Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

720944
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Qazaxıstanla bağlıdır.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 18-19 aprel 2017-ci il tarixlərində Qazaxıstanda rəsmi səfərdə oldu.

 Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astanada Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü.

Nazarbayev Türkmənistan prezidentntini Akorda Sarayında rəsmi mərasimlə qarşıladı.

Liderlərin təkbərək görüşündən sonra heyətlərarası toplantı keçirildi.

Nazarbayev birgə mətbuat konfransında çıxış edərək, son 25 ildə iki ölkə arasında qarşılıqlı anlayışın olduğunu qeyd etdi və: “Heç bir zaman ölkələrimiz arasında həll olunmayan problemlər olmadı. Münasibətləri qurduğumuz gündən bu şəkildə davam edirik.

Türkmənistanın beynəlxalq səviyyədəki təşəbbüslərini dəstəkləyirik və xarici siyasətdə əməkdaşlıq edirik” dedi.

Nazarbayev Türkmənistanın Qazaxıstanın regionda əhəmiyyətli tərəfdaşı və müttəfiqi olduğuna diqqət çəkdi və:"Bizi ortaq tarixi kökümüz, dilimiz və dinimiz birləşdirir. Nəqliyyat, energetika və başqa sahələrdəki əməkdaşlığımız inkişaf edir" dedi.

 Qazaxıstan prezidenti ölkəsi ilə Türkmənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasndan sonra əlaqələrin yeni inkişaf səviyyəsinə yüksələciyini vurğulayaraq: "Biz ölkələrimiz arasında bütün sərhəd problemlərini həll edirik və bu, iki ölkə arasında heç bir sərhəd problemi olmayan nadir haldır” ifadələrini işlətdi.

 Nazarbayev iki ölkə arasındakı dostluq əlaqələri sayəsində Qazaxıstan üzərindən “Türkmənistan-İran dəmir yolu xətti” layihəsi kimi birgə layihələrin uğurla həyata keçirildiyini xatırladaraq: "Hazırda “İpək Yolu”layihəsini müzakirə edirik. Mayın 15-də Pekində keçiriləcək “Bir  Nəsil Bir Yol” Forumunda bununla əlaqədar danışıqlar olacaq. Bu əhəmiyyətli bir güzərgahdır” deyə danışdı.

Türkmənistan prezidenti  Berdiməhəmmədov da Qazaxıstan ilə beynəlxalq arenadaki perspektivlərinin eyni olduğunu qeyd etdi və: “Bunlar yalnız bölgəyə deyil, bütün dünyaya aid sülh, istiqrar və təhlükəsizlik mövzularıdır. Məsələn, biz Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq təşkilatlarla “açıq qapı” siyasəti yürüdürük” dedi.

Görüşlərdən sonra iki ölkə arasında strateji əməkdaşlığa, dövlət sərhədlərinin müəyyən olunmasına, iki ölkənin hökumət komissiyalarının birgə işinə, məxfi məlumatların qarşılıqlı şəkildə qorunmasına və başqa məsələlərə dair müqavilələr imzalandı.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Türküstanla bağlıdır.

Türküstanın ən əhəmiyyətli məsələlərindən biri olan su problemi bölgə ölkələrinin münasibətlərinə mənfi istiqamətdə təsir edir. Şövkət Mirziyoyevin prezident seçilməsindən sonra Özbəkistan məsələ ilə maraqlanmağa və problemin həlli ilə əlaqədar addımlar atmağa başladı.

Özbəkistanın qonşuları ilə əlaqələrini düzəltmə həmləsi Orta Asiyada uzun illərdir davam edən su problemi ilə əlaqədar  bir canlanma olaraq şərh olundu.

Əfqanıstan, Türkmənistan və Özbəkistan sərhədlərindən keçən Amudərya sözügedən ölkələrin kənd təsərrüfatı sahələrində istifadə edilir. Sırdəryanın suları ilə də Özbəkistan və Qazaxıstanın cənubundakı kənd təsərrüfatı sahələrini suvarılır.

 Sovetlər dövründə Amudərya və Sırdəryaya yuxarıda Qırğızıstan və Tacikistan ərazilərində su elektrik stansiyalarının ortaq enerji sistemi  ilə bütün regionu enerji ilə təmin edirdi, aşağı sahilyanı ölkələr çay sularını kənd təsərrüfatı sahələri üçün istifadə edirdi.

 Lakin  Sovet İttifaqının dağılmasından sonra birgə enerji sisteminin dayanması və regionda quraqlıq nəticəsində meydana gələn su problemi  bəzən ölkələr arasındakı münasibətlərdə  gərginliklərin yaşanmasına səbəb olur.

 Mövcud hidroelektrik enerji potensialının kiçik hissəsini istifadə edən və xüsusilə, qış aylarında enerji qıtlığı yaşayan Qırğızıstan və Tacikistanın Amudərya və Sırdərya çaylarının sahillərində Roqun və Kambar Ata kimi su elektrik stansiyaları layihələrinə başlaması, aşağı sahilyanı ölkələrin narazılığına səbəb olub.

Özbəkistan  böyük su elektrik stansiyaların bölgənin ekologiyasına, iqtisadi və siyasi quruluşuna ciddi ziyan vuracağını irəli sürür,  beynəlxalq komissiyalar tərəfindən stansiyalarda texniki təftiş aparılmasını tələb edir.

Ekspertlər  Kərimovun vəfat etməsindən sonra hakimiyyətə gələn keçmiş baş nazir Şövkət Mirziyoyevin  qonşuları ilə münasibətlərini düzəltməklə su məsələsində razılıq əldə oluna biləcəyini bildirirlər.

 Mirziyoyev prezident postundakı ilk səfərini mart ayında Türkmənistana, daha sonra Özbəkistana etdi.

 Prezident Mirziyoyev Qazaxıstan səfəri çərçivəsində verdiyi açıqlamada, su elektrik stansiyaları layihələrinin konstruktiv və razılaşma əsasında həyata keçirilməsinin vacibliyini və bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Amudərya və Sırdəryanın rasional və bərabər şəkildə istifadə edilməsi ilə bağlı beynəlxalq müqavilə imzalanması ideyasını dəstəklədiklərini söyləmişdi.

 Prezident Nazarbayev də, su mənbələrinin bütün bölgənin mülkiyyəti olduğunu, buna görə də çay sularından digər ölkələrə zərəri olmayacaq şəkildə istifadə edilməsinin lazım olduğunu bildirmişdi.

Ekspertlər 1998-ci ildə Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən Qırğızıstanın paytaxtı Bişkekdə imzalanan "Sırdərya çay hövzəsindəki su və enerji mənbələrinin istifadə edilməsi" müqaviləsinin təsirsiz olduğunu bildirirlər.

Əziz dinləyicilər,  Türk Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində 14-cü  “TÜRKSOY Fotoqraflar Görüşü” Qazaxıstanın Türküstan şəhərində başladı.

 TÜRKSOY-dan verilən məlumatda Xalq Sənətlər Mərkəzində keçirilən görüşün açılışında Cənubi Qazaxıstan vilayətinin icra hakimiyyəti başçısının müavini Ulasbek Sadibekov ilə Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan və Tatarıstandan 16 fotoqrafla yanaşı çoxsaylı dəvətlilərin də qatıldığı bildirilir.

Açıqlamada tədbirin açılışında çıxış edən U. Sadibekovun bölgənin təqdimatı baxımından tədbirin əhəmiyyətini vurğuladığı qeyd edilir.

 Görüş çərçivəsində fotoqrafların 4 qrupa ayrılıb bölgədəki tarixi və mədəni irsini qoruyan yerləri gəzərək foto şəkillər çəkdikləri  qeyd olunan açıqlamada, bu əsərlərin "Türk Dünyası Fotoqraflarının Gözü Türküstan" mövzulu sərgidə sənətsevərlərə təqdim olunacağı bildirilir.

 Açıqlamada TÜRKSOY-un Türk Respublikalarının zəngin mədəniyyətini, ənənəvi və müasir sənətlərini dünyaya tanıtmağa çalışdığı qeyd edilir, bu təşkilatın məqsədinin müasir cəmiyyətlərdə demokratik bir sənət növü olan fotoqraf peşəsini dəstəkləmək və Türk xalqlarının bu sənətdə güclü olduğunu dünyaya tanıtmaq olduğu ifadə edilir.

 “TÜRKSOY Fotoqraflar Görüşü” 2004-ci ildən etibarən hər il həyata keçirilir.

 



Әlaqәli Xәbәrlәr