi bir durum ortaya çıxmadı. Köçürülmə və Məskunlaşma qanunu ermənilərin kəskin şəkildə məskunlaşdığı yerdən çıxarılmasını məqsəd götürmədi. Ermənilərə qarşı dini yaxud da başqa səbəbə görə qətliam həyata keçirilməsi bəhs mövzusu olmadı. Köçürülmə və Məskunlaşma qanunu hərbi təhlükəsizlik səbəbinə görə qəbul edildi. Bundan əlavə ermənilərin işğalçı rus orduları ilə birləşərək (Balkan hərblərindəki kimi) Türk-Müsəlmanlara qarşı soyqırım xüsusiyyətində bir etnik təmizlik həyata keçirmələrinin qarşısını almağı məqsəd götürdü.

Hərb şərtlərinin hökm sürdüyü bölgədə ortaya çıxan qismi avtoritet boşluğundan bölgədəki bəzi quldur dəstələrinin istifadə etdiyi məlumumuzdur. Bölgədəki quldur dəstələri özlərinin xüsusi məqsədləri ilə köç halındakı ermənilərə hücum etdi, öldürdü və mallarını qarətlədi. Üç cəbhədə döyüşən Osmanlı imperiyası əlindəki məhdud jandarma qüvvələri ilə bəzi zaman ermənilərin hamısını təsirli şəkildə qoruya bilmədi. Oxşar iqlim, coğrafiya, qidasızlıq, dərmansızlıq və xəstəlik hallarına görə köçə məcbur edilən dinc Türk vətəndaşların ölümlərinin ermənilərdən çox olması da Köçürülmə və Məskunlaşma qanunu qanununda vasitəli olaraq yox etmə məqsədinin olmadığını göstərir. Həmçinin dövlət nəzdində; arzu edilməyən hadisələrə qarşı peşmanlıq və təcavüzkarlara qarşı qərəzli düşüncələr ortaya çıxdığı da məlumdur. Nəticədə adi cinayət kateqoriyasına girən qarətlə və öldürmə ilə günahlandırılanlar hərb başa çatmadan mühakimə edildi və ümumilikdə edam edildi.

Mövzu indiki vaxtda tarixi və hüquqi bir hadisə olmaqdan çox siyasi hadisəyə çevrildi. Hazırda beynəlxalq siyasətdə Türkiyənin güclənməsindən narahat olan, Türkiyəni rəqib kimi görən və Türkiyənin tətbiq etdiyi xarici siyasəti özünə təhdid kimi görən dövlətlər/təşkilatlar bu məsələni Türkiyəyə qarşı bir kart kimi əlində saxlamaq istəyir. Bu mövzunun hər il gündəmə gətirilməsinin arxasındakı əsas səbəb də elə budur.    



Әlaqәli Xәbәrlәr